09 Yanvar 2026 08:10
246
SİYASƏT
A- A+
907-ci düzəlişin ləğvi ABŞ-Azərbaycan münasibətlərini sağlamlaşdıra bilər

907-ci düzəlişin ləğvi ABŞ-Azərbaycan münasibətlərini sağlamlaşdıra bilər


Yanvarın 5-də yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyevin ifadə etdiyi kimi, 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində dönüş dövrü hesab oluna bilər. Əlbəttə ki, bu status-kvonun təməlində Azərbaycanın hərbi-siyasi zəfərləri nəticəsində yaranan yeni reallıq dayanır. Məlumdur ki, yeni reallıqlara qədər bir sıra güclər, o cümlədən də ABŞ maraqlarını bərabərhüquqlu əsaslarla yox, daha çox müəyyən rıçaqlar əldə edərək təzyiq göstərməklə təmin etməyə çalışırdı və 907-ci düzəliş də məhz bu kursun davamı hesab oluna bilərdi. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, 1992-ci ilin oktyabrında Cozef Bayden başda olmaqla, bir qrup senator, o cümlədən ABŞ Dövlət Departamentinin ayrı-ayrı rəsmiləri öz maraqlarını, daha doğrusu, erməni lobbisindən qaynaqlanan muzd maraqlarını üstün tutaraq 907-ci düzəlişi qəbul etmişdilər və sonrakı dövrdə də məhz bu düzəliş ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafında ciddi əngəl yaratmışdır: "Düzdür, ötən dövr ərzində bizim kifayət qədər uğurlu əməkdaşlıq tariximiz olub. ABŞ və Azərbaycan təhlükəsizlik, müdafiə, enerji, kommunikasiya sahələrində ciddi uğurlarla müşahidə olunan əməkdaşlıq ediblər, lakin 907-ci düzəlişin qüvvədə olması ABŞ-nin bu bölgədə səmimi əməkdaşlıq mühitində maraqlı olmasının özünü şübhə altına alıb. Ötən dövr ərzində nə qədər ki Azərbaycan ABŞ ilə təhlükəsizlik konfiqurasiyasının vacib elementi kimi çıxış etdiyi, məsələn, Əfqanıstanda, o cümlədən daha öncə Kosovoda və sairə dünyanın müxtəlif bölgələrində beynəlxalq sülh yaratma missiyalarında iştirak etdiyi zamanlarda ABŞ-nin prezidentləri hər il 907-ci düzəlişin qüvvəsini həmin il üçün ləğv edirdi. Lakin ABŞ qüvvələri Əfqanıstandan çıxdıqdan sonra Bayden beynəlxalq təcrübəyə uyğun olmayan və heç bir siyasətçiyə yaraşmayan formada ikili standartları rəhbər tutaraq həmin aktın qüvvəsini dayandırmadı və bununla da, əslində, hələ də erməni lobbisinin təsiri altında olduğunu birmənalı şəkildə göstərdi. Sonrakı dövrdə də Bayden komandasının digər addımları nəticə etibarilə Azərbaycan-ABŞ münasibətlərinin sıfırlanmasına gətirib çıxarmışdı. Dövlət başçımızın "Əl Ərəbiyyə" telekanalına müsahibəsində də ifadə etdiyi kimi, "907-ci düzəliş 2001-ci ildə dayandırıldı. Niyə? Çünki onların Əfqanıstanda bizə ehtiyacları var idi. Onlara səmamız, dənizimiz lazım idi. Onlara dəmir yolu lazım idi. Biz Amerika logistikasına və daşımalara çox mühüm dəstək verdik. Beləliklə, Bayden Əfqanıstandan qaçan kimi bizə yenidən sanksiya tətbiq etdilər. Axı necə belə nankor olmaq olar?! Beləliklə, onların haqqında nə düşünə bilərdik? Biz onlarla bütün əlaqələri kəsdik. Bayden administrasiyası ilə əlaqələr sıfra enmişdi".

