09 Yanvar 2026 08:15
337
SİYASƏT
A- A+
Diplomatik nailiyyətlərin zirvəyə çatdığı il

Diplomatik nailiyyətlərin zirvəyə çatdığı il


Bu, Azərbaycanın qətiyyətli xarici siyasətinin bariz göstəricisidir


Yanvarın 5-də Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin ictimai-siyasi gündəmini müəyyən edən əsas hadisələrdən biri kimi diqqət çəkib. Müsahibə zamanı dövlət başçısı Azərbaycanın daxili və xarici siyasətində baş verən proseslərə ətraflı münasibət bildirib, son illərdə əldə olunan nailiyyətləri təhlil edib və qarşıdakı dövr üçün prioritet istiqamətləri açıqlayıb. Prezidentin səsləndirdiyi fikirlər və verdiyi mesajlar həm cəmiyyət daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycanın strateji xəttinin daha aydın şəkildə dərk olunmasına xidmət edir.

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev müsahibəsində 2025-ci ili Azərbaycan üçün tarixi mərhələ kimi dəyərləndirib: "Dövlət başçısı qeyd edib ki, məhz həmin il Ermənistan-Azərbaycan münaqişəsinə siyasi baxımdan tam şəkildə son qoyulub və döyüş meydanında qazanılan qələbə beynəlxalq siyasi müstəvidə rəsmiləşdirilib. Avqust ayında ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona həyata keçirilən səfər, Ağ Evdə aparılan danışıqlar və BMT Baş Assambleyasında səsləndirilən mövqelər bu prosesin kulminasiya nöqtəsi kimi xarakterizə olunub. Prezident vurğulayıb ki, əldə edilən razılaşmalar yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Ölkə rəhbəri bildirib ki, ölkənin sülh şəraitində inkişafı siyasi və iqtisadi sahələrdə öz müsbət təsirlərini açıq şəkildə göstərir". 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində toxunduğu mühüm xarici siyasət uğurlarından biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi olub. Dövlət başçısı bu hadisəni əlamətdar siyasi-diplomatik nailiyyət kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qurulan sıx münasibətlər və son illərdə həyata keçirilən çoxsaylı birgə layihələr bu qərarın əsasını təşkil edib. Məhz bu ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq Mərkəzi Asiya dövlətləri Məşvərət Şurasına yekdilliklə Azərbaycanın tamhüquqlu üzvlüyünü dəstəkləyiblər. Dövlət başçısı xatırladıb ki, əvvəlki iki Zirvə görüşündə fəxri qonaq qismində iştirak etsə də, üçüncü Zirvə görüşündə Azərbaycanın bu quruma artıq tamhüquqlu üzv kimi qəbul olunması yeni siyasi mərhələnin başlanğıcıdır. Bu gün Mərkəzi Asiya-Azərbaycan birliyi təkcə regional deyil, həm də qlobal miqyasda mühüm əhəmiyyət daşıyır. C5 formatının C6-ya çevrilməsi bağlantılar, nəqliyyat və logistika baxımından dünya üçün yeni imkanlar açır. "Mövcud geosiyasi reallıqlar fonunda Mərkəzi Asiyanı Qərblə etibarlı şəkildə birləşdirə bilən əsas ölkənin məhz Azərbaycan olduğu xüsusi qeyd edilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın "canlı körpü" və etibarlı tərəfdaş rolu artıq praktik nəticələr verir. Ölkəmizin ərazisindən keçən yüklərin həcmi sürətlə artır və ilk dəfə olaraq tranzit konteynerlərin sayı yüz mini ötüb. Bunun yalnız başlanğıc olduğunu deyən dövlət başçısı yaxın illərdə bu rəqəmin dəfələrlə artacağını vurğulayıb. Artan tələbat fonunda Azərbaycan nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsinə əlavə investisiyalar yönəldir. Prezident müsahibəsində 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri arasında Bakıda imzalanmış enerji kabeli layihəsini də xüsusi qeyd edib. Bildirilib ki, Xəzərin dibi ilə çəkiləcək enerji və fiber-optik kabellər regional inteqrasiyanı daha da gücləndirəcək. Dövlətimizin başçısının fikrincə, Mərkəzi Asiya ölkələrinin Azərbaycanın bu platformaya rəsmi üzvlüyünü təsdiqləməsi həm ölkəmizə göstərilən yüksək etimadın, həm də regionun gələcəyinə dair uzaqgörən və strateji yanaşmanın bariz nümunəsidir", - deyə K.Bayramov əlavə edib.

