08 İyun 2026 17:19
126
İQTİSADİYYAT
A- A+
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır


Dünya bazarında neftin qiyməti əksər hallarda geosiyasi mübarizədən asılı olub. Lakin bu mübarizə birbaşa neftə deyil, bazarın tələb və təklif prinsipinin uyğunluğuna təsir göstərib.

AZƏRTAC xəbər verir ki, 1970-ci illərin sonunda Sovet İttifaqının Əfqanıstana müdaxiləsinin qarşısını almaq üçün ABŞ Yaxın Şərqdəki neft hasilatçıları olan müttəfiqləri ilə danışıqlardan sonra bazara ucuz neft ixrac edildi ki, bu da təklifin artması və qiymətlərin kəskin şəkildə aşağı düşməsi ilə nəticələndi.

Həmin vaxt dünya bazarının 35 faizini neft ilə təmin edən SSRİ iqtisadiyyatı ciddi böhran keçirməyə başladı. 10 il müddətində neftin qiymətinin azalması tendensiyası davam etdi. Bazara o qədər neft ixrac edilirdi ki, 1980-ci illərin sonunda dünya bazarında 1 barel neftin qiyməti 8 dollara satılırdı. Bunun nəticəsində SSRİ nəinki Əfqanıstanı tərk etmək məcburiyyətində qaldı, az keçmədi ki, ittifaq dünyanın siyasi xəritəsindən silinərək tarixin arxivinə qovuşdu.

Adekvat siyasət bu gün də yürüdülür və neft amili ilə geosiyasi mübarizə davam etdirilir. Lakin bu dəfə hədəf İran, mübarizə vasitəsi isə nəqliyyat yollarının kəsilməsidir. Bu gün Hörmüz boğazının bağlanması dünya bazarının neft ilə təchizatında böyük problemlər yaradıb. Bir tərəfdən təchizatın, digər tərəfdən isə hasilatçı ölkələrin hərbi əməliyyatlar zamanı neft infrastrukturunun dağıdılması qiymətlərə təsirsiz ötüşməyib. Artıq 4-cü aydır ki, davam edən bu mübarizə bazarı elə həssas vəziyyətə gətirib ki, bəyan edilən hər bir siyasi addım, rəsmi şəxslərin hər bir sözü qiymətlərə birbaşa təsir edir. Əlbəttə ki, burada treyderlərin daha çox qazanc əldə etmək istəyi, həyata keçirdikləri ticarət manipulyasiyaları da var. Lakin bu manipulyasiyaya şərait yaradan qeyd etdiyimiz geosiyasi mübarizədir.

İran ilə ABŞ arasında gah Pakistan, gah da Qətər vasitəsilə aparılan danışıqlar bazarda nisbi sakitlik yaratmışdı. Qiymətlərin enmə tendensiyası olmasa da, artım da müşahidə edilmirdi. “Brent” markalı neftin bir barelinin qiyməti 92-95 dollar ətrafında cərəyan edirdi. Lakin dünən ABŞ Prezidenti Donald Trampın NBC telekanalına verdiyi müsahibədə yerüstü hərbi əməliyyatların baş verə biləcəyini istisna etməməsi və “biz İranın zənginləşdirilmiş uranının ardınca gedəcəyik. Əldə edə bilməsək, daha əhatəli hərbi əməliyyatlar keçirəcəyik”, - deməsi bazara təsirini göstərdi.

D.Trampın müsahibəsindən sonra London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,41 dollar artaraq 97,5 dollar olub. Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,06 dollar artaraq 94,6 dollar təşkil edib. “Brent”in qiyməti birdən-birə 4,57, “Light”ın qiyməti isə 4,45 faiz artıb.

Rusiyanın maliyyə naziri Anton Sulianov bunu “qiymət artımında yeni mərhələ” adlandıraraq bildirib ki, büdcəyə 20 trilyon rubl əlavə gəlir gələcək və bəzi dövlət proqramlarını maliyyələşdirmək mümkün olacaq. Lakin neftin qiymətinin artması ilə yanaşı, idxal malları, nəqliyyat xərcləri, eyni zamanda, inflyasiya da artır ki, bu da gəlirləri aşağı salır.

Sinqapurun “ING Groep NV” investisiya şirkətinin analitiki Uorren Pattrson bildirib ki, İran ilə ABŞ arasında hər hansı razılaşmanın olmaması neftin qiymətinin artım riskini qüvvədə saxlayır. Qarşıdan gələn 3-cü rübdə qiymətlərin daha da artacağını gözləmək olar. Çünki 3-cü rüb elə bir dövrdür ki, bu dövrdə neftə daha çox ehtiyac yaranır. Bu rübdə kənd təsərrüfatında işlər intensivləşir. Yayda məhsul yığımı və nəqli, payızda isə əkin sahələrinin işlənməsi yanacağa ehtiyacı artırır. Buna görə də yaxın aylarda neftin qiymətinin aşağı düşəcəyini gözləmək əbəsdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

18:32
08 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB

18:28
08 İyun

Qızıl investisiya cəlbediciliyini qismən itirir

18:23
08 İyun

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  

18:21
08 İyun

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir  

18:17
08 İyun

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

18:08
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!