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin özünün ən qüdrətli dönəminə qədəm qoyduğunu qeyd edən deputat deyib ki, siyasi və iqtisadi müstəqilliyi, o cümlədən milli iradə tərəfindən idarə olunması Azərbaycan Respublikasına müasir reallıqları sağlam formada dəyərləndirməyə imkan verir və müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətinin məqsəd, prinsip və yanaşmalarını bütün rakurslardan müəyyənləşdirə bilib. Azərbaycan hər zaman bu strateji problemin həllini güclü olmaqda, eyni zamanda əməkdaşlıq və dialoq mühitinə inamında görüb. Təsadüfi deyil ki, dövlətimiz ümumbəşəri dəyərlərə sadiq olaraq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi altı konstitusion niyyətindən biri kimi müəyyən edib. Eyni zamanda bizim milli maraqların Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olmaqla bərabər, həm də hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərini ehtiva etməsi, başqa dövlətlərlə münasibətlərini məhz bu prinsiplər əsasında qurması, ölkəmizin başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etməsi, beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi kimi hədəflərimizin səmimiliyinə şübhə yaratmır. "Belə bir şəraitdə 907-ci düzəlişin maliyyə yardımı və yaxud hər hansısa yardım formasında mahiyyəti Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Azərbaycanda İqtisadiyyat Nazirliyinin vətəndaşlara geri qaytardığı illik ƏDV-lərin miqdarı 907-ci düzəliş çərçivəsində Azərbaycana ediləcək bütün yardımlardan çoxdur. Əsas olan ABŞ-nin bizə münasibətdə davranışıdır. Keçmiş Ağ Ev rəhbəri Co Baydenin həmmüəlliflərindən olduğu "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş müstəqilliyinin ilk illərində ağır maliyyə böhranı yaşayan Azərbaycan üçün ciddi iqtisadi zərbə hesab oluna bilərdi. Digər tərəfdən, Azərbaycanı Ermənistanı blokadada saxlamaqda ittiham edən sənədin məzmunu özlüyündə ədalətsiz xarakter daşıyırdı və ölkəmizin qlobal miqyasda mövqelərinə zərbə hesab olunurdu. Lakin Azərbaycanın hərbi-siyasi qələbələri ilə vəziyyəti köklü surətdə dəyişməsi, o cümlədən siyasi və iqtisadi müstəqilliyini təməlli formada möhkəmləndirməsi digər rıçaqlar kimi 907-ci düzəlişi də təsirsiz alətə çevirdi. Nəticə etibarilə, bu gün Azərbaycan dövlətinin 907-ci düzəlişin qüvvədə olacağı təqdirdə daxil olacaq maliyyə yardımlarına faktiki ehtiyacı yoxdur, lakin Azərbaycan və Ermənistan arasında kommunikasiyalar, blokadanın tədricən aradan qalxması, Ermənistana Qazaxıstandan və Rusiyadan buğdanın daşınması, eləcə də Azərbaycan benzininin bu ölkəyə ixracı fonunda ədalətsiz şəkildə hələ də Azərbaycanı Ermənistanı blokadada saxlamaqda ittiham etmək qəbul-edilməzdir və ilk növbədə, Vaşinqtonun özünün imici üçün zərbədi", - deyə B.Məhərrəmov əlavə edib.

