19 May 2026 08:43
233
İQTİSADİYYAT
A- A+
Enerji, nəqliyyat və innovasiya gündəmi

Enerji, nəqliyyat və innovasiya gündəmi


WUF13  isə ön planda


Keçən həftə iqtisadi gündəm bir sıra mühüm hadisə və qərarlarla yadda qalıb. Beynəlxalq iqtisadi gündəm qlobal çağırışlar, yeni əməkdaşlıq platformaları və siyasi-iqtisadi müzakirələrlə diqqət çəkib. Dünya iqtisadiyyatında dəyişən güc balansları, enerji təhlükəsizliyi və davamlı inkişaf məsələləri əsas müzakirə mövzularından olub.

Bu kontekstdə diqqət mərkəzində olan tədbirlərdən biri mayın 11-13-də İstanbulda keçirilən 29-cu Avrasiya İqtisadi Zirvə Görüşüdür. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan tədbirdə 48 ölkənin siyasətçiləri, diplomatları, akademikləri və iş adamları iştirak ediblər. "Qlobal məsuliyyət - müharibədən sonra dünya və ortaq gələcək axtarışı" mövzusuna həsr olunan zirvə çərçivəsində beynəlxalq sülh, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və iqtisadi münasibətlərdə yeni yanaşmalar müzakirə olunub.

Tədbirdə çıxış edənlər qlobal gərginlik, münaqişə və beynəlxalq sistemin qarşılaşdığı problemlərdən danışaraq, sülh və iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. İki gün davam edən Zirvə görüşü çərçivəsində enerji, iqtisadiyyat, demokratiya və iqlim çağırışları ilə bağlı panel müzakirələri keçirilib.

***

İqtisadi və aqrar sahədə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində arxada qoyduğumuz həftə Azərbaycan şirkətləri fəal iştirak ediblər. Bu çərçivədə "PAŞA Holdinq"ə daxil olan "Agro Dairy" şirkəti beynəlxalq aqrar sərgi və forumlarda innovativ yeniliklərini təqdim edib.

19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və Aqronomların II Beynəlxalq Forumu çərçivəsində şirkət "torpaqdan süfrəyədək" prinsipi əsasında qurduğu istehsal modelini nümayiş etdirib. Sərgidə toxum, süd və yem məhsulları, həmçinin müasir kənd təsərrüfatı texnikaları təqdim olunub. Stendlərdə müxtəlif toxum növləri, "Milla Dairy" məhsulları, yem və un məhsulları, soya istehsalı ilə yanaşı, müasir kənd təsərrüfatı texnikaları da sərgilənib. Açıq hava hissəsində nümayiş olunan simmental və holstein cinsli heyvandarlıq nümunələri isə iştirakçıların xüsusi marağına səbəb olub.

***

Regional iqtisadi əməkdaşlıqla yanaşı, ötən həftə  enerji sahəsində tərəfdaşlıq və "yaşıl keçid" istiqamətində müzakirələr də beynəlxalq gündəmdə önəmli yer tutub. Bu çərçivədə Azərbaycan Özbəkistan Enerji Həftəsində təmsil olunub. Energetika nazirinin müavini Orxan Zeynalov Daşkənddə "Yeni enerji: İnnovasiyalar, davamlılıq, regional əməkdaşlıq" mövzusunda keçirilən enerji forumunda iştirak edib. Forumda vahid enerji bazarı üzrə regional əməkdaşlıq, "yaşıl iqtisadiyyat"a keçid və müasir enerji bazarının formalaşdırılması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi layihəsi ilə bağlı keçirilən görüşdə layihənin icra vəziyyəti və gələcək istiqamətləri nəzərdən keçirilib. Səfər zamanı Orxan Zeynalov Özbəkistan, Qazaxıstan və Türkmənistan rəsmiləri, həmçinin Beynəlxalq Enerji Xartiyasının nümayəndəsi ilə görüşərək enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

***

Enerji sahəsində regional əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm təmaslar Daşkənddə keçirilən beynəlxalq tədbirlər çərçivəsində davam edib. Bu baxımdan, SOCAR  "Özbəkistanın nefti və qazı (OGU-2026)" 28-ci beynəlxalq sərgi-konfransında fəal iştirak edib.

Konfrans zamanı SOCAR, BP və "Uzbekneftegaz" nümayəndələri arasında keçirilən üçtərəfli görüşlərdə "Üstyurt" layihəsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşlərin yekununda BP-nin layihəyə qoşulmasına dair sənədlər imzalanıb. Tədbir çərçivəsində SOCAR öz pavilyonu ilə təmsil olunub. Stenddə şirkətin beynəlxalq layihələri, "yaşıl enerji" təşəbbüsləri və rəqəmsal yeniliklər təqdim edilib. SOCAR-ın pavilyonu sərgidə "Ən Yaxşı Milli Stend Dizaynı" nominasiyası üzrə mükafata layiq görülüb.

