31 Oktyabr 2026 16:59
240
SİYASƏT
A- A+
Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü


Azərbaycan xalqı zəngin və qədim tarixə, özünəməxsus mədəniyyətə, yüksək mənəvi dəyərlərə malik olan xalqlardandır. Tarixin müxtəlif dövrlərində üzləşdiyimiz çətinliklərə, sınaqlara və mürəkkəb ictimai-siyasi proseslərə baxmayaraq, xalqımız öz milli varlığını, dilini, mədəniyyətini və adət-ənənələrini qoruyub saxlamağı bacarıb. Bu davamlılığın əsasını təşkil edən amillərdən biri də milli birlik və azərbaycançılıq düşüncəsidir.

Azərbaycançılıq xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərini, tarixi yaddaşını, dilini, mədəniyyətini, adət-ənənələrini və dövlətçilik düşüncəsini özündə birləşdirən mühüm ideoloji məfkurədir. Bu ideologiya Azərbaycan xalqının milli kimliyinin qorunmasında, cəmiyyətin həmrəyliyinin möhkəmləndirilməsində və müstəqil dövlətçilik ənənələrinin yaşadılmasında müstəsna əhəmiyyət daşıyır. Azərbaycançılıq yalnız milli mənsubiyyət anlayışı deyil, eyni zamanda Vətənə bağlılığın, dövlətə sədaqətin, xalqın tarixinə və gələcəyinə məsuliyyətin ifadəsidir.

Bu ideologiyanın ən mühüm xüsusiyyətlərindən biri tolerantlıq və multikulturalizm dəyərlərinə əsaslanmasıdır. Azərbaycan tarixən müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olub. Ölkəmizdə mövcud olan etnik və dini müxtəliflik milli birliyimizi, cəmiyyətimizin zənginliyini və mənəvi gücünü nümayiş etdirən mühüm amilə çevrilib. Azərbaycançılıq hər bir vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, fərqli mədəniyyətləri ümumi milli dəyərlər çərçivəsində birləşdirməyi sövq edir.

Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı diqqətə çatdırıb ki, biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub: “Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir". Prezident İlham Əliyev vurğulayıb ki, birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular.

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan bütün dünyada sülhpərvər, hər zaman ədaləti dəstəkləyən, tərəqqiyə səy göstərən və bu yolda qətiyyətlə irəliləyən müstəqil dövlət kimi tanınır.

Belə bir dövrdə azərbaycançılıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin suverenliyinin möhkəmləndirilməsi, milli maraqların qətiyyətlə müdafiəsi, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi və tarixi ədalətin bərpası bu siyasətin mühüm istiqamətlərindəndir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və həmrəyliyinin təntənəsi kimi tarixə yazılıb.

Azərbaycançılıq ideologiyasının yaşadılmasında gənc nəslin üzərinə də böyük məsuliyyət düşür. Gənclər milli tariximizi dərindən öyrənməli, ana dilimizi qorumalı, mədəni irsimizə sahib çıxmalı və müasir biliklərə yiyələnərək ölkəmizin inkişafına töhfə verməlidirlər. Vətənpərvərlik yalnız sözlə ifadə olunan hiss deyil, fəaliyyətimizdə, əməyimizdə, davranışımızda və dövlətimiz qarşısında məsuliyyətimizdə öz əksini tapır.

Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi də azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biridir. Ana dilimiz milli varlığımızın, mənəvi yaddaşımızın və tarixi kimliyimizin ən mühüm daşıyıcısıdır. Dilə hörmət xalqın tarixinə, mədəniyyətinə və gələcəyinə hörmət deməkdir. Bu baxımdan, hər bir azərbaycanlının üzərinə düşən vəzifələrdən biri də Azərbaycan dilinin saflığının qorunmasına, zənginləşdirilməsinə və gələcək nəsillərə ötürülməsinə çalışmaqdır.

Azərbaycançılıq, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımızı birləşdirən mənəvi körpüdür. Dünya azərbaycanlılarının həmrəyliyi, milli maraqlarımızın beynəlxalq miqyasda müdafiəsi, tarixi və mədəni irsimizin tanıdılması bu ideologiyanın qlobal əhəmiyyətini daha da artırır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz xalqının tarixini, milli dəyərlərini və Vətənlə mənəvi bağlılığını yaşatmağa çalışması milli birliyimizin mühüm göstəricisidir.

Azərbaycançılıq keçmişimizdən gələn dəyərli tarixi miras, bu günümüzün mənəvi dayağı və gələcəyimizin ideoloji istiqamətidir. Azərbaycançılıq bizi birləşdirən, milli kimliyimizi qoruyan, dövlətçiliyimizi möhkəmləndirən və gələcəyə inamla addımlamağımıza imkan yaradan mənəvi sərvətimizdir. Bu ideyaya sadiqlik hər bir vətəndaşın Vətən qarşısında mənəvi borcu, milli məsuliyyəti və vətəndaşlıq mövqeyidir. Ona görə ki, azərbaycançılıq Azərbaycanı sonsuz məhəbbətlə sevmək, dövlətçiliyini qorumaq, milli dəyərlərinə sahib çıxmaq və gələcək nəsillərə daha güclü, daha qüdrətli Azərbaycan miras qoymaqdır.

 

 Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

16:41
31 Oktyabr

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

16:40
31 Oktyabr

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

16:39
31 Oktyabr

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

15:25
31 Oktyabr

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

15:24
31 Oktyabr

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

15:23
31 Oktyabr

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

15:16
31 Oktyabr

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

15:14
31 Oktyabr

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

14:35
31 Oktyabr

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb

14:33
31 Oktyabr

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

13:32
31 Oktyabr

Azərbaycan nefti 126 dollara satılır  

09:53
31 Oktyabr

Heydər Əliyev siyasətinə sadiqlik Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi  

09:48
31 Oktyabr

Bilmək istəyirəm

08:45
31 Oktyabr

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

08:40
31 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
31 Oktyabr

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

08:30
31 Oktyabr

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

08:25
31 Oktyabr

NDU-da doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı öz işinə başlayıb

08:20
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!