Deputat vurğulayıb ki, Donald Trampın 4 il sonra yenidən hakimiyyətə qayıtması nəinki ABŞ, bütövlükdə dünyada geosiyasi proseslərə kökündən təsir edəcək yeni bir mərhələnin başlanması üçün əsaslarla müşahidə olunmaqdadır. Sələfindən fərqli olaraq Donald Tramp daha mühafizəkardır, dünyaya daha realistik nöqteyi-nəzərdən yanaşır və ABŞ maraqlarını demokratlar iqtidarı dövründə olduğu kimi, Soros maraqlarına tabe etdirməyib: "Bayden administrasiyası dövründə ABŞ qlobalçılıq kursuna önəm verib, Soros ideologiyasına milli maraqların təmini üsulu kimi baxıb. Eyni zamanda demokratların ənənəsinə uyğun olaraq Bayden hakimiyyəti insan haqları, demokratiya və digər ümumbəşəri dəyərlərə Soros ideologiyasının təcavüzkar niyyətlərinin həyata keçirilməsi üçün bir vasitə kimi yanaşıb, adıçəkilən meyarlardan istifadə edərək digər ölkələrin daxili işlərinə qarışılmasında ehtiva olunan təcavüzkar və təxribatçı davranışları xüsusilə gücləndirib. Nəticədə ABŞ özünün xarici siyasət kursunu dünyanın bir çox bölgələrində dalana dirəmiş və ən azı son 100 ildə ən ciddi mövqe itkiləri ilə üz-üzə qalmışdır. Nəticədə əgər ABŞ əvvəllər hətta təcavüzkar mahiyyət daşısa belə, proseslərdə qalib kimi görünsə də, demokratların, konkret olaraq Bayden-Blinken iqtidarının dövründə Vaşinqton dünyanın bir çox coğrafiyalarında, məsələn Yaxın Şərqdə, Ukraynada, eləcə də Mərkəzi Amerikada bu mövqeyini itirərək daha çox uğursuz katalizator kimi görünməyə başlamışdır. Bundan başqa, demokratların son iqtidarı dönəmində vətəndaş cəmiyyəti institutları və media, o cümlədən yeni nəsil informasiya resursları tam mənada dövlətin əsarətindəki alətlər kimi çıxış edib, dünyaya demokratiyadan və azadlıqlardan dərs keçmək iddiasında olan ABŞ diktator xarakterli media maqnatı kimi görünməyə başlayıb. Habelə demokratlar özlərinin iqtidarlarının gücünü fikir və söz azadlığının boğulmasına yönəltmiş, hətta ABŞ-nin Baydendən əvvəlki prezidenti Trampın fiziki məhvindən imicinin korlanması və cəmiyyətə cinayətkar kimi təqdim olunmasına qədər fəaliyyətlərdən, bu istiqamətdə məhkəmə və hüquq-mühafizə orqanlarının güc və imkanlarından istifadə edilməsindən belə çəkinməmişdilər". 

B.Məhərrəmov vurğulayıb ki, Bayden administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətləri öz tarixinin ən pis dövrünə qədəm qoymuş, ölkəmiz davamlı şəkildə Vaşinqtonun qərəz və böhtan kampaniyası ilə üz-üzə qalmış, dövlətimizin iqtisadi-siyasi qüdrətinin, müdafiə qabiliyyətinin azaldılmasına yönəlmiş çoxşaxəli təxribatçı davranışlara şahidlik etmişik. Prezidentin hələ 2025-ci il yanvarın 7-də yerli televiziyalara verdiyi müsahibəsində səsləndirdiyi kimi, Bayden administrasiyası dövründə bir qayda olaraq Azərbaycanla münasibətlərinə Ermənistan prizmasından, eyni zamanda ABŞ-Ermənistan münasibətlərinə isə Azərbaycan prizmasından baxaraq qeyri-adekvat xarici siyasət kursu həyata keçirib. Nəticə isə ilk növbədə elə ABŞ üçün ürəkaçan olmayıb, Vaşinqton Cənubi Qafqazda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində proses başda olmaqla, bir çox məsələlərdən kənarda qalıb, Cənubi Qafqazda ciddi maraq itkisi ilə üzləşib. Ölkəmizin rəhbərinin ötən il yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə qeyd etdiyi fikirlər də məhz bu situasiyanın şərhi idi. Bu tip davranışlar, əslində, Bayden administrasiyasının etibarsız tərəfdaş olmasının təzahürü idi. "Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan ABŞ ilə birlikdə beynəlxalq təhlükəsizlik tədbirlərinin İraqda və Əfqanıstanda iştirakçısı olan zaman 907-ci düzəlişin qüvvəsini dayandıran demokratlar həmin bölgələr üzrə fəaliyyətlərini dayandırdıqdan sonra Azərbaycanla da nankorcasına tərəfdaşlığa yenidən baxmış və uğursuz konfiqurasiyanın formalaşmasına səbəb olmuşlar. Bakı hələ seçkilərdən öncə açıq formada büruzə verirdi ki, yenidən hakimiyyətə qayıdacağı halda Trampın administrasiyasından gözləntiləri böyükdür. Təbii ki, Azərbaycan üçün hansısa beynəlxalq subyektin patronajlığına ehtiyac yoxdur. Biz beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin rəhbər tutulduğu və milli maraqların uzlaşdırıldığı bir münasibətin qurulmasında maraqlıyıq və haqlı olaraq hesab edirdik ki, Sorosun çətiri altında olan demokratlardan fərqli olaraq Tramp iqtidarı bu prosesdə fərqli davranacaq. Həqiqətən də, hadisələrin gedişatı göstərdi ki, rəsmi Bakı proqnozlarında yanılmır", - deyə deputat bildirib.

