27 Fevral 2026 09:25
157
Mədəniyyət
A- A+
Memarlıq abidələrimizin yorulmaz tədqiqatçısı

Memarlıq abidələrimizin yorulmaz tədqiqatçısı


Onun xatirəsini bir zamanlar təəssübkeşliklə təbliğ etdiyi, böyük əzmlə, yorulmaq bilmədən araşdırdığı, dərindən öyrəndiyi, bərpası ilə məşğul olduğu, bu gün dövlətimiz tərəfindən xüsusi qayğı ilə qorunan onlarca, yüzlərlə abidə yaşadır. Söhbət Azərbaycan milli sənətşünaslıq məktəbinin banilərindən biri, memar, professor Əbdülvahab Salamzadədən gedir. 

Əbdülvahab Salamzadə  1916-cı il fevralın 16-da elm və mədəniyyətimizin qədim mərkəzlərindən olan Şamaxıda dünyaya gəlib. 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunu bitirib "Azərdövlətyihə"də memar kimi fəaliyyətə başlayan Ə.Salamzadə 1944-1947-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. O, milli memarlıq tariximizi öyrənən ilk alimlərdən biri olub. Azərbaycan memarlıq məktəblərinin müəyyənləşdirilməsində və hərtərəfli tədqiqində onun misilsiz rolu var.

Azərbaycan dünya memarlıq tarixinə Əcəmi Naxçıvani kimi qüdrətli sənətkarlar bəxş edib. Lakin uzun illər milli xüsusiyyətləri və özünəməxsusluğu ilə seçilən Azərbaycan memarlığı ətraflı öyrənilməyib. Bu sahədə yaranmış boşluq bir sıra problemlərə yol açıb. Məmləkətimizin bənzərsiz abidələri haqqında bəzən yanlış yozumlar irəli sürülüb, onların digər xalqların mədəni təsiri ilə yarandığı kimi həqiqətdən uzaq fikirlər səsləndirilib. Belə bir dövrdə Əbdülvahab Salamzadə Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçılarından biri olub. O, qədim Şuşa, Şəkinin şəhərsalma mədəniyyətini tədqiq edib.

1976-cı ildən Azərbaycan Sovet Ensiklopediyası (ASE)  elmi redaksiya şurasının üzvü kimi fəaliyyət göstərən Ə.Salamzadə Azərbaycanın bir çox memarlıq abidəsinin bərpa layihələrinə tərtibat verib. O, Molla Pənah Vaqifin 1982-ci ildə Şuşada açılmış türbəsinin müəllifidir.

Azərbaycan memarlığının ilk tədqiqatçılarından biri kimi Əbdülvahab Salamzadə öz elmi fəaliyyəti ilə xeyli qaranlıq məqamların aydınlaşdırılmasına nail olub, mühüm tarixi faktları üzə çıxarıb. 1948-ci ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarını müdafiə edən tədqiqatçı 967-ci ildə professor elmi adını alıb, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1951-1957-ci illərdə Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri, 1957-1983-cü illərdə isə direktor müavini vəzifələrində çalışıb. Görkəmli alim 130-dan artıq elmi əsərin və eləcə də 15 monoqrafiyanın müəllifidir. Onun ayrı-ayrı illərdə nəşr olunan "Abidələr danışır" (Bakı, 1952), "Azərbaycan memarlıq abidələri" (1958), "Əcəmi Naxçıvani" (1976), "Arazboyu abidələr" (K.Məmmədzadə ilə birgə;  1979) və digər əsərləri memarlıq və sənətşünaslıq elminə dəyərli töhfələr verib.  Əbdülvahab Salamzadənin M.Hüseynov və L.Bretanitski ilə birgə hazırladığı, rus dilində Moskvada çap olunan "Azərbaycan memarlıq tarixi" adlı fundamental əsəri milli memarlıq tariximizin ən sanballı mənbələrindən sayılır.

