19 May 2026 08:35
230
SİYASƏT
A- A+
TDT Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib

TDT Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib


Türk Dövlətləri Təşkilatının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü zamanı Prezident İlham Əliyevin çıxışında söylədiyi fikirlər bir daha təsdiq etdi ki, türk dünyasının inteqrasiyası birliyinin yaradılması ideyasının müəllifi məhz Azərbaycan olub. Bu gün dünyada baş verən münaqişə və müharibələr, enerji resursları savaşı yeni dünya düzəninin yaranmasına səbəb olub. Bu cür mürəkkəb və gərgin  geosiyasi şəraitdə TDT yalnız iqtisadi, humanitar bir platforma deyil, eyni zamanda Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva "Azərbaycan" qəzetinə açıqlamasında vurğulayıb ki, artıq ənənəyə çevrilmiş TDT-nin qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı Prezident İlham Əliyevdir. 2024-cü ildə ilk görüşün Şuşa şəhərində baş tutduğunu xatırladan ekspert bildirib ki, Şuşada Qarabağ Bəyannaməsinin imzalanması türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin, regionda yaratdığı reallıqları dəstəklədiyinin nümunəsidir. "Sözsüz ki, istər rəsmi, istərsə də qeyri-rəsmi Zirvə görüşləri təşkilatın daha da güclənməsinə, əlaqələrin genişlənməsinə xidmət edir. Budəfəki qeyri-rəsmi Zirvə görüşünün Qazaxıstanın Türküstan şəhərində keçirilməsi də təsadüfi deyil. Türküstan türk dünyasının sivilizasiyasının mənəvi paytaxtı hesab olunur. Türküstanla Şuşanın qardaşlaşmış şəhər olması türk xalqlarının ortaq tarixə, mədəniyyətə, eyni soykökə bağlılığını da nümayiş etdirir. Azərbaycan türk dünyasını coğrafi cəhətdən də bir-birinə bağlayan strateji mərkəzdir. Cənab İlham Əliyevin Azərbaycanda çoxşaxəli nəqliyyat-logistika layihələrini reallaşdırması nəticəsində Orta dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizi açılacaq ki, bu da Mərkəzi Asiyanın Türkiyə ilə bağlantısını yaradacaq. Zəngəzur dəhlizi, həmçinin Çin-Mərkəzi Asiya-Türkiyə xəttini Avropa ilə birləşdirən mühüm nəqliyyat marşrutu olacaq. Şübhəsiz ki, burada Azərbaycan dövlətinin rolu əvəzolunmazdır", - deyə o bildirib. 

1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayda türk dünyasının inteqrasiyasının təməli qoyulduğunu xatırladan K.Əliyeva diqqətə çatdırıb ki, bu il Bakıda qurultayın 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Türkdilli ölkələrin ortaq əlifbasının yaradılması haqqında qərar tarixi əhəmiyyət kəsb edir. Bu məsələdə də Azərbaycan lider dövlət kimi çıxış edir. Türk Dünyası Ortaq Əlifba Komissiyasının 2024-cü ildə Bakıda keçirilməsi sübut edir ki, bu istiqamətdə də Azərbaycanın atdığı addım əvəzsizdir. Ortaq əlifba vahid informasiya və kommunikasiya sisteminə, mədəni və təhsil infrastrukturuna keçidə böyük imkanlar yaradacaq. 

Qeyri-rəsmi Zirvə görüşündə "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunun xüsusi diqqət çəkdiyini deyən ekspert bildirib ki, bu mövzunun ciddi şəkildə müzakirə olunması TDT-nin dünya texnoloji və süni intellekt yarışmasında öndə gedən təşkilata çevrilməyi hədəf aldığını deməyə əsas verir: "Müasir dünyada dövlətlərin gücü siyasi, iqtisadi, hərbi sahələrin yüksəlişi ilə yanaşı, rəqəmsal və süni intellektin inkişaf etdirilməsi ilə də ölçülür. Bu sahədə də Azərbaycan  TDT-də öndə gedir. Son illər ölkəmizdə rəqəmsal hökumət sisteminin, elektron xidmətlərin, eləcə də Bakıda Süni İntellekt Akademiyasının yaradılması ölkəmizdə bu istiqamətdə olduqca ciddi addımların atıldığından xəbər verir. Rəqəmsal və süni intellekt sahəsində birgə əməkdaşlıq TDT-yə beynəlxalq aləmdə böyük nüfuz qazandıracaq. Görülən işlər ondan xəbər verir ki, Türk Dövlətləri Təşkilatı əsrimizin ən güclü və qüdrətli təşkilatına çevriləcək".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınların qərar qəbuletmədə rolu WUF13-də diqqət mərkəzində olub  

09:42
19 May

WUF13 Türkiyə mediasının diqqət mərkəzindədir

09:38
19 May

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı olub  

09:35
19 May

WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb

09:31
19 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO  

09:25
19 May

Prezident: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir

09:12
19 May

Azərbaycan Prezidenti: Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır  

09:06
19 May

Prezident İlham Əliyev: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq  

09:01
19 May

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 

08:51
19 May

Yaddaşın və tarixin keşikçisi

08:45
19 May

Enerji, nəqliyyat və innovasiya gündəmi

08:43
19 May

Azərbaycan-Bolqarıstan: "Həmrəylik Halqası" ilə genişlənən tərəfdaşlıq

08:40
19 May

TDT Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib

08:35
19 May

Siyasi həmrəylik, rəqəmsal inkişaf və ortaq sivilizasiya

08:30
19 May

Bakı qlobal dialoqun əsas ünvanlarından biridir

08:25
19 May

WUF13 və gələcəyin düşünən şəhərləri

08:20
19 May

Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi

08:15
19 May

WUF13-də Şanxay mükafatı təqdim olunacaq

08:10
19 May

WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir

08:05
19 May

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır 

08:00
19 May

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!