27 Fevral 2026 08:10
208
CƏMİYYƏT
A- A+
Yaddaşın səssiz harayı

Yaddaşın səssiz harayı


Dünən Xocalı soyqırımının ildönümündə insanlar sübh tezdən dəstə-dəstə "Ana harayı" abidəsinin önünə axışırdılar. Ziyarətçilər susur, yaddaş danışırdı. Əslində, insanlar abidənin önünə yalnız qərənfil qoymağa yox, millətin tarixində qanla yazılmış həqiqəti bir daha dinləməyə gəlmişdilər. Bu sükut adi sakitlik deyildi,  ağrının, acının, günahsız qurbanlara  ehtiramın və yaddaşın səssiz harayı idi. 

Abidənin önünə düzülən qərənfillərin qoxusu soyuq səhər havasına qarışdıqca izdihamın içindən zorla eşidilən dualar bu anın mənəvi və fiziki  ağırlığını daha da artırırdı. Ziyarətçilərin çöhrələrində keçmişin ağrısı, gözlərində  isə bu günün qüruru duyulurdu. Onlarla söhbət etdikcə aydın olurdu ki, Xocalı artıq yalnız bir xatirə deyil, o həm də hər bir azərbaycanlının yaddaşında yaşayan faciədir. 

Xalq artisti Cavan Zeynallı ilə söhbət edirik: "Xocalı faciəsi insanlığın utanc yeridir, günahsız, əliyalın  insanlara qarşı törədilmiş ən dəhşətli faciədir. Nə idi bu qətlə yetirilən insanların günahları? Yalnız azərbaycanlı olduqlarına görə onları vəhşicəsinə qətlə yetirmək, əsir götürüb işgəncə vermək, canını götürüb qaçanları kütləvi şəkildə məhv etməyin bir adı var - vəhşilik. Tarix ən ədalətli hakimdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə biz artıq torpaqları azad edib günahsız insanların qanı töküldüyü yurdumuzda ədaləti bərpa etmişik. Dünyada bir təzada baxın: Xocalıda günahsız insanların qanını axıdanların cəzalanmasını istəməyən, susan, onları görməzdən gələn dünya bu gün Xocalıda günahsız insanların qanını tökən separatçılara, hərbi cinayətkarlara azadlıq istəyir. Bizim xalq olaraq bu cür faciələri yaddan çıxarmağa haqqımız yoxdur. Mən yaxınlıqda yaşayıram. Demək olar ki, hər gün bu abidənin önündə dayanıb o dəhşətli faciəni xatırlayıram".

Digər həmsöhbətimiz isə akademik Gövhər Baxşəliyevadır: "Biz hər il bu  müqəddəs "Ana fəryadı" abidəsini ziyarət edirik. Əlbəttə ki, bu tarixdə görünməmiş nadir soyqırımı aktlarından biri törədilib. 34 il əvvəl tarixin ən dəhşətli faciəsi baş verib. 613 nəfərin  qəddarcasına həyatına son qoyulub, 150 nəfər itkin düşüb. İlk növbədə separatçıları, onları himayə edən 366-cı alayın faciədə əli olan əsgər və zabitlərini, eyni zamanda ovaxtkı Azərbaycan rəhbərliyinin məsuliyyətsizliyini qeyd etmək istəyirəm. Bu faciənin qarşısını almaq üçün vaxtında əhalini oradan çıxarmaq lazım idi. Telefonçu qızlar belə bir təhlükənin olacağı barədə məlumatlar vermişdilər. Amma təəssüf ki, vaxtında tədbir görülmədi, köməyə gedən olmadı, nəticədə əhali qırıldı. Biz bu dəhşətli faciəni qətiyyən unutmamalıyıq. Mən millətin ziyalı xanımı, bir ana kimi hər il bu abidəni ziyarət edirəm. Həmişə də təsəllim o olur ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Ali Baş Komandanımız, Azərbaycan Ordusu günahsız insanların qisasını aldı. Bu gün Xocalıda faciə qurbanlarının abidəsi açılır. Bu gün biz həm Xankəndidə, həm Şuşada, həm də bütün Qarabağdayıq. Bu, çox böyük hadisədir". 

