08 Yanvar 2026 16:01
282
SİYASƏT
A- A+
Türk ekspert: Türk dövlətləri arasında təhlükəsizlik koordinasiyası mövcud inteqrasiyanın məntiqi davamıdır  

Türk ekspert: Türk dövlətləri arasında təhlükəsizlik koordinasiyası mövcud inteqrasiyanın məntiqi davamıdır  


Müasir qlobal təhlükəsizlik gündəmi və Avrasiya geosiyasətində baş verən proseslər fonunda Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər strateji düşüncənin və rasional yanaşmanın təzahürü kimi qiymətləndirilməlidir. Bu yanaşma klassik mənada hərbi blokun yaradılması deyil, artıq formalaşmış çoxşaxəli əməkdaşlıq modelinin təhlükəsizlik müstəvisində tamamlanması ideyasına əsaslanır. Prezident İlham Əliyevin türk dövlətləri arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarına diqqət çəkməsi son dövrlərdə Avrasiya məkanında diqqətlə izlənilən siyasi çağırışlardan biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankara Sosial Elmlər Universiteti Bölgə Araşdırmaları İnstitutu Türk dünyası kafedrasının müdiri Resul Yalçın bildirib.

Onun sözlərinə görə, bu açıqlamalar yalnız dar mənada müdafiə siyasətinə dair mövqe deyil, son illərdə türk dövlətləri arasında formalaşmış çoxölçülü inteqrasiya arxitekturasının təhlükəsizlik komponenti ilə gücləndirilməsinə yönəlmiş strateji baxışı əks etdirir.

Ekspert vurğulayıb ki, müasir beynəlxalq sistemdə təhlükəsizlik anlayışı artıq klassik hərbi təhdid çərçivəsindən kənara çıxaraq enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, kritik infrastrukturun qorunması, kiberməkan və hibrid risklər kimi çoxşaxəli məzmun kəsb edir. Mərkəzi Asiyadan Xəzər hövzəsinə, oradan isə Anadoluya uzanan geniş coğrafiyada enerji xətləri, nəqliyyat marşrutları, limanlar, dəmir yolları və rəqəmsal infrastruktur strateji əhəmiyyət daşıyır. Bu şəbəkələrin təhlükəsizliyinin təmin olunması isə obyektiv olaraq ortaq yanaşma tələb edir.

Rəsul Yalçın bildirib ki, Prezident İlham Əliyevin təhlükəsizlik əməkdaşlığına dair səsləndirdiyi mövqe situativ reaksiya deyil, struktur zərurətdən irəli gələn yanaşmadır: “Qlobal miqyasda artan bloklaşma meyilləri, böyük güclər arasında rəqabətin kəskinləşməsi və regional münaqişələrin davam etməsi Avrasiya məkanını strateji “ara zona”ya çevirir. Bu isə türk dövlətlərinin öz təhlükəsizlik gündəmini daha koordinasiyalı və proaktiv şəkildə formalaşdırmasını zəruri edir”.

Ekspertin fikrincə, İlham Əliyevin irəli sürdüyü model NATO tipli bağlayıcı kollektiv müdafiə mexanizmi və ya avtomatik hərbi öhdəliklər sistemi nəzərdə tutmur. Söhbət çevik, ehtiyaclara uyğun formalaşan təhlükəsizlik koordinasiyasından gedir. Bu çərçivədə hərbi təlimlərin genişləndirilməsi, müdafiə sənayesində birgə istehsal və texnologiya mübadiləsi, terrorizmə, radikallaşmaya, kiber və hibrid təhdidlərə qarşı əlaqələndirilmiş fəaliyyət, böhran dövrlərində siyasi və hərbi məsləhətləşmə mexanizmlərinin gücləndirilməsi əsas istiqamətlər kimi ön plana çıxır.

Rəsul Yalçın qeyd edib ki, təhlükəsizlik sahəsində koordinasiyanın dərinləşdirilməsi regional sabitliyə bir neçə aspektdən müsbət təsir göstərə bilər. Bu yanaşma gərginliyi artırmadan çəkindirmə mexanizmi formalaşdırır, yanlış hesablamaların və qəfil böhranların qarşısını alır, sərhəd təhlükəsizliyi, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıq və radikalizm kimi çağırışların regiondaxili imkanlarla həllini təşviq edir. Eyni zamanda, müdafiə sənayesində birgə layihələr iqtisadi səmərəliliyi artıraraq strateji muxtariyyət imkanlarını genişləndirir.

