08 Yanvar 2026 08:55
349
İQTİSADİYYAT
A- A+
Prezident İlham Əliyevin proqnozları növbəti dəfə də özünü doğrultdu

Prezident İlham Əliyevin proqnozları növbəti dəfə də özünü doğrultdu


"Faydalı qazıntıya praqmatik, realist yanaşma əsas götürülməlidir"


Azərbaycan qazının ixracı həm  həcm, həm də coğrafiya baxımından artır. İndiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik. Bunlar Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna və Suriyadır. 8-i  Avropa İttifaqının üzvü olmaqla 10 Avropa ölkəsi Azərbaycandan qaz alır. Cari ildə bu sıraya daha iki Avropa ölkəsinin  qoşulacağı gözlənilir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində  bu məsələ üzərində də dayanıb: "Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub".

Bu sahədə keçən il Suriya yeni tərəfdaşımız oldu. Beləliklə, Azərbaycan bu ölkəyə   elektrik enerjisi çatışmazlığını azaltmağa kömək etdi. Müxtəlif hesablamalara görə, Azərbaycan  qazı onlara elektrik enerjisi çatışmazlığını gündə təxminən 4 saatadək azaltmaq imkanı verir. Təchizatı artırmaq variantı da  nəzərdən keçirilir. Ümumiyyətlə, şaxələndirilmiş boru kəməri sisteminə  və etibarlı təchizatçı  nüfuzuna malik olan Azərbaycanın qazı bir çox ölkə üçün enerji təhlükəsizliyində mühüm rol oynayır. Müştərilərimizin əksəriyyəti  isə Avropa İttifaqının üzvləridir.

Dövlətimizin başçısı ixracın artımı üçün iki mənbə olduğunu söyləyib. Bunlardan birincisi  bərpaolunan enerjidir. Belə ki, bərpaolunan enerjimiz nə qədər çox olarsa,  ixrac üçün bir o qədər çox qaza qənaət edilə  bilər. İkinci  mənbə isə  mövcud və yeni yataqlardan əlavə hasilatın əldə olunmasıdır.

Məlum olduğu kimi, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarından uzun müddətdir neft və səmt qazı çıxarılır. İndi bu yataqlar bloku  dərin neft laylarının  altında  həm də sərbəst qaz ehtiyatları vəd edir. Hazırda bu, bir layihə şəklində işlənməkdədir  və ilk qazın cari ildə əldə olunacağı gözlənilir.

"Şahdəniz Kompressiya" layihəsi çərçivəsində  bu yataqdan da əlavə qaz alınacaq. Buradan hasilatın  cari ildə   başlanması nəzərdə tutulur.

Digər perspektivli yataqlar da var. Məsələn, "Babək" böyük ümidlər verən yataqdır və bir sıra şirkətlər onun işlənməsində investor olmaq istəyirlər.  "Abşeron"nun isə  birinci mərhələsi üzrə hasilat həyata keçirilir və yerli istehlaka yönəldilir. Növbəti mərhələdə "Abşeron" üçqat artıq qaz verə bilər ki, bu da ixracın artmasına dəstək olar.

Prezident İlham Əliyev sözügedən müsahibədə Azərbaycan qazının mavi yanacağı artıq idxal edən və həcmi artırmaq istəyən, eləcə də hələ bundan sonra alacaq ölkələrə lazım olduğunu diqqətə çatdırmışdır. 

Belə bir şəraitdə istər-istəməz ötən illərdə bəzi ölkələrin "faydalı qazıntı allergiyası" yada düşür. Təsadüfi deyil ki, dövlətimizin başçısı müsahibəsində bu mövzuya da toxunmuşdur: "Biz bunu bir neçə il öncə müşahidə etdik, o vaxt hamı faydalı qazıntıya zidd mövqedən çıxış edirdi, hər kəs bərpaolunan enerji haqqında danışırdı. Prezident Tramp və onun administrasiyası bu yanaşmanı dəyişdi. Bildiyiniz kimi, o, bərpaolunan enerjiyə qəti şəkildə qarşıdır və faydalı qazıntının tərəfdarıdır. Birləşmiş Ştatlar isə birmənalı olaraq dünyanın aparıcı ölkəsidir və orada baş verən hadisələr müxtəlif istiqamətlərə təkan verir. Bilirəm ki, Avropanın bəzi maliyyə təsisatları əvvəlcə tam qadağan edilən faydalı qazıntılara aid siyasətinə yenidən baxmağa başlayıblar. İndi isə onlar faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirməyə başlayıblar. Aparıcı enerji şirkətləri sadəcə, əsas tendensiyaya uyğun gedirdi və bəziləri hətta adlarından "neft" sözünü çıxarırdı. İndi isə onlar yenidən faydalı qazıntıya qayıdırlar".

