08 Yanvar 2026 08:05
363
SİYASƏT
A- A+
Yeni il xalqımıza nə vəd edir

Yeni il xalqımıza nə vəd edir


Rifahımız yüksələcək, Böyük qayıdış davam edəcək, müdafiə qabiliyyətimiz güclənəcək 


Yeni il yeni uğurlara çağırışlar, yeni hədəflərə doğru istiqamətlənmək  deməkdir. Bu hədəflər dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, eləcə də yeni ilin ilk günlərində yerli televiziya kanallarına müsahibəsində öz əksini tapıb. 

Dövlət başçısının müraciəti və müsahibəsində yeni ildə yeni hədəflərin, möhtəşəm uğurlara gedən yolun istiqamətləri müşahidə olunur. Müraciətində "2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir", - söyləyən Prezident bunu da əminliklə bəyan etdi ki, 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, qarşıda duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcək.

Diqqəti 2025-ci ildə keçirilən Zəfərimizin beşinci ildönümünə həsr olunmuş Hərbi parada yönəldən dövlət başçısı bildirdi ki, paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Əyani göstərildi ki, son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb, yeni silahlar və texnika ilə təchiz edilmiş ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir.

Prezident İlham Əliyev bu çağırışı da etdi ki, biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir, çünki dünyada beynəlxalq hüquq normaları işləmir, "kim güclüdür, o da haqlıdır" əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq.

Reallıqdır ki, son beş il tarixi Zəfərimizi beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək, təsdiqləmək istiqamətində atılan addımlarla zəngin olmuşdur. Azərbaycanın tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinə dəstək, Zəfərimizin yaratdığı reallıqların dünya miqyasında qəbulu Azərbaycanın xarici siyasət uğurlarında özünün aydın ifadəsini tapır. Xatırladaq ki, dövlətimizin başçısı İlham Əliyev xarici ölkələrdəki tədbirlərdə etdiyi çıxışlarda, habelə diaspor üzvləri və ictimaiyyətlə görüşlərində diqqəti tarixi Zəfərimizə və suverenliyimizin tam bərpasına yönəldərək bölgədə dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmizin qarşı tərəfə ünvanladığı sülh təklifindən, onun reallaşması istiqamətində atılan addımlardan geniş bəhs edir. Dövlət başçısı Yeni il müraciətində diqqəti məhz bu reallıqlara yönəldərək bildirdi ki, bütün dünya bizim Zəfərimizi qəbul edir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. 

Yeni ilin əsas hədəflərindən biri də, ötən ildə olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Hazırda erməni işğalından azad edilmiş  Qarabağ və Şərqi Zəngəzurda soydaşlarımızın yüksək səviyyədə yaşayışının təmin edilməsi üçün bütün zəruri işlər görülür. "Böyük qayıdış" proqramı çərçivəsində aparılan işlərin miqyası gündən-günə genişlənir. Bu, 30 il torpaq həsrəti ilə yaşayan xalqımızın necə qurucu olduğunun nümayişidir. 

Prezident İlham Əliyev Yeni il müraciətində bildirdi ki, "Böyük qayıdış" proqramı uğurla icra edilir. Artıq 70 minə yaxın insan işğaldan azad edilmiş ərazilərdə yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır. 

Yeni hədəflərdən biri də 2026-cı ildə Qarabağ və Şərqi Zəngəzurda taxılçılıq, heyvandarlıq, meyvə-tərəvəz və üzümçülük üzrə yeni təsərrüfatların qurulması, müasir infrastrukturun yaradılması və "ağıllı" kənd konsepsiyasının tətbiqidir. Eyni zamanda adları çəkilən iqtisadi rayonların zəngin potensialı daxili bazarın təminatı ilə bərabər, ixracyönümlü məhsul istehsalına da geniş imkanlar yaradacaq.

Dövlət başçısının mühüm çağırışlarla zəngin olan sözügedən müraciətində  gələcəyimizə yönələn hədəflər genişliyi ilə öz əksini tapıb. "Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın", - deyən Prezident qeyd etmişdir ki, tədricən hər kəs belə cəhdlərin sayının da kəskin azaldığını görür: "Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz".


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin yaratdığı "vətən dili": məramdan əmələ

11:50
09 Yanvar

Cəbrayıl və Füzuli rayonlarının ərazisində açıq sahədə baş vermiş yanğınlar söndürülüb  

11:43
09 Yanvar

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır  

11:41
09 Yanvar

Daşaltı və Tuğ kəndlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin, Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb  

11:39
09 Yanvar

“Samsung Ballie” layihəsi dondurulub  

10:50
09 Yanvar

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar  

10:48
09 Yanvar

Dünya bazarında qızıl 17 dollar bahalaşıb

10:47
09 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:46
09 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib  

10:31
09 Yanvar

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır  

10:21
09 Yanvar

Emmanuel Makron: ABŞ bəzi müttəfiqlərdən uzaqlaşır və beynəlxalq qaydalardan kənara çıxır  

10:01
09 Yanvar

ABŞ Prezidenti Rusiya tankerinin ələ keçirilməsini şərh edib  

09:36
09 Yanvar

Tramp: Biz Venesuelada nefti idarə edəcəyik  

09:35
09 Yanvar

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq  

09:34
09 Yanvar

Kiyevə raket zərbələri endirilib, ölənlər var

09:32
09 Yanvar

ABŞ-da federal agentliyin əməkdaşları iki nəfəri güllələyib  

09:32
09 Yanvar

Ermənistanda hökumət-kilsə qarşıdurması şiddətlənir

09:15
09 Yanvar

İnfeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir

09:10
09 Yanvar

Gözəllik nəğməkarı

09:05
09 Yanvar

Taleyi keşməkeşli olan "Səadət Sarayı"

09:00
09 Yanvar

Quba: görüləcək işlər çoxdur

08:55
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!