15 Oktyabr 2023 11:30
1182
İQTİSADİYYAT
A- A+
Tovuzun yaşı 100-dən çox olan Bozalqanlı kəndi heç vaxt belə inkişaf etməmişdi

Tovuzun yaşı 100-dən çox olan Bozalqanlı kəndi heç vaxt belə inkişaf etməmişdi

 

Son 20 ilin göstəriciləri onu deməyə əsas verir ki, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyada nüfuzu durmadan artan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir.
Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş dövlət proqramlarının böyük əhəmiyyəti var. Bu proqramların icrası ilə bağlı imzalanmış sərəncamlar xüsusilə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastrukturun yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Nəticədə regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişmişdir. Söz yox ki, bu inkişaf İlham Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimi zamanı söylədiyi "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" fikrinə sadiqliyini öz əməlləri ilə sübuta yetirməsinin əyani təsdiqidir. 
Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən Prezident İlham Əliyev bu istiqamətdə çoxsaylı uğurlara nail olunmasını təmin etdi. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, sosial-iqtisadi islahatlar və digər sistemli hədəfləin reallaşmasına şərait yaratdı. Bu islahatların həyata keçirilməsi nəticəsində vətəndaşların rifahı gündən-günə yüksəldi. Bunu respublikamızın Qərb bölgəsində yerləşən Tovuzun timsalında daha aydın görmək mümkündür. İndi rayonda hansı kəndə, hansı qəsəbəyə yolu düşən olsa, böyük inkişafın şahidi olar. 
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla söhbət zamanı məlum oldu ki, son illər dövlət başçısının diqqət və qayğısı sayəsində respublikamızın hər yerində olduğu kimi, bu bölgədə də genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılıb. İnsanların həyat tərzi yüksəldikcə əvvəllər mövcud olan problemlər demək olar ki, həll edilib. İndi Tovuzun bütün kənd və qəsəbələrində qaz, işıq, su, yol problemi tamamilə aradan qaldırılıb. Əhalinin maddi vəziyyəti yaxşılaşdıqca, mənzil-məişət məsələləri də öz həllini tapıb. 
İcra başçısı ilə söhbətdən sonra belə qərara gəldik ki, yaşı 100-dən çox olan Bozalqanlı kəndinə gedək. Kənd rayon mərkəzindən o qədər də uzaqda olmadığından mənzilbaşına tez çatdıq. Bizi kənd icra nümayəndəsi Azər Hacıyev qarşıladı. İcra nümayəndəsi ilə birlikdə kəndi gəzdik, insanlarla söhbət etdik. Kənddaxili yolların demək olar ki, hamısına asfalt salınıb. 
Vurğulandı ki, Bozalqanlının tarixi çox qədimdir. Yaşı yüz illərlə ölçülən kənd keçən əsrin əvvəllərində Kür çayının sahilindən buraya köçürülüb. İnsanlar sovetlər birliyi dövründə yoxsulluq içərisində yaşayıblar. Lakin buna baxmayaraq, kənddən görkəmli şəxsiyyətlər çıxıb. Aşıq Hüseyn Bozalqanlı, aşıq Əkbər Cəfərov, aşıq Ələsgər Tağıyev, həmin illər görkəmli kimya müəllimi olmuş, Sosialist Əməyi Qəhrəmanı Məhər Quliyev də əslən bu kənddəndirlər. 
Kənd sakinlərinin xoşbəxt günləri əsasən ölkəmiz müstəqillik qazandıqdan sonra başlayıb. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra sakinlər xoş gün-güzəran görüblər. 2003-cü ildən - İlham Əliyev Prezdent seçildikdən sonra isə kəndin sürətli inkişafı başlayıb. Əhalinin maddi vəziyyəti yaxşılaşdıqca, yeni evlər tikilməklə kənd daha da böyüyüb. Hazırda kəndin 4 min 510 nəfər sakini, 981 təsərrüfatı var. Demək olar ki, burada bir dənə də olsun köhnə ev görmədik. Dövlət başçısının diqqət və qayğısı ilə kənddə 1200 şagird yerlik yeni məktəb binası inşa edilib. Keçən il məktəbin 103 illiyi təntənə ilə qeyd edilib. Gözəl və yaraşıqlı uşaq bağçası istifadəyə verilib. 2019-cu ildə istifadəyə verilən 3 mərtəbəli Aşıq Sənəti Dövlət Muzeyi isə kəndin görkəminə bir yaraşıq verir.