Əbdülvahab Salamzadə pedaqoji fəaliyyətlə də məşğul olub. 1948-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin Sənətşünaslıq bölməsində dərs deyib, 30-a yaxın doktorluq və namizədlik dissertasiyasının elmi rəhbəri olub. O, 1962-ci ildən Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini, Azərbaycan Mədəniyyət Nazirliyinin kollegiya üzvü, SSRİ Memarlar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibinin müavini kimi fəaliyyət göstərib.

Alim, pedaqoq və ictimai xadim kimi Ə.Salamzadənin fəaliyyəti bunlarla məhdudlaşmayıb. O,  tarixi abidələrin bərpasında yaxından iştirak edib. Bir çox Azərbaycan abidəsi və sənətkarlıq nümunəsinin aşkar edilməsi və ilkin tədqiqi, Aran, Təbriz və Naxçıvan memarlıq məktəblərinin elmi şəkildə müəyyənləşdirilməsi bilavasitə onun adı ilə bağlıdır. Ömürboyu Azərbaycanın müxtəlif bölgələrini gəzərək xalqımızın tarixi qədimliyini və mənəvi zənginliyini əks etdirən abidələrin vəziyyətini araşdıran, onların ölçülərinin götürülməsində və bərpa eskizlərinin hazırlanmasında iştirak edən görkəmli alimin yorulmaz fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1960-cı ildə Əməkdar inşaatçı, 1982-ci ildə isə Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilib.

Akademik Əbdülvahab Salamzadə 1983-cü il avqustun 19-da dünyasını dəyişib. Bu gün Əbdülvahab Salamzadənin zəngin elmi irsi Azərbaycan memarlıq tarixinin öyrənilməsində möhkəm təməllərdən biri kimi qalır. "Şəhərsalma və Memarlıq İli"ndə akademik Əbdülvahab Salamzadə kimi milli memarlıq irsimizin qorunması və şəhərsalma ənənələrimizin elmi əsaslarla inkişafı istiqamətində böyük işlər həyata keçirmiş alimin əməyi yenidən minnətdarlıqla yad edilir. Onun elmi irsi bu gün də tədqiqatçılar üçün etibarlı mənbə, memarlar üçün  örnəkdir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı edilib  

10:50
27 Fevral

ABŞ-nin altıncı nəsil F-47 qırıcısı 2028-ci ildə ilk uçuşunu həyata keçirə bilər

10:31
27 Fevral

Londonda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

10:24
27 Fevral

İraqlı tədqiqatçı: Xocalı qətliamı beynəlxalq humanitar hüququn prinsiplərinə qarşı yönəlmiş ağır cinayətdir  

10:06
27 Fevral

Türkiyənin Rusiyadakı səfiri: Biz hər zaman Can Azərbaycanın yanındayıq

09:57
27 Fevral

Oman süni yağış stansiyaları şəbəkəsini genişləndirir

09:56
27 Fevral

Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayılın Horovlu kəndinə köç karvanları yola düşüb  

09:35
27 Fevral

Unutqanlığı gecikdirmək mümkündür

09:35
27 Fevral

Ötən il ölkə əhalisinin sayı 37,4 min nəfərdən çox artıb

09:30
27 Fevral

Memarlıq abidələrimizin yorulmaz tədqiqatçısı

09:25
27 Fevral

Qılınc kəsməyəni hiylə kəsdi

09:20
27 Fevral

Yardımlıda sahibkarlar və KOBİA bir araya gəldilər

09:15
27 Fevral

Çobanların halal yurdu

09:10
27 Fevral

Xocalı soyqrımının qurbanları anılıb

09:05
27 Fevral

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişin ünvanı

09:00
27 Fevral

Dayanıqlı və davamlı su strategiyası

08:55
27 Fevral

I Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ idi

08:50
27 Fevral

İrəvan seçki prosesini hibrid müdaxilədən qorumaq istəyir

08:45
27 Fevral

Antimilli ünsürlərin xisləti 

08:40
27 Fevral

Milli maraqları uğurla təmin edən enerji siyasəti 

08:35
27 Fevral

Sülhün iqtisadi formulu 

08:30
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!