Bu yerdə AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun direktoru İradə Hüseynova söhbətə qoşulur: "Bu gün xalqımızın tarixində ən faciəli hadisənin baş verdiyi gündür. Xocalıda insanlığa qarşı böyük bir faciə törədilmişdi. Qeyd edim ki, dünya erməni diasporunun və onların havadarlarının bütün cəhdlərinə baxmayaraq, bu dəhşətli faciənin dünya ictimayyətinə çatdırılıması üçün Ulu Öndər Heydər Əliyevin dövründən çox ciddi işlər görüldü. Bu ənənəni Prezident İlham Əliyev davam etdirdi, Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası qısa müddətdə qlobal miqyas aldı. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri, maarifləndirici aksiyalar, fotosərgilər, elmi konfranslar təşkil olundu, geniş informasiya materialları yayımlandı. Nəticə etibarilə bir sıra ölkələr və onların parlamentləri, o cümlədən ABŞ-nin bir çox ştatı Xocalı soyqırımını tanıyan qərarlar qəbul etdilər. İlahi bir ədalət var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə biz 44 günlük müharibədə tarixi qələbə çalaraq ədaləti bərpa etdik. Buna baxmayaraq, xalq olaraq bu faciəni bir an belə unutmamalı, gələcək nəsillərə çatdırmalıyıq".

Biologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Əzizov da həmkarının sözünə qüvvət verdi: "Xocalı faciəsi Azərbaycan xalqının tarixində unudulmaz bir yaradır. Bu soyqırımı təkcə o gecəni deyil, gələcək nəsilləri də dərindən sarsıtdı. Bu ağrı eyni zamanda xalqımızın iradəsinin  sınağı oldu, amma əyilmədik, qorxmadıq, sınmadıq! İndi biz şəhidlərimizi məğlub bir xalqın nümayəndələri yox, qalib millətin övladları kimi anırıq. Faciələr unudulmamalıdır ki, heç bir zaman təkrarlanmasın. Tarix bizə bunu öyrədir: yaddaş həm dərsdir, həm də təhlükəsiz gələcəyin təminatı. Ziyarətə gələn əmək kollektivləri, məktəblilər, gənclər və ağsaqqallar bir daha sübut edirlər ki, bu yaddaş yaşayır və yaşayacaq. Həqiqətdir ki, əbədi düşmənçilik anlayışı yoxdur. Bu gün regionda sülhə hər zamankından daha yaxınıq. Amma sülh yalnız yaddaş üzərində qurulanda möhkəm olur. Xocalı kimi faciələr unudulmadıqca, onların dərsi gələcək nəsillərə ötürüldükcə belə qanlı hadisələr  bir daha təkrarlanmayacaq.

Bu səhər abidə önündə hiss olunan ovqat həm hüznlü, həm də qürurlu idi. Çünki artıq torpağı işğal olunmuş bir xalqın deyil, qalib və ədaləti bərpa etmiş bir millətin övladları kimi şəhidləri yad edirik. Yaddaş isə bu qürurun ən müqəddəs dayağıdır. Xocalı soyqırımı xalqımızın yaddaşından silinməyəcək bir tarixdir. Bu tarix bizə həm itkilərimizin ağrısını, həm də bir millət olaraq sınsaq da, əyilmədiyimizi xatırladır. Bu gün biz sülhə doğru addımladığımız bir zamanda belə faciələrin bir daha təkrarlanmaması üçün yaddaşımızı diri saxlayırıq - özümüz diri qalmaq üçün.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İraqlı tədqiqatçı: Xocalı qətliamı beynəlxalq humanitar hüququn prinsiplərinə qarşı yönəlmiş ağır cinayətdir  

10:06
27 Fevral

Türkiyənin Rusiyadakı səfiri: Biz hər zaman Can Azərbaycanın yanındayıq

09:57
27 Fevral

Oman süni yağış stansiyaları şəbəkəsini genişləndirir

09:56
27 Fevral

Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayılın Horovlu kəndinə köç karvanları yola düşüb  

09:35
27 Fevral

Unutqanlığı gecikdirmək mümkündür

09:35
27 Fevral

Ötən il ölkə əhalisinin sayı 37,4 min nəfərdən çox artıb

09:30
27 Fevral

Memarlıq abidələrimizin yorulmaz tədqiqatçısı

09:25
27 Fevral

Qılınc kəsməyəni hiylə kəsdi

09:20
27 Fevral

Yardımlıda sahibkarlar və KOBİA bir araya gəldilər

09:15
27 Fevral

Çobanların halal yurdu

09:10
27 Fevral

Xocalı soyqrımının qurbanları anılıb

09:05
27 Fevral

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişin ünvanı

09:00
27 Fevral

Dayanıqlı və davamlı su strategiyası

08:55
27 Fevral

I Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ idi

08:50
27 Fevral

İrəvan seçki prosesini hibrid müdaxilədən qorumaq istəyir

08:45
27 Fevral

Antimilli ünsürlərin xisləti 

08:40
27 Fevral

Milli maraqları uğurla təmin edən enerji siyasəti 

08:35
27 Fevral

Sülhün iqtisadi formulu 

08:30
27 Fevral

Azərbaycan-ABŞ münasibətləri: 34 illik tarixin yüksəliş dövrü

08:25
27 Fevral

"Xocalı: Zamanın dayandığı an!"

08:20
27 Fevral

İzləri silinsə də, acıları silinməyəcək

08:15
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!