17 May 2026 19:04
622
İQTİSADİYYAT
A- A+
WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB  

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB  


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, qlobal media brendi “Monocle”nin baş xarici müxbiri Karlota Miqel Karreyra Rebelonun moderatorluğu ilə “Ehtimallara qarşı çalışmaq: Mənzil dəyər zəncirində özəl sektor liderliyi” mövzusunda keçirilən sessiyada adekvat mənzil təminatı ilə bağlı planlaşdırma və mənzil dəyər zəncirinin transformasiyası istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, bu kritik inkişaf çağırışı istiqamətində qlobal iqtisadiyyatda ictimai fəaliyyətlə yanaşı, özəl sektorun potensialına dair fikir mübadiləsi olub.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regional Proqram Bölməsinin direktoru Patrik Kanaqasinqham deyib ki, Biznes Assambleyası çərçivəsində müzakirələr mütləq özəl sektoru, akademik dairələri və müxtəlifliyi əsas tərəfdaşlar kimi müəyyən edir. Burada əsas məsələ özəl sektorun və biznes tərəfdaşlarının müxtəlifliyinin aydın şəkildə müəyyən edilməsidir. Məhz biznes ictimaiyyəti bizi qarşıdakı yolda irəli aparacaq əsas sektordur. Biz bir maraq ətrafında birləşərək mövcud olan ən mürəkkəb problemlərə həllər tapmaq üçün əməkdaşlıq etməliyik.

Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (FIABCI) prezidenti Antonio Kampaqnoli adekvat yaşayış yerlərinin yaradılmasının vacibliyini qeyd edib: “Adekvat mənzil təminatında iqlim dəyişikliklərinin nəzərə alınması çox vacibdir. Daha çox mənzil tikmək ölkələr və hökumətlər qarşısında əsas məsuliyyət olmamalıdır. Bu prosesin planlaşdırma, xidmətlərə əlçatanlıq, iqlim dəyişikliyinin təsirləri nəzərə alınmaqla həyata keçirilməsi olduqca vacibdir. 2030-cu ilə qədər 3 milyard insan hökumətlərə, şəhərlərə, bazarlara və qurumlara təzyiq göstərərək təhlükəsiz, əlverişli və iqlimədavamlı mənzillərə çıxış tələb edəcək”.


Daha sonra panel müzakirələr aparılıb.

Cənubi Afrika Yerli Hökuməti Assosiasiyasının (SALGA) baş icraçı direktoru Sithole Mbanga ölkəsində tikinti sektorundakı inkişaf və problemlərdən danışıb, transformasiya və səmərəliliyin artırılmasının, bu sahədə məlumatlara əsaslanan idarəetmənin və rəqəmsallaşdırmanın həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin birinci müavini İlhom Norqulov ölkəsinin mənzil təminatı sahəsindəki təcrübəsindən bəhs edib, inkişaf etməkdə olan ölkələrdə mənzil islahatı proqramlarının həyata keçirilməsinin vacibliyini bildirib.

“PwC Azerbaijan” şirkətinin direktoru Günel Sadiyeva və “IND” şirkətinin landşaft arxitekturası departamentinin rəhbəri Karina Qarnaqa əlçatan mənzil təminatından, özəl sektorun bu prosesə cəlb olunması və maarifləndirilməsindən, tikinti sektorunun qarşısında duran problemlərdən, mavi və yaşıl infrastruktur layihələrinin əhəmiyyətindən danışıblar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev ölkəmizdə həyata keçirilən yeni şəhərsalma layihələrindən, işğaldan azad olunmuş ərazilərdəki “yaşıl” və “ağıllı şəhər” yanaşmalarından bəhs edib.

O, kiçik və orta biznes subyektlərinin infrastruktur və tikinti layihələrində iştirakının dayanıqlı şəhər infrastrukturunun qurulmasındakı rolundan danışıb, güclü iqtisadiyyatın və davamlı şəhərlərin qurulmasında dövlət qurumları, biznes dairələri, investorlar və beynəlxalq tərəfdaşlar arasında daha güclü əməkdaşlığın vacibliyini bildirib.