Ekspert hesab edir ki, Prezident İlham Əliyevin təşəbbüsü Türk dünyasının beynəlxalq sistemdə mövqeyini də keyfiyyətcə dəyişə bilər. Bu yanaşma türk dövlətlərinin qlobal və regional platformalarda daha uyğunlaşdırılmış mövqe nümayiş etdirməsinə, “obyekt” deyil, “subyekt” kimi çıxış etməsinə şərait yaradır. Bu model nə Qərbə, nə Rusiyaya, nə də Çinə qarşı yönəlmiş bloklaşma xarakteri daşıyır, əksinə, çoxvektorlu balans siyasətini gücləndirən çevik strateji çərçivə təqdim edir: “Prezident İlham Əliyevin təhlükəsizlik perspektivi meydan oxuma və ya qarşıdurma çağırışı deyil, Türk dünyasında artıq mövcud olan iqtisadi və geosiyasi inteqrasiyanın məntiqi davamıdır. Bu yanaşma regional sabitliyi zəiflətmir, əksinə, proqnozlaşdırılabilənliyi, çəkindirmə potensialını və türk dövlətlərinin qlobal sistemdə manevr imkanlarını artırır. Əsas sual Türk dünyasının təhlükəsizliyi kənar aktorların müəyyən etdiyi çərçivədən çıxarıb, onu ortaq strateji ağıl əsasında formalaşdırıb-formalaşdıra bilməyəcəyidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mədəniyyət naziri Ucar rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:15
09 Yanvar

Qlobal bazarlarda qızıl qiymətlərində yenidən artım müşahidə olunur  

15:14
09 Yanvar

İranlı diplomat: Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üzrə bütün məsələlər martın sonunadək həll olunacaq  

15:14
09 Yanvar

Polşa polisi etirazçıların traktorlarını Varşavaya buraxmır  

15:12
09 Yanvar

TƏBİB: Respirator xəstəliklərdən qorunmağın ən effektli yolu vaksinasiyadır  

15:10
09 Yanvar

Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi şəxs ifşa olunub

15:08
09 Yanvar

Hulusi Kılıç: Prezident İlham Əliyevin kursu Türk dünyasının möhkəmlənməsinə sanballı töhfədir  

14:51
09 Yanvar

Sabah axşam qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək  

14:50
09 Yanvar

Ağdərənin 4 kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb YENİLƏNİB 

14:41
09 Yanvar

ABŞ administrasiyası və Kiyev rəsmiləri sülh planı ilə bağlı razılığa gəliblər

14:21
09 Yanvar

“Xızı-Abşeron” KES Azərbaycanın qlobal iqlim gündəliyinə sadiqliyini bir daha təsdiq edir 

13:58
09 Yanvar

Akkan Suver: Azərbaycan artıq regionun etibarlı tərəfdaşıdır  

13:34
09 Yanvar

Ötən il qeyri-neft sektoru üzrə ixrac 8 faizdən çox artıb  

13:33
09 Yanvar

Nazirlik: Sosial sahədə inkişaf qarşıdakı dövrdə də dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalacaq  

13:30
09 Yanvar

“Sabah” qəzeti: Ermənistan Konstitusiyasının dəyişdirilməsi regionda sülh və normallaşmaya xidmət edəcək seçimdir  

13:29
09 Yanvar

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Braziliya mətbuatında işıqlandırılıb  

13:28
09 Yanvar

Keçmiş məcburi köçkün: Hər gün bu qayıdışın həsrətini çəkmişik VİDEO  

13:27
09 Yanvar

Ağdərə sakini: Artıq köçkünlük dövrü bitir, indi doğma torpaqlarda yeni həyata başlayacağıq  

13:26
09 Yanvar

Litva Prezidenti ilk dəfə olaraq ictimai reytinqlərdə lider mövqeyini itirib  

13:25
09 Yanvar

Rusiya ordusu “Kalibr” raketləri və “Şahed” dronları ilə Ukraynaya zərbələr endirib VİDEO  

13:19
09 Yanvar

Aİ-Merkosur sazişi Fransanı çıxılmaz vəziyyətə salıb  

13:18
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!