18 May 2026 10:49
155
CƏMİYYƏT
A- A+
Azərbaycan şəhərsalma modelini dünyaya təqdim edir 

Azərbaycan şəhərsalma modelini dünyaya təqdim edir 

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi yalnız beynəlxalq tədbir xarakteri daşımır. Bu forum Azərbaycanın müasir inkişaf modelinin, dayanıqlı şəhərsalma siyasətinin və postmünaqişə dövründə aparılan bərpa işlərində əldə etdiyi nailiyyətlərin qlobal miqyasda təqdimatı baxımından strateji əhəmiyyətə malikdir. BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil olunan bu nüfuzlu platforma şəhərlərin gələcəyi, urbanizasiya çağırışları, iqlim dəyişiklikləri, sosial inklüzivlik və yaşıl inkişaf kimi məsələlərin müzakirə olunduğu ən mühüm beynəlxalq forumlardan biridir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin ölkəmizə olan yüksək etimadının, dövlətimizin artan beynəlxalq nüfuzunun və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar diplomatiya, mədəni irsin qorunması, beynəlxalq əməkdaşlıq və multikultural dəyərlərin təşviqi istiqamətində fəaliyyəti Azərbaycanın müasir, açıq və etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsinə mühüm töhfə verir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, WUF13-ün Azərbaycanda təşkili ölkəmizin beynəlxalq imicinə bir neçə mühüm istiqamətdə müsbət təsir göstərir. “İlk növbədə, forum Azərbaycanı regionda dayanıqlı inkişaf və innovativ şəhərsalma siyasətinin aparıcı mərkəzlərindən biri kimi təqdim edir. Bu tədbir vasitəsilə beynəlxalq ekspertlər, siyasətçilər, investorlar və şəhərsalma üzrə mütəxəssislər Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq layihələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Digər mühüm məqam isə Azərbaycanın postmünaqişə dövründə aparılan bərpa işlərində formalaşdırdığı yeni modelin beynəlxalq platformada təqdim edilməsidir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi artıq bir çox beynəlxalq dairələr tərəfindən unikal inkişaf nümunəsi kimi qiymətləndirilir. Azərbaycan dağıdılmış şəhərləri sadəcə bərpa etmir, onları XXI əsrin çağırışlarına uyğun şəkildə yenidən layihələndirir. Bu yanaşma klassik rekonstruksiya modelindən fərqlənərək müasir urbanizasiya prinsiplərini, rəqəmsal texnologiyaları, yaşıl enerji həllərini və insan faktorunu nəzərə alan idarəetməni özündə birləşdirir”.