Bəhruz Məhərrəmov  Prezident İlham Əliyevin amerikalı həmkarı Donald Trampın dəvəti ilə ötən ilin avqustunda ABŞ-yə işgüzar səfəri çərçivəsində ölkələrimiz arasında bir sıra sənədlərin, o cümlədən Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında strateji tərəfdaşlığı hədəfləyən Anlaşma Memorandumunun imzalandığını xatırladaraq, qeyd edib ki, memorandumda münasibətlərimizin yeni mərhələsi üçün normativ bazis rolunu oynayacaq Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması və tərəflərin razılaşmasına əsasən, bu prosesin Bakı və Vaşinqton arasında Strateji İşçi Qrupuna həvalə edilməsi nəzərdə tutulur. Yəni indiki məqamda yaradılan Strateji İşçi Qrupunun əsas hədəfi Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması olacaq. Bu isə öz növbəsində Vaşinqton və Bakı arasında münasibətlərin, demək olar ki, bütün sferalarını əhatələyir, xüsusən Bayden administrasiyası dönəmində sıfırlanmış əlaqələrin yenidən canlandırılması və strateji səviyyəyə yüksəldilməsi üçün perspektivlər araşdırılacaq. Strateji İşçi Qrupunun yaradılmasının digər önəmi isə ondan ibarətdir ki, ABŞ Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətlərini Azərbaycanın işğal və təcavüzə son qoyan böyük Zəfəri sonrası yaranan yeni hərbi-siyasi konfiqurasiyaya uyğun şəkildə yenidən nizamlayacaq. Bu isə Azərbaycanın yaratdığı yeni reallıqların qəbul edilməsi və Amerika kimi böyük strateji gücün öz maraqlarını bu formata uyğunlaşdırması baxımından Bakının geosiyasi qələbəsidir.

Deputat deyib ki, Azərbaycan Avro-Atlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avro-Atlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür: "Bu çərçivədə ölkəmiz hər zaman ABŞ ilə tərəfdaşlığa böyük perspektivə malik istiqamət kimi baxıb və antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış və təhdidlərə qarşı mübarizə məsələlərində, ikitərəfli münasibətlər səviyyəsində isə siyasi, hərbi, iqtisadi, enerji təhlükəsizliyi sahələrində, ölkəmizdə demokratik islahatların aparılması istiqamətində uğurla əməkdaşlıq edib. Ötən dövr kifayət qədər mürəkkəb tarixi inkişaf yolu keçmiş ABŞ-Azərbaycan münasibətlərini təhlil etsək, əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın artıq yeni reallıqlar yaratdığı bir şəraitdə ABŞ Prezidenti Donald Trampın məsələyə daha praqmatik yanaşması, bu bölgədə bərabərhüquqlu tərəfdaşlıqda maraqlı olduğunu göstərməsi nəticə etibarilə 907-ci düzəlişin tam ləğvi ilə bağlı məsələnin zərurətini gündəmə gətirib. Xüsusən ABŞ-nin Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etdiyini, həmçinin bu reallıqlarda öz maraqlarını təmin etmək üçün bərabər tərəf kimi, özünə bərabərhüquqlu tərəfdaş kimi Azərbaycanı seçdiyini məhz ABŞ liderinin son ritorikasına istinadən görə bilirik".