***

Ötən həftənin diqqətçəkən texnologiya və innovasiya xəbərlərindən biri də "Azərkosmos"un ilk "Milli Kosmik İnkubasiya" proqramına start verməsi olub. Qeyd edək ki, proqram kosmos sahəsində innovasiya və startap ekosisteminin inkişafına dəstək məqsədi daşıyır. Layihəyə "Milli Kosmik Hakaton"un iştirakçıları, "Vistar" Mükəmməllik Mərkəzinin məzunları və "Yerin məsafədən müşahidəsi üzrə müsabiqə"nin iştirakçıları qatılıblar. Altı ay davam edəcək proqram çərçivəsində 8 komanda kosmik sahədə rəqəmsal innovasiyalar üzrə texniki və kommersiya təlimlərinə cəlb olunacaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "SABAH.HUB" İnnovasiya Mərkəzinin tərəfdaş olduğu proqram çərçivəsində iştirakçılar biznes modelinin qurulması, prototipləşdirmə və investor təqdimatları istiqamətində dəstək alacaqlar. "Azərkosmos" bildirib ki, layihə kosmik fəaliyyət sahəsində sahibkarlığın təşviqi və Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasına töhfə vermək məqsədi daşıyır.

***

Regional iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının təşviqi istiqamətində fəaliyyətlər də ötən həftə diqqət mərkəzində olub. Bu çərçivədə Türkiyənin İğdır və Qars vilayətlərində Naxçıvan Muxtar Respublikasının investisiya və ixrac potensialı təqdim edilib.

Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşlərdə Naxçıvan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. İğdırda təşkil edilən tədbirdə Azərbaycanın və Naxçıvanın investisiya imkanları, sahibkarlara təqdim olunan vergi və gömrük güzəştləri barədə məlumat verilib.

Tədbirdə Zəngəzur dəhlizinin regionun gələcək iqtisadi inkişafına verəcəyi töhfələr də vurğulanıb. Qars şəhərində keçirilən görüşlərdə isə qarşılıqlı investisiya imkanları, ticarət əlaqələrinin genişləndirilməsi və birgə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Ötən həftə nəqliyyat və logistika sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar iqtisadi xəbərlər sırasında yer alıb. Bu, mayın 15-də Qazaxıstanın paytaxtı Astanada keçirilən TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik toplantısıdır.

Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ukrayna arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb. Saziş tranzit daşımaları zamanı icazə prosedurlarının optimallaşdırılmasına və beynəlxalq logistika əlaqələrinin inkişafına xidmət edəcək.

***

Mayın 17-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Bakı Olimpiya Stadionunda işə başlayıb. Daha 4 gün davam edəcək forum şəhərsalma və dayanıqlı urban inkişaf məsələlərinin müzakirəsi baxımından mühüm platforma kimi qiymətləndirilir. Dünyanın 180-dən çox ölkəsindən minlərlə iştirakçının qatıldığı tədbir çərçivəsində şəhərlərin gələcək inkişafı, ekoloji dayanıqlılıq, urban planlaşdırma və müasir şəhər idarəçiliyi ilə bağlı qlobal çağırışlar müzakirə ediləcək. Forumda müxtəlif ölkələrdən dövlət rəsmiləri, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

 "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu altında keçirilən WUF13 tədbiri minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirlərini, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirib.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınların qərar qəbuletmədə rolu WUF13-də diqqət mərkəzində olub  

09:42
19 May

WUF13 Türkiyə mediasının diqqət mərkəzindədir

09:38
19 May

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı olub  

09:35
19 May

WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb

09:31
19 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO  

09:25
19 May

Prezident: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir

09:12
19 May

Azərbaycan Prezidenti: Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır  

09:06
19 May

Prezident İlham Əliyev: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq  

09:01
19 May

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 

08:51
19 May

Yaddaşın və tarixin keşikçisi

08:45
19 May

Enerji, nəqliyyat və innovasiya gündəmi

08:43
19 May

Azərbaycan-Bolqarıstan: "Həmrəylik Halqası" ilə genişlənən tərəfdaşlıq

08:40
19 May

TDT Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib

08:35
19 May

Siyasi həmrəylik, rəqəmsal inkişaf və ortaq sivilizasiya

08:30
19 May

Bakı qlobal dialoqun əsas ünvanlarından biridir

08:25
19 May

WUF13 və gələcəyin düşünən şəhərləri

08:20
19 May

Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi

08:15
19 May

WUF13-də Şanxay mükafatı təqdim olunacaq

08:10
19 May

WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir

08:05
19 May

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır 

08:00
19 May

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!