Deputat diqqətə çatdırıb ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı türk dövlətləri arasında təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinin ön plana çəkilməsi ilə yadda qalıb. Dövlət başçısı bunun məhz öz təşəbbüsü olduğunu təsdiqləyərək, müasir beynəlxalq münasibətlər sistemində hər bir ölkənin ilk növbədə öz təhlükəsizliyini və hərbi potensialını gücləndirməsinin zəruriliyini xüsusi vurğulayıb. Qlobal proseslər göstərir ki, bugünkü dünyada güc, əməkdaşlıq, müttəfiqlik və qarşılıqlı dəstək həlledici amillərə çevrilib. Ölkəmizin rəhbəri beynəlxalq hüququn faktiki olaraq işləmədiyini, real təhlükəsizlik zəmanətinin isə yalnız güclü dövlətlər və etibarlı tərəfdaşlıq əsasında formalaşdığını bildirib. Məhz bu reallıqları nəzərə alaraq Prezident İlham Əliyev Qəbələdə üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi təşəbbüsünü irəli sürüb. Dövlət başçısının fikrincə, bu cür təlimlər həm rəmzi baxımdan türk dövlətlərinin birliyini nümayiş etdirər, həm də praktiki müstəvidə qarşılıqlı fəaliyyət və koordinasiyanı gücləndirər. Prezident vurğulayıb ki, Azərbaycan artıq TDT-yə üzv ölkələrlə, xüsusilə Türkiyə ilə ikitərəfli formatda mütəmadi hərbi təlimlər keçirir. Lakin çoxtərəfli, yəni bütün türk dövlətlərini əhatə edən birgə təlimlərin keçirilməsi yeni keyfiyyət mərhələsi ola bilər. Bu, həm təhlükəsizlik sahəsində təcrübə mübadiləsinə, həm də regional və qlobal çağırışlara birgə cavab vermək imkanlarının formalaşmasına xidmət edər. 

K.Bayramov xatırladıb ki, dövlət başçısı çıxışında Azərbaycanın hərbi gücdən istifadə məsələsində nümayiş etdirdiyi məsuliyyətli mövqeyə də toxunub: "Ölkə rəhbəri bildirib ki, 2020-ci və 2023-cü illərdə, eləcə də ondan sonrakı dövrdə Azərbaycan kifayət qədər güclü mövqedə olsa da, məqsədyönlü şəkildə mülki əhaliyə və şəhərlərə qarşı dağıdıcı addımlar atmayıb. Prezidentin sözlərinə görə, bu, həm ədalət prinsiplərinə sadiqliyin, həm də uzunmüddətli sülhə yönəlmiş siyasi uzaqgörənliyin göstəricisidir. Hərbi gücün mövcudluğu müharibə aparmaq üçün deyil, məhz müharibənin qarşısını almaq üçündür. Güclü ordu və etibarlı müttəfiqlər ölkənin təhlükəsizliyinin əsas təminatıdır. Heç bir dövlət Azərbaycanı zəif hesab etməməli, heç kim ölkəmizə qarşı hər hansı təhdidin cavabsız qalacağını düşünməməlidir. Məhz bu prinsip Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsinin əsas ideya xəttini təşkil edir.

K.Bayramov vurğulayııb ki, göründüyü kimi, 2025-ci il Azərbaycanın xarici siyasət tarixində mühüm mərhələ kimi yadda qalıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və praqmatik diplomatiya nəticəsində ölkəmiz beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib və strateji tərəfdaşlıqlarını genişləndirib. Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və D-8 kimi nüfuzlu beynəlxalq təşkilata üzvlük Azərbaycanın artan qlobal nüfuzunun və balanslı xarici siyasətinin bariz göstəricisidir. Bu uğurlar göstərir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur və 2025-ci il ölkəmizin diplomatik nailiyyətlərinin zirvəyə çatdığı il kimi dəyərləndirilə bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında

01:08
10 Yanvar

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

01:06
10 Yanvar

A.C.İsgəndərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:05
10 Yanvar

"Dövlət rüsumu haqqında" və"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
10 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edilməsi haqqında

01:03
10 Yanvar

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:01
10 Yanvar

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:00
10 Yanvar

Azercell abunəçilərinin nəzərinə

00:57
10 Yanvar

Zelenski: “Oreşnik” raketinin Lvov bölgəsinə atılması Avropa üçün də təhlükə yaradır  

22:48
09 Yanvar

GAK sədri: Prezident İlham Əliyevin ana dilimizlə bağlı söylədiyi fikirlər xaricdə yaşayan azərbaycanlılar üçün ciddi siqnaldır  

22:04
09 Yanvar

Türkiyəli ekspert: Zəngəzur dəhlizi “Türk ticarət dəhlizi”nin ən mühüm halqasıdır  

21:42
09 Yanvar

Almaniya XİN Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsini yüksək qiymətləndirib  

21:40
09 Yanvar

ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib  

21:39
09 Yanvar

Respirator virus infeksiyaları ilə xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək deyil 

21:38
09 Yanvar

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib  

21:22
09 Yanvar

Qəzzada Sülh Şurasına bolqarıstanlı diplomat rəhbərlik edəcək  

18:32
09 Yanvar

“Motorola”dan futuristik yenilik

18:31
09 Yanvar

 Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasında yeni mərhələ  

18:29
09 Yanvar

Ədliyyə naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib  

18:26
09 Yanvar

Türk politoloq : Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində regional liderliyini gücləndirir  

18:09
09 Yanvar

İran dünyadan təcrid olunub  

18:03
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!