26 Fevral 2026 19:47
184
CƏMİYYƏT
A- A+
Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib  

Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib  

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində və xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndəliklərində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Anım mərasimlərində bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciənin əsl hüquqi qiymətini alması ilə bağlı milli səviyyədə addımlar atılıb. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib.

Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi vurğulanıb.

Silsilə tədbirlər çərçivəsində saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub, fotosərgilər, ədəbi-bədii kompozisiyalar və filmlər nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb  

22:49
26 Fevral

Vyanada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiya keçirilib  

22:12
26 Fevral

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalıya səfəri ilə bağlı videoçarx paylaşılıb

21:48
26 Fevral

Xocalıda soyqırımı qurbanlarının xatirəsinə fləş-mob

21:00
26 Fevral

BMT yanında Daimi Nümayəndəlik: Azərbaycan regionda sülh qurulması üçün səylərini davam etdirəcək  

20:18
26 Fevral

Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib  

19:47
26 Fevral

Qərbi Azərbaycan İcması Xocalı soyqırımı abidəsini ziyarət edib

19:29
26 Fevral

Dövlət Komitəsində Xocalı faciəsinin qurbanları anılıb

19:11
26 Fevral

SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər  

19:10
26 Fevral

Xankəndi, Ağdərə və Xocalıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

18:58
26 Fevral

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:49
26 Fevral

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb 

18:42
26 Fevral

Şuşada Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram 

18:41
26 Fevral

İqtisadi Şuranın iclası keçirilib

18:30
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-3

18:30
26 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:19
26 Fevral

Xocalı soyqırımı qurbanları Əlcəzairdə də anılıb

18:12
26 Fevral

ETSN-in kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

18:10
26 Fevral

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:07
26 Fevral

BMT: 2025-ci ildə miqrasiya marşrutlarında təxminən 8 min nəfər ölüb

18:01
26 Fevral

Prezident: Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin  

17:56
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!