O bildirib ki, ABŞ-nin hazırkı administrasiyası Bakı ilə eyni mövqeyi bölüşür.  907-ci düzəliş qəbul edilərkən nə ABŞ-nin milli, nə də dövlətçilik maraqları nəzərə alınıb. 2025-ci ilin avqust ayında Ağ Evdə görüş zamanı Prezident İlham Əliyevin iştirakı ilə Donald Trampın 907-ci düzəlişin birdəfəlik ləğvinə dair simvolik sənədi imzalaması özlüyündə məhz bu mövqenin göstəricisidir. Lakin məlumdur ki, ABŞ qanunvericiliyinə görə Senatın qəbul etdiyi sənəd məhz Senatda ləğv edilə bilər. "Bu mənada, dövlət başçımızın da ifadə etdiyi kimi, hazırda biz ABŞ Senatının sağlam mövqe nümayiş etdirərək 907-ci düzəlişin tam şəkildə ləğv edilməsinə qərar verəcəyini gözləyirik. Artıq hər kəs, o cümlədən ABŞ üçün aydındır ki, Azərbaycan müstəqilliyini yeni əldə etmiş, işğala, təcavüzə məruz qalmış və üzərində təsir formalaşdırıla biləcək dövlət deyil. Bu mənada, Azərbaycanla münasibətlərdə diktə dili ilə danışmağa hüquqi bazis yaradan heç bir sənədin perspektivi yoxdur. İndiki halda isə özünün inkişafının tam yeni mərhələsinə qədəm qoyan ABŞ-Azərbaycan münasibətləri qarşısında əngəl kimi çıxış edən 907-ci düzəlişin ən qısa zamanda aradan qaldırılacağına böyük ümidlərin olduğunu demək üçün ciddi əsaslar var. Təbii ki, 907-ci düzəlişin ləğvi Azərbaycan üçün xüsusi olaraq iqtisadi nəsə vəd etmir, amma bizim üçün əsas olan ABŞ-Azərbaycan münasibətlərinin sağlam, qərəzsiz əsaslarla qurulmasıdır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında

01:08
10 Yanvar

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında", "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

01:06
10 Yanvar

A.C.İsgəndərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:05
10 Yanvar

"Dövlət rüsumu haqqında" və"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
10 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edilməsi haqqında

01:03
10 Yanvar

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:01
10 Yanvar

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:00
10 Yanvar

Azercell abunəçilərinin nəzərinə

00:57
10 Yanvar

Zelenski: “Oreşnik” raketinin Lvov bölgəsinə atılması Avropa üçün də təhlükə yaradır  

22:48
09 Yanvar

GAK sədri: Prezident İlham Əliyevin ana dilimizlə bağlı söylədiyi fikirlər xaricdə yaşayan azərbaycanlılar üçün ciddi siqnaldır  

22:04
09 Yanvar

Türkiyəli ekspert: Zəngəzur dəhlizi “Türk ticarət dəhlizi”nin ən mühüm halqasıdır  

21:42
09 Yanvar

Almaniya XİN Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsini yüksək qiymətləndirib  

21:40
09 Yanvar

ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib  

21:39
09 Yanvar

Respirator virus infeksiyaları ilə xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə yüksək deyil 

21:38
09 Yanvar

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib  

21:22
09 Yanvar

Qəzzada Sülh Şurasına bolqarıstanlı diplomat rəhbərlik edəcək  

18:32
09 Yanvar

“Motorola”dan futuristik yenilik

18:31
09 Yanvar

 Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasında yeni mərhələ  

18:29
09 Yanvar

Ədliyyə naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib  

18:26
09 Yanvar

Türk politoloq : Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində regional liderliyini gücləndirir  

18:09
09 Yanvar

İran dünyadan təcrid olunub  

18:03
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!