Kənd əhalisinin məşğulluğu da uğurla təmin edilir. Burada 50 nəfərin işlə təmin olunduğu süd və asfalt zavodları, "Turan" MMC kiçik müəssisəsi istifadəyə verilib. Son bir neçə ildə kənddaxili yollara 2,7 kilometr uzunluğunda asfalt salınıb. Bu yaxınlarda kəndin Şəhidlər xiyabanına daha 300 metr uzunluğunda yeni yol çəkilib. 
Öyrəndik ki, kənd sakinlərinin əsas gəlir yeri kənd təsərrüfatındandır. Özəlləşdirmə aparılarkən kənd sakinlərinə 820 hektar pay torpağı verilib. Hər il sakinlər 400 hektarda taxıl, 200 hektarda kartof, 30 hektarda qarğıdalı, 50 hektarda soğan, 10 hektarda üzüm, 100 hektarda yonca və xeyli sahədə bostan bitkiləri yetişdirirlər. Bundan başqa, kənddə heyvandarlıq da sürətlə inkişaf edir. Hazırda burada 2500 baş iribuynuzlu, 9 min 450 baş xırdabuynuzlu davar saxlanılır. 
Bozalqanlının sakinləri olduqca işgüzardırlar. Hər il yetişdirdikləri bol kənd təsərrüfatı məhsullarından xeyli gəlir əldə edirlər. Onlar bu qazancla dolanışıqlarını təmin etməklə yanaşı, mənzil-məişət şəraitlərini də yaxşılaşdırırlar. Məsələn, kənd sakini Elşən Hüseynov ailəsi üçün tikdirdiyi 3 mərtəbəli evdə son tamamlama işləri görür. Söhbət zamanı Elşən dedi ki, 52 hektar pay torpağı var. Böyük meyvə bağı salıb. Hər il bu bağdan xeyli gəlir götürür. Bundan başqa, taxıl, kartof, noxud və sair kənd təsərrüfatı məhsullarından da qazanc əldə edir. Kənd sakini Vidadi Rzayev də öhdəsində olan torpaqlarda hər il bol məhsul yetişdirir. Əldə etdiyi gəlirdən ailəsi üçün gözəl və yaraşıqlı  ikimərtəbəli ev tikdirib. 
Onu da qeyd edək ki, kənddə istər içməli, istərsə də suvarma suyu sarıdan heç bir problem yoxdur. Burada 15 artezian quyusu istifadəyə verilib. 
Kənddə əhalinin sayı artdıqca əraziləri də genişlənir. Bu məqsədlə kəndin yaxınlığında yeni yaşayış massivi salınıb. Burada 140-dan artıq yeni ev tikilib. Əraziyə yeni qaz, elektrik, su xətləri çəkilib. Hazırda burada uşaq bağçasının tikintisinə hazırlıq işləri görülür.
Deyilənlərə əlavə edək ki, kəndlə rayon mərkəzini birləşdirən avtobus marşrutu da açılıb. Əhali heç bir əziyyət çəkmədən həmin marşrut üzrə işləyən avtobuslarla Tovuzun mərkəzinə gedib-gəlmək imkanı əldə ediblər. Kənd əhalisinin internetdən istifadə etməsi üçün iki provayder fəaliyyət göstərir. 
Öyrəndik ki, kənd sakinləri torpaqlarımız uğrunda döyüşlərdə əsl vətənpərvərlik nümayış etdiriblər. Birinci Qarabağ müharibəsində iştirak edən 60 nəfərdən 7-si, 44 günlük Vətən müharibəsində isə bir nəfər şəhidlik zirvəsinə yüksəlmişdir. Ölkəmizin hər yerində olduğu kimi, Tovuzda, o cümlədən Bozalqanlıda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Kənddə bütün şəhid ailələri və qazilər həyətyanı torpaq sahəsi ilə, eləcə də avtomaşınla təmin olunmuşdur. 
Kənddə kiminlə görüşüb, söhbət etdiksə, bir fikir səsləndirdi. Bütün bu inkişafı Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə əlaqələndirən kənd sakinləri görülən işlərə görə minnətdarlıq edib, ona bundan sonrakı fəaliyyətində də uğurlar arzuladılar. 

Sabir ƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!