Azərbaycan Prezidenti bu məsələyə də həmişə uzaqgörənliklə yanaşmışdır. COP29 ərəfəsində -  2024-cü il aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edərkən dövlətimizin başçısının dediyi sözləri xatırlamaq da yerinə düşür: "Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Hesab edirəm ki, bu həmçinin əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Beləliklə, həmin müxtəlif rollar, fikrimcə, yaxşı həmrəylik ruhunu yaradacaq və bizə məqsədlərimizə nail olmağa imkan verəcək. COP-a evsahibliyi edəcək ölkə kimi seçilməyimizdən dərhal sonra bəzi mətbuat orqanları əsas diqqətini bizim enerji quruluşumuza və enerji tarixçəmizə yönəltdilər. Mən hər zaman demişəm ki, neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, "yaşıl gündəlik"lə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik. Neft və qazımız həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq".

Həmin ilin noyabrında burada, Bakıda COP29-a evsahibliyi edən ölkənin rəhbəri kimi  İlham Əliyev bildirdi  ki, heç kəs hazırda faydalı qazıntını inkar edə bilməz. Bu reallıq kənara qoyula bilməz. 

Bir neçə gün əvvəl verdiyi müsahibədə məhz həmin günləri yada salaraq Prezidentimiz  demişdir: "Bütöv "yaşıl hərəkat" qrupları mənə hücum çəkdi və dedi ki, COP29-a ev sahibi olan ölkə faydalı qazıntını necə təşviq edə bilər?! Mən bunlara sadəcə, reallığa əsaslanaraq söyləyirdim". 

Bəli, biz məsələyə realist yanaşmışdıq. Neft və qazla zəngin olan ölkələrin məsuliyyəti Azərbaycanın timsalında da aydın görünür. Bu ölkələr həmçinin "yaşıl enerji"yə sərmayə yatırırlar.

"Beləliklə, düşünürəm ki, hazırda Avropa təsisatları anlayırlar ki, faydalı qazıntıya münasibətdə qorxu aradan qalxmalıdır və praqmatik, realist yanaşma əsas götürülməlidir. Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolumuz yalnız artacaq, azalmayacaq, artacaq. Elektrik enerjisini, "yaşıl enerji"ni, hidrogeni, eləcə də "yaşıl hidrogen"i əlavə etsək, rolumuz daha da böyük olacaq", - deyə dövlətimizin başçısı müsahibəsində bildirmişdir.


Flora SADIQLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin yaratdığı "vətən dili": məramdan əmələ

11:50
09 Yanvar

Cəbrayıl və Füzuli rayonlarının ərazisində açıq sahədə baş vermiş yanğınlar söndürülüb  

11:43
09 Yanvar

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır  

11:41
09 Yanvar

Daşaltı və Tuğ kəndlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin, Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb  

11:39
09 Yanvar

“Samsung Ballie” layihəsi dondurulub  

10:50
09 Yanvar

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar  

10:48
09 Yanvar

Dünya bazarında qızıl 17 dollar bahalaşıb

10:47
09 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:46
09 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib  

10:31
09 Yanvar

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır  

10:21
09 Yanvar

Emmanuel Makron: ABŞ bəzi müttəfiqlərdən uzaqlaşır və beynəlxalq qaydalardan kənara çıxır  

10:01
09 Yanvar

ABŞ Prezidenti Rusiya tankerinin ələ keçirilməsini şərh edib  

09:36
09 Yanvar

Tramp: Biz Venesuelada nefti idarə edəcəyik  

09:35
09 Yanvar

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq  

09:34
09 Yanvar

Kiyevə raket zərbələri endirilib, ölənlər var

09:32
09 Yanvar

ABŞ-da federal agentliyin əməkdaşları iki nəfəri güllələyib  

09:32
09 Yanvar

Ermənistanda hökumət-kilsə qarşıdurması şiddətlənir

09:15
09 Yanvar

İnfeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir

09:10
09 Yanvar

Gözəllik nəğməkarı

09:05
09 Yanvar

Taleyi keşməkeşli olan "Səadət Sarayı"

09:00
09 Yanvar

Quba: görüləcək işlər çoxdur

08:55
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!