Ağdam, Füzuli, Şuşa, Zəngilan və digər şəhərlərdə həyata keçirilən layihələrə diqqət çəkən deputat deyib: “Bu layihələr göstərir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasını sistemli şəkildə tətbiq edən nadir ölkələrdən biridir. Burada məqsəd yalnız yeni yaşayış məntəqələri yaratmaq deyil, həm də təhlükəsiz, dayanıqlı, ekoloji və yüksək həyat keyfiyyətinə malik şəhər mühiti formalaşdırmaqdır. Xüsusilə Zəngilan rayonunun Ağalı kəndi beynəlxalq maraq doğuran layihələrdən biri hesab olunur. Ağalı layihəsində bərpaolunan enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri, innovativ kənd təsərrüfatı texnologiyaları və sosial xidmətlərin vahid inteqrasiyası həyata keçirilib. Bu model artıq bir sıra beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən postmünaqişə dövründə “ağıllı kənd” konsepsiyasının uğurlu nümunəsi kimi qiymətləndirilir. Azərbaycanın beynəlxalq şəhərsalma təcrübəsinə təqdim etdiyi əsas yeniliklərdən biri də yaşıl enerji zonası yanaşmasıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi mühüm töhfədir. Günəş, külək və hidroenerji layihələrinin inkişafı həm regionun enerji təminatını gücləndirir, həm də karbon emissiyalarının azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu siyasət Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Ənənəvi enerji resursları ilə zəngin olan ölkəmizin, eyni zamanda, bərpaolunan enerji sahəsində regional liderliyə iddia etməsi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. WUF13 isə bu istiqamətdə Azərbaycanın təcrübəsini qlobal auditoriyaya təqdim etmək üçün mühüm imkan yaradır. Forumun ölkəmiz üçün digər mühüm əhəmiyyəti iqtisadi və investisiya imkanları ilə bağlıdır. Belə beynəlxalq tədbirlər xarici investorların diqqətini Azərbaycanın inkişaf edən şəhərsalma, infrastruktur, nəqliyyat və yaşıl enerji layihələrinə yönəldir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yeni iqtisadi əməkdaşlıq imkanlarının formalaşmasına, texnologiya transferinə və beynəlxalq tərəfdaşlığın genişlənməsinə şərait yaradır. WUF13 həm də Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biri kimi çıxış edir. Forum vasitəsilə ölkəmiz yalnız iqtisadi və infrastruktur potensialını deyil, həm də multikultural dəyərlərini, tolerantlıq ənənələrini və humanitar yanaşmasını beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Şuşanın tarixi-mədəni irsinin bərpası, şəhərin mədəniyyət paytaxtı kimi inkişaf etdirilməsi bu siyasətin mühüm nümunələrindəndir. Bütün bunlar göstərir ki, WUF13 Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsi, ölkəmizin dayanıqlı inkişaf sahəsində nüfuzunun artması və Qarabağda həyata keçirilən quruculuq modelinin dünya miqyasında tanıdılması baxımından strateji əhəmiyyət daşıyır. Bu forum vasitəsilə Azərbaycan dünyaya nümayiş etdirir ki, postmünaqişə dövründə aparılan bərpa işləri yalnız dağıntıların aradan qaldırılması deyil, həm də gələcəyin şəhərlərinin qurulması prosesidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə Azərbaycanın daxili inkişaf strategiyasının deyil, eyni zamanda, beynəlxalq şəhərsalma siyasətinin yeni istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycan artıq yalnız enerji və nəqliyyat mərkəzi deyil, həm də dayanıqlı urbanizasiya və innovativ şəhərsalma modelini formalaşdıran ölkə kimi qlobal gündəmdə yer alır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keniya Prezidentinə SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi enerji layihələri barədə məlumat verilib  

13:01
18 May

ABŞ-də keçirilən avia şousunda iki hərbi təyyarə toqquşub   

13:00
18 May

Pakistanda bazarda partlayış: 3 ölü, 4 yaralı

12:51
18 May

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edir YENİLƏNƏCƏK

12:47
18 May

“Baraka” AES-də dron hücumundan sonra radiasiya sızması aşkar edilməyib  

12:39
18 May

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

11:21
18 May

Azərbaycan şəhərsalma modelini dünyaya təqdim edir 

10:49
18 May

WUF13 “Urban Expo” sərgisinin açılışı olub 

10:47
18 May

Ombudsman “İnsan Hüquqları Aylığı”nı elan edib

10:43
18 May

WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyası keçirilib – YENİLƏNİB

10:06
18 May

18 May - Beynəlxalq Muzeylər Günüdür

10:02
18 May

İcraçı direktor: WUF13 BMT-nin Məskunlaşma Proqramının indiyədək təşkil etdiyi ən böyük sessiyasıdır

09:59
18 May

Anar Quliyev: WUF13 şəhərlərin gələcəyinə dair qlobal baxışın formalaşmasına töhfə verir 

09:53
18 May

UN-Habitat: Mənzil böhranı artıq qlobal və sistemli çağırışa çevrilib

09:46
18 May

Türkiyə mediası: Bakıda şəhərlərin gələcəyi formalaşır

09:23
18 May

Media: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

09:19
18 May

WUF13-ün ilk günü nazirlər görüşü, bayraq qaldırma mərasimi və Assambleya sessiyaları ilə yadda qalıb VİDEO  

09:13
18 May

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

09:13
18 May

Səudiyyə Ərəbistanı hava məkanına daxil olan üç dronu ələ keçirib

08:57
18 May

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

08:46
18 May

Tramp: Vaxt İranın əleyhinə işləyir

08:40
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!