27 Fevral 2026 08:40
189
SİYASƏT
A- A+
Antimilli ünsürlərin xisləti 

Antimilli ünsürlərin xisləti 


Fevralın 19-da Vaşinqtonda bir qrup antimilli ünsür təxribat xarakterli hərəkətlərə yol verərək, mühafizə olunan əraziyə daxil olmağa cəhdlər etdi. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və ABŞ polisinin birlikdə operativ müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alındı, antimilli ünsürlər ərazidən uzaqlaşdırıldı. Azərbaycanın ABŞ-dəki səfirliyinin yaydığı bəyanatda da qeyd edilir ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər. 

Dövlət başçısını mühafizə edən nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb. Həyata keçirilən tədbirlər standart əməliyyat prosedurlarına uyğun olaraq yalnız təhlükəsizlik və mühafizənin təmin olunmasına yönəlib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Vaşinqtonda təxribata cəhd edən antimilli ünsürlər ABŞ-dəki şovinist erməni dairələrinin cızdığı ssenariləri həyata keçirməyə cəhdlər göstərməklə kimliklərini bir daha nümayiş etdirdilər: "Vətənə xəyanət yolu tutanların hansı aqibəti yaşadıqları məlumdur. Şəxsi ambisiyalarının quluna çevrilən bu antimilli ünsürlər  xarici dairələrin ölkəmizə qarşı hazırladıqları planları icra etməklə nə qədər mənəviyyatsız olduqlarını təsdiqləyirlər. Ümummilli Lider Heydər Əliyevin bir fikrini xatırlatmaq istəyirəm: "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır". Ulu Öndər eyni zamanda bildirmişdi ki, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir", - deyə deputat əlavə edib.

V.Rəhimzadə qeyd edib ki, Vaşinqtonda baş verən təxribatda antimilli ünsürlərə, xəyanətkarlara ilk dəstək verən qurumun erməni diaspor təşkilatı ANCA və Azərbaycan xalqının və dövlətinin qatı düşməni olan ermənipərəst Frenk Pallonenin olması bu qüvvələrin birgə fəaliyyət göstərdiklərini təsdiqləyir. Frank Pallone uzun illərdir erməni lobbisi ilə işbirliyində olaraq hər zaman Azərbaycanın maraqlarına qarşı qərəzli mövqe ortaya qoyub. Onun da keçmiş senator Bob Menendez kimi erməni lobbi təşkilatlarından maliyyə aldığı sirr deyil. "Ermənipərəst keçmiş senator Bob Menendezin korrupsiya və rüşvətxorluğa görə məhkum olunması bu şəbəkənin əsl mahiyyətini ifşa etdi. Dövlətimizə qarşı yönələn bədnam 907-ci düzəlişin təşəbbüskarı və müəlliflərindən biri də Pallone olub. Pallone kimi ermənipərəstin, ANCA kimi təşkilatların fəaliyyəti birbaşa ölkəmizin maraqlarına qarşı yönəlib. Bu qüvvələr xəyanətkarlardan, antimilli ünsürlərdən öz maraqları üçün istifadə edirlər. Bu cür təxribatlar dövlətimizin güclənməsinə, müstəqil siyasət yürütməsinə, xalqımızın iradəsinə qarşı yönəlir. Məqsəd Azərbaycanın artan beynəlxalq nüfuzuna zərbə vurmaq, uğurlarına kölgə salmaqdır. Azərbaycan tarixi Zəfəri, suverenliyinin tam bərpası ilə yeni reallarlar yaradıb. Bu reallıqlar ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirib", - deyə V.Rəhimzadə bildirib. 

Deputat vurğulayıb ki, Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin müəllifi kimi  nüfuz qazanması özündə bütün çağırışları ehtiva edir. Bu gün Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması, strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişafı təbii ki, bəzi dairələrdə qısqanclıqla qarşılanır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvü olmaq Azərbaycanın dünya siyasətində söz sahibliyinin növbəti təzahürüdür. Uğurlarımızın fonunda antimilli ünsürlərin xarici dairələrin göstərişi ilə etdikləri cəhdlərin nə qədər mənasız, yersiz olduğu aydın görünür. 

Azərbaycanın bu zirvəyə ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti ilə çatdığını deyən V.Rəhimzadə bildirib ki, erməni lobbisi, anti-Azərbaycan dairələr, öz ölkəsinə düşmən kəsilən bu antimilli ünsürlər, xəyanətkarlar istəklərinə heç vaxt nail ola bilməyəcəklər. "Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, milli maraqlarını hər şeydən üstün tutan qüdrətli dövlətdir. Azərbaycan xalqının milli birliyini və həmrəyliyini sarsıtmaq mümkün deyil. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb. Azərbaycan çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanıb. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində, birgünlük antiterror tədbirlərində zəfərləri ilə  sübuta yetirib.  Xalq-iqtidar birliyi bütün uğurlarımızın əsasıdır. Bu reallıqları görməzdən gələnlər siyasi korlardır", - deyə deputat bildirib. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İraqlı tədqiqatçı: Xocalı qətliamı beynəlxalq humanitar hüququn prinsiplərinə qarşı yönəlmiş ağır cinayətdir  

10:06
27 Fevral

Türkiyənin Rusiyadakı səfiri: Biz hər zaman Can Azərbaycanın yanındayıq

09:57
27 Fevral

Oman süni yağış stansiyaları şəbəkəsini genişləndirir

09:56
27 Fevral

Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayılın Horovlu kəndinə köç karvanları yola düşüb  

09:35
27 Fevral

Unutqanlığı gecikdirmək mümkündür

09:35
27 Fevral

Ötən il ölkə əhalisinin sayı 37,4 min nəfərdən çox artıb

09:30
27 Fevral

Memarlıq abidələrimizin yorulmaz tədqiqatçısı

09:25
27 Fevral

Qılınc kəsməyəni hiylə kəsdi

09:20
27 Fevral

Yardımlıda sahibkarlar və KOBİA bir araya gəldilər

09:15
27 Fevral

Çobanların halal yurdu

09:10
27 Fevral

Xocalı soyqrımının qurbanları anılıb

09:05
27 Fevral

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişin ünvanı

09:00
27 Fevral

Dayanıqlı və davamlı su strategiyası

08:55
27 Fevral

I Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ idi

08:50
27 Fevral

İrəvan seçki prosesini hibrid müdaxilədən qorumaq istəyir

08:45
27 Fevral

Antimilli ünsürlərin xisləti 

08:40
27 Fevral

Milli maraqları uğurla təmin edən enerji siyasəti 

08:35
27 Fevral

Sülhün iqtisadi formulu 

08:30
27 Fevral

Azərbaycan-ABŞ münasibətləri: 34 illik tarixin yüksəliş dövrü

08:25
27 Fevral

"Xocalı: Zamanın dayandığı an!"

08:20
27 Fevral

İzləri silinsə də, acıları silinməyəcək

08:15
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!