09 Yanvar 2026 08:50
557
İQTİSADİYYAT
A- A+
Təqvimdə qış, sahələrdə yaz tarla işləri 

Təqvimdə qış, sahələrdə yaz tarla işləri 


Ağstafa


Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, ölkəmizdə əhalinin ərzaq təminatının daxili imkanlar hesabına ödənilməsi indi hökumətin prioritet fəaliyyət istiqamətlərindən biridir. Odur ki, aqrar sektor üzrə həyata keçirilən tədbirlər, imzalanan qərar və sərəncamlar, ilk növbədə, həmin hədəfə yönəlib. 

Hər il kənd təsərrüfatı məhsulları istehsalında yüksək göstəricilərə nail olan rayonlardan biri də Ağstafadır. Rayonda məhsul istehsalı üzrə davamlı inkişafa nail olmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Xüsusən mövcud əkin sahələrindən səmərəli istifadə olunması, torpağın əkilib becərilməsində qabaqcıl texnologiyalara üstünlük verilməsi diqqət mərkəzində saxlanılır. 

Keçən il rayonda qiymətli əzaq məhsulu olan taxıl istehsalında müsbət irəliləyişlər olmuşdur. 7916 hektarda taxıl əkən fermerlər buğda sahələrinin hər hektarından 34,5, arpa sahələrindən 25 sentner məhsul götürərək əvvəlki illərin göstəricilərini üstələmişlər. 

Təsərrüfat sahibləri artıq cari ilin yaz tarla işlərinə  başlamışlar. Bu il taxıl əkini sahələri bir qədər genişləndirilərək 8178,2 hektara çatdırılmışdır. Onun 4812,3 hektarı buğda, 3374,9 hektarı arpa sahələridir. Rayonda səpin  işlərinə 90-na yaxın texnika cəlb edilmişdir. Səpindən sonra 5339 hektarda suvarma aparılmışdır. Bitkinin inkişaf fazasında 2-ci və 3-cü suvarma ilə yanaşı, sahələrə yemləmə gübrəsi verilmiş, alaq otlarına qarşı mübarizə tədbirləri görülmüşdür.

Əvvəlki illərdə olduğu kimi, bu il də rayonun Göyçəli, Köçəsgər, Eynallı, Dağ Kəsəmən, Qıraq Kəsəmən kəndlərinin sakinləri yaz tarla işlərində fərqlənirlər. Onlar günəbaxan bitkisi əkiləcək sahələrdə arat işlərinə start vermiş, kartof sahələrini səpinə hazır vəziyyətə gətirmişlər. Bununla yanaşı, 1619,3 hektar meyvə bağına lazım olan üzvi və mineral gübrələr verilmiş, ağacların dibi yumşaldılaraq budama işləri görülmüşdür.  

Yeri gəlmişkən, qeyd edək ki, rayonda intensiv bağların salınmasına maraq getdikcə artır. Kolxəlifəli kəndində Səxavət Binnətov 55, Aşağı Göyçəli kəndində Nazim Əhmədov 6, Zəlimxan kəndində Elfaq Mamayev 1,49 hektarda intensiv fındıq bağı salmışlar. Fermerlər bağlara yüksək səviyyədə qulluq göstərməklə 100 faiz bitiş əldə etmişlər. İndi bağ sahibləri xəstəlik və ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri görməyə hazırlaşırlar.

Hazırda Ağstafada 508 hektar üzüm bağı var. Keçən il hər hektardan orta hesabla 153 sentner məhsul əldə edən fermerlər bu il bağlardan daha çox üzüm götürmək üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Poylu kəndindən Səməndər Vəliyev, Qurban Aslanov, Kolxəlifəli kəndindən Yuləti Kərimov keçənilki göstəricilərini artırmağı qarşılarına məqsəd qoymuşlar. Hazırda üzüm bağlarında budama işləri aparılır. 


Qazax


Rayon icra hakimiyyətində yaz tarla işlərinə hazırlıqla bağlı müşavirə keçirilmişdir. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qarşıdan gələn yaz tarla işlərinə hazırlığın vəziyyəti barədə məlumat vermişdir. 

Bildirmişdir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir: "Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər  iqtisadiyyatda böyük pay sahibi olan aqrar sektorun inkişafına müsbət təsir göstərir". Müşavirədə qeyd edilmişdir ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan, son illər Qazaxda digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılır.  

Sonra yaz tarla işlərinə hazırlığın vəziyyəti geniş təhlil edilmişdir. Əkin sahələrinin vaxtında suvarılması üçün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi qeyd edilmiş, xüsusən sudan qənaətlə istifadə edilməsi üçün kəndlərdə tərtib olunmuş növbəlilik cədvəlinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki,   məhsuldarlığın artırılmasında başlıca rol oynayan  suvarma suyu ilə təminata diqqətlə yanaşılmalıdır. Bunun üçün suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılmalıdır.  Sonra Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış edərək 2026-cı ilin məhsulu üçün rayonda 6880 hektarı arpa, 4740 hektarı buğda olmaqla 12023 hektarda taxıl səpilməsinin nəzərdə tutulduğunu demişdir. Məlumat vermişdir ki, bu günə kimi 6850 hektarda arpa, 4752,8 hektarda buğda səpini başa çatdırılmışdır. 

Qarşılıqlı müzakirə və geniş fikir mübadiləsi şəraitində keçən müşavirədə əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün görüləcək işlərin vacibliyi vurğulanmış, əvvəlki illərdə olduğu kimi, bu il də yaz tarla işlərinin mütəşəkkil  keçirilməsi üçün tapşırıqlar verilmişdir. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib  

23:51
01 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:13
01 Noyabr

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

20:59
01 Noyabr

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:33
01 Noyabr

Media və Yayım Şurası bəyanat yayıb

15:52
01 Noyabr

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

14:11
01 Noyabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

13:54
01 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:51
01 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

13:09
01 Noyabr

Bakıda VI “Qələbə qaçışı”na start verilib

11:07
01 Noyabr

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!