30 Dekabr 2025 08:20
176
CƏMİYYƏT
A- A+
Zəfərdən dirçəlişə

Zəfərdən dirçəlişə


Bu il 2 şəhər, 3 qəsəbə və 17 kənd ilk sakinlərinə qovuşub


Azərbaycanın müasir tarixi bu gün özünün ən qürurlu, eyni zamanda ən məsuliyyətli mərhələlərindən birini yaşayır. Beş il əvvəl baş vermiş 44 günlük Vətən müharibəsi yalnız hərbi qələbə kimi deyil, milli şüurun, ədalətin və dövlət iradəsinin təntənəsi kimi tarixə düşdü. Bu qələbə bir xalqın səbrinin, dözümünün və öz haqqına inamının nəticəsi idi.

Prezident İlham Əliyevin "Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır. Əminəm, bütün xalqımız, o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək" sözləri bu gün artıq reallığa çevrilib. Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı quruculuq və bərpa prosesi yalnız dağıdılmış şəhər və kəndlərin yenidən inşası deyil, həm də insanların həyatının, sosial münasibətlərin və regional iqtisadiyyatın yenidən formalaşması deməkdir. Böyük qayıdış dövlət proqramı məhz bu hədəflərə xidmət edən, dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmiş inkişaf modelidir.

Bu gün artıq azad edilmiş ərazilər təkcə keçmiş münaqişənin simvolu deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının əsas dayaqlarından biri kimi çıxış edir. Burada atılan hər addım, çəkilən hər yol, tikilən hər ev təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün hesablanmış böyük bir konsepsiyanın tərkib hissəsidir.


Quruculuğun yeni erası


İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri təsadüfi və epizodik xarakter daşımır. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış və mərhələli şəkildə icra olunan uzunmüddətli dövlət strategiyasına əsaslanır. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın milli inkişaf modelinin ayrılmaz hissəsi kimi müəyyən edilib və bu məqsədlə son beş il ərzində dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb.

Bərpa prosesi ilk növbədə təhlükəsizlik məsələlərindən başlayıb. Otuz ilə yaxın davam edən işğal dövründə ərazilərin geniş şəkildə minalanması insanların qayıdışını ciddi şəkildə ləngidən əsas amillərdən idi. Buna baxmayaraq, Azərbaycan dövləti intensiv minatəmizləmə əməliyyatları apararaq yaşayış məntəqələrinin mərhələli şəkildə təhlükəsiz hala gətirilməsini təmin edir. Paralel olaraq, əsas infrastruktur - yollar, körpülər, tunellər, elektrik və su təchizatı xətləri, rabitə şəbəkələri sürətlə qurulur.

Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məhəllələri salınıb. "Ağıllı şəhər" və "ağıllı kənd" modellərinin tətbiqi bu bölgələri ölkənin ən müasir məkanlarından birinə çevirir. Enerji səmərəliliyi, ekoloji tarazlıq və rəqəmsal idarəetmə bu layihələrin əsas xüsusiyyətləridir. Xüsusilə "yaşıl enerji zonası" konsepsiyası regionun həm iqtisadi, həm də ekoloji baxımdan strateji əhəmiyyətini artırır.

Bərpa prosesi yalnız fiziki infrastrukturu əhatə etmir. Sosial həyatın canlandırılması dövlət siyasətinin mərkəzində dayanır. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət mərkəzləri istifadəyə verilir, müəllimlər, həkimlər və digər mütəxəssislər üçün hərtərəfli şərait yaradılır. Bu addımlar insanların öz doğma yurdlarında uzunmüddətli və dayanıqlı şəkildə yaşamasını stimullaşdırır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi baxımdan da böyük potensiala malikdir. İşğaldan əvvəl bu ərazilər Azərbaycanın kənd təsərrüfatı istehsalında mühüm paya sahib idi. Bu gün həmin potensial yenidən reallaşdırılır. Üzümçülük, pambıqçılıq, tütünçülük, heyvandarlıq, meyvə-tərəvəz istehsalı kimi sahələrin bərpası və inkişafı regionun iqtisadi dövriyyəyə sürətlə inteqrasiyasına imkan yaradır. Eyni zamanda sənaye zonalarının yaradılması, logistika mərkəzlərinin formalaşdırılması yeni iş yerlərinin açılmasına və məşğulluğun artmasına xidmət edir.

Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri bu prosesin şəffaflığını və operativliyini təmin edən əsas amillərdəndir. Dövlət başçısının yerində apardığı müşahidələr, verdiyi tapşırıqlar və qayıdan sakinlərlə birbaşa ünsiyyəti Böyük qayıdışın sadəcə inzibati qərar deyil, insan mərkəzli dövlət siyasəti olduğunu bir daha nümayiş etdirir.


Böyük qayıdışın yeni mərhələsi


Bu ili də fəxrlə, qürurla başa vururuq. 2025-ci il Böyük qayıdış prosesində mühüm mərhələ kimi yadda qalıb. İl ərzində Qarabağ və Şərqi Zəngəzurda köç prosesi daha da intensivləşərək yeni yaşayış məntəqələrini əhatə edib. Təkcə son 12 ay ərzində 22 yeni yaşayış məntəqəsinə - 2 şəhər, 3 qəsəbə və 17 kəndə köç olub, Kəlbəcər və Ağdam şəhərləri, Qırmızı Bazar və Hadrut qəsəbələri, Ağdərə rayonunun Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Laçın rayonunun Bəylik,  Ağdam rayonunun Xıdırlı, Cəbrayıl rayonunun Horovlu, Xankəndi şəhərinin Kərkicahan, Zəngilan rayonunun Məmmədbəyli, Xocavənd rayonunun Sos, Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndləri ilk sakinlərinə qovuşub. 2025-ci ildə bu yaşayış məntəqələrinə 3127 ailə, 12494 nəfər qayıdıb.

