19 May 2026 09:35
223
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı olub  

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı olub  


Mayın 18-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci günü çərçivəsində bir sıra mühüm tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, WUF13-ün rəsmi açılış mərasimi reallaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar. Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

Sonra UN-Habitat tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub. Tədbirdə çıxış edən Prezident İlham Əliyev forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı olduğunu bildirib. Eyni zamanda, dövlətimizin başçısı deyib: “2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik”. İşğaldan azad olunmuş ərazilərin 5 il ərzində keçdiyi bərpa yolundan söz açan Prezident İlham Əliyev Azərbaycan hökumətinin hazırda prioritetində duran Böyük Qayıdış proqramından ətraflı danışıb.

BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun açılış mərasiminə ünvanladıqları videomüraciətləri nümayiş etdirilib.

Açılış mərasiminin ardınca liderlərin bəyanatları səsləndirilib. WUF13 tədbirində iştirak edən ölkələrin liderləri çıxışları zamanı Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edərək, WUF13 tədbirinin yüksək səviyyədə təşkilini və Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi təşəbbüsləri müsbət qiymətləndiriblər.

Günün proqramı çərçivəsində WUF13-ün açılışına həsr olunan mətbuat konfransı keçirilib. Konfransda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, eləcə də Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri və BMT-nin Məskunlaşma Proqramının Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq iştirak ediblər. Burada dayanıqlı və inklüziv şəhərlərin qurulması, əlverişli mənzil təminatı, sürətli urbanizasiyanın yaratdığı çağırışlar, post-münaqişə ərazilərində yenidənqurma, “ağıllı şəhərsalma” və beynəlxalq əməkdaşlıq kimi məsələlər yerli və xarici media nümayəndələrinin diqqətinə çatdırılıb.

Konfransın ardınca Anaklaudia Rossbax və Anar Quliyevin iştirakı ilə “Urban Expo” sərgisinin açılışına həsr olunmuş lentkəsmə mərasimi keçirilib. Şəhərsalma və mənzil təminatı sahələrində innovativ yanaşmaları təqdim edən “Urban Expo” sərgisində 82 ölkədən 260 təşkilat və qurumun iştirak etdiyi 130-a yaxın pavilyon nümayiş olunur. Sərgidə ümumilikdə 41 ölkəni təmsil edən milli pavilyon nümayiş etdirilir. Onların ən böyüyü 1500 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


Müxtəlif iştirak, vahid baxış


İlk iki gün ərzində 162 ölkədən əyani və onlayn formatda 25 mindən çox iştirakçını bir araya gətirən WUF13 dünyanın ən iri Ümumdünya Şəhərsalma forumlarından biri kimi qiymətləndirilir.

WUF13 müxtəlif region və sektorlar üzrə geniş beynəlxalq iştirakı ilə davamlı şəhər inkişafı sahəsində dialoq və fəaliyyət üçün aparıcı qlobal platforma rolunu bir daha təsdiqləyir. Forum həmçinin çıxışçılar arasında gender balansının qorunmasına xüsusi önəm verir — dəvət olunmuş spikerlərin 56 faizi qadınlar, 44 faizi isə kişilər təşkil edir.

17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçirilən WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, merləri, biznes nümayəndələrini, akademik çevrələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya toplayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınların qərar qəbuletmədə rolu WUF13-də diqqət mərkəzində olub  

09:42
19 May

WUF13 Türkiyə mediasının diqqət mərkəzindədir

09:38
19 May

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı olub  

09:35
19 May

WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb

09:31
19 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO  

09:25
19 May

Prezident: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir

09:12
19 May

Azərbaycan Prezidenti: Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır  

09:06
19 May

Prezident İlham Əliyev: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq  

09:01
19 May

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 

08:51
19 May

Yaddaşın və tarixin keşikçisi

08:45
19 May

Enerji, nəqliyyat və innovasiya gündəmi

08:43
19 May

Azərbaycan-Bolqarıstan: "Həmrəylik Halqası" ilə genişlənən tərəfdaşlıq

08:40
19 May

TDT Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib

08:35
19 May

Siyasi həmrəylik, rəqəmsal inkişaf və ortaq sivilizasiya

08:30
19 May

Bakı qlobal dialoqun əsas ünvanlarından biridir

08:25
19 May

WUF13 və gələcəyin düşünən şəhərləri

08:20
19 May

Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi

08:15
19 May

WUF13-də Şanxay mükafatı təqdim olunacaq

08:10
19 May

WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir

08:05
19 May

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır 

08:00
19 May

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!