BMT-nin Qlobal Saziş Şəbəkəsinin ölkə üzrə nümayəndəsi Samir Məmmədov isə adekvat mənzil təminatı və mənzil dəyər zəncirinin transformasiyası prosesinə özəl sektorun daha çox cəlb olunmasının əhəmiyyətini qeyd edib. O, korporativ dayanıqlığın biznes üçün vacibliyini vurğulayıb.

Panel müzakirələrdə Binalar və Tikinti üzrə Qlobal Alyansın (“GlobalABC”) katibliyinin rəhbəri Gulnara Roll, “Holcim Azerbaijan”ın baş direktoru Serjiu Stoykov, dünyanın ən böyük alüminium istehsalçılarından biri olan “RUSAL” şirkətinin iqlim tənzimlənməsi və beynəlxalq karifikasiya departamentinin rəhbəri Aleksey Spirin və “SmatSyban” şirkətinin baş icraçı direktoru Parisa Kloss mənzil tikintisi dəyər zənciri üçün, eləcə də innovasiyalar və əməliyyat təcrübəsinin qlobal prioritetlərə uyğunlaşdırılması istiqamətində özəl sektorun siyasət öhdəliklərindən bəhs ediblər. Çıxış edənlər, eyni zamanda, bazarda hazır mənzil həllərin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyi qeyd edib, adekvat mənzil təminatı, təhlükəsiz, əlverişli və iqlimə davamlı mənzillərə çıxış, mənzil dəyər zəncirinin transformasiyası üçün təchizatın artırılmasının vacibliyi vurğulayıblar. Həmçinin torpaq və planlaşdırma hazırlığı, infrastruktur təminatı, tənzimləmə prosesləri və dövlət orqanları ilə bazar subyektləri arasında daha sıx koordinasiya ilə dəstəklənən inteqrasiya olunmuş aşağı karbon həlləri kimi əlverişli şərtlərin əhəmiyyəti bildirilib.

GSMA şirkətinin iqlim texnologiyaları və kommunal xidmətlər departamentinin rəhbəri Akankşa Şarma, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Narqis Vik, “Paygo & Energy” şirkətinin baş meneceri Erik Fanq, “WILO” şirkətinin regional direktoru Eva Kerstholt, “GSMA” şirkətinin iqlim və rəqəmsal texnologiyalar üzrə meneceri Leila Guici enerji təhlükəsizliyinin və enerji keçidinin, dekarbonizasiya və bərpaolunan layihələrin, iqlim dəyişikliyi və urbanizasiyanın şəhərlərin transformasiyasındakı rolundan danışıblar.

Qeyd edək ki, Biznes Assambleyası adekvat mənzil təminatı və mənzil dəyər zəncirinin transformasiyası prosesinə özəl kapitalın səfərbər edilməsi, risklərin aradan qaldırılması üçün strateji platforma təklif edir.


13.33


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, qlobal media brendi “Monocle”nin baş xarici müxbiri Karlota Miqel Karreyra Rebelonun moderatorluğu ilə “Ehtimallara qarşı çalışmaq: Mənzil dəyər zəncirində özəl sektor liderliyi” mövzusunda keçirilən sessiyada adekvat mənzil təminatı ilə bağlı planlaşdırma və mənzil dəyər zəncirinin transformasiyası istiqamətində müzakirələr aparılır.

Eyni zamanda, bu kritik inkişaf çağırış istiqamətində qlobal iqtisadiyyatda ictimai fəaliyyətlə yanaşı, özəl sektorun potensialına dair fikir mübadiləsi aparılır.

Qeyd edək ki, Biznes Assambleyası bu prosesə özəl kapitalın səfərbər edilməsi, risklərin aradan qaldırılması üçün strateji platforma təklif edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

19:12
14 İyun

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

18:42
14 İyun

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

17:38
14 İyun

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib  

17:23
14 İyun

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

16:47
14 İyun

Ebola virusu Konqoda sürətlə yayılır

16:04
14 İyun

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

15:57
14 İyun

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını müttəfiqlik səviyyəsinə yüksəltdi

15:49
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!