Fəxrlə deyə bilərik ki, bu günə qədər 7 şəhər, 3 qəsəbə və 22 kənd köç karvanlarını qarşılayıb. Artıq 6465 ailə, 25417 nəfər doğma yurdunda məskunlaşıb. Bu proses ardıcıl şəkildə davam edir. Hazırda azad olunmuş ərazilərdə 62 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Böyük Qayıdışın birinci mərhələsi başa çatana qədər Qarabağ və Şərqi Zəngəzura 140 min nəfərin - 34 min 500 ailənin köçürülməsi planlaşdırılır.

Qayıdış karvanları təkcə statistik göstərici deyil, sosial-mənəvi baxımdan da böyük əhəmiyyət daşıyır. Uzun illər məcburi köçkün həyatı yaşamış ailələr üçün bu, yeni bir həyatın başlanğıcıdır. İnsanlar yalnız evlərinə deyil, həm də xatirələrinə, köklərinə, illərlə içində yaşatdıqları ümidlərinə qovuşurlar. Uşaqlar valideynlərinin danışdığı torpaqları ilk dəfə görür, ağsaqqallar isə ömür boyu gözlədikləri anı yaşayırlar.

Köçürülən ailələr üçün yalnız yaşayış evləri deyil, eyni zamanda məşğulluq imkanları, sosial xidmətlər və psixoloji adaptasiya mexanizmləri də təmin olunur. Bu yanaşma insanların bölgədə qalıcı şəkildə məskunlaşmasına şərait yaradır. İl ərzində bölgədə yol-nəqliyyat infrastrukturu da əhəmiyyətli dərəcədə genişləndirilib. Yeni magistral yollar, tunellər və körpülər yaşayış məntəqələri arasında əlaqəni gücləndirir, kənd təsərrüfatı məhsullarının bazarlara çıxışını asanlaşdırır. Hava limanlarının fəaliyyəti isə regionun turizm və biznes potensialını artırır. Bütün bunlar Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə Cənubi Qafqazın mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.

2025-ci ildə Böyük qayıdışın genişlənməsi Azərbaycanın milli təhlükəsizliyi və suverenliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Əhalinin mərhələli şəkildə geri dönməsi demoqrafik balansın bərpasına, sərhədyanı ərazilərdə sabitliyin möhkəmlənməsinə və dövlət nəzarətinin güclənməsinə xidmət edir. Bu proses həm də regionda sülhün və inkişafın əsas təminatlarından biri kimi çıxış edir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda baş verənlər Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin - Zəfərdən quruculuğa keçidin bariz nümunəsidir. Böyük qayıdış təkcə keçmişin yaralarını sağaltmaq deyil, gələcəyin möhkəm təməlini qoymaq deməkdir. Azad edilmiş torpaqlarda formalaşan yeni həyat modeli Azərbaycanın gücünü, xalqın birliyini və dövlətin strateji baxışını aydın şəkildə nümayiş etdirir.

Qarabağ bu gün yalnız qələbənin simvolu deyil, həm də inkişafın və dirçəlişin ünvanıdır. Bu torpaqlarda ucalan hər bina, səslənən hər uşaq gülüşü, dalğalanan üçrəngli bayraq Azərbaycanın gələcəyə inamının ifadəsidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səhiyyə Nazirliyi bayram və istirahət günləri ilə əlaqədar əhaliyə müraciət edib

10:33
30 Dekabr

Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

09:33
30 Dekabr

BDYPİ bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib

09:17
30 Dekabr

İran hər hansı potensial təcavüzə sərt cavab verəcəyinə söz verib

08:55
30 Dekabr

Tədqiqat: Günəş işığı kişilərdə depressiya riskini azaldır

08:46
30 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər daha bir əzəmətli zəfərimizdir

08:45
30 Dekabr

Ukrayna 2026-cı ildə ABŞ yardımı alacaq ölkələrin siyahısına daxil edilib

08:43
30 Dekabr

Tramp: ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir

08:41
30 Dekabr

20 il əvvəl “Qərbi Azəri”dən ilk neft hasil olunmuşdur

08:40
30 Dekabr

ABŞ Prezidenti: Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etmirəm

08:39
30 Dekabr

TAP-ın ilk yubileyi

08:35
30 Dekabr

Fətəli xan Xoyskinin siyasi baxışları və dövlətçilik fəlsəfəsi

08:30
30 Dekabr

2025-ci il sosial müdafiə sahəsində növbəti uğurlarla yadda qaldı

08:25
30 Dekabr

Zəfərdən dirçəlişə

08:20
30 Dekabr

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib

08:15
30 Dekabr

195 yaşlı Şuşa qəza məktəbi - ilk dünyəvi təhsil ocağı

08:10
30 Dekabr

Azərbaycanın liderliyi, sülh strategiyası və yeni regional reallıqlar

08:05
30 Dekabr

Azərbaycanın başlatdığı sülh prosesi real nəticələr verir

08:00
30 Dekabr

Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında

03:31
30 Dekabr

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə

03:29
30 Dekabr

Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında

03:15
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!