31 Oktyabr 2026 08:25
269
İQTİSADİYYAT
A- A+
Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur


"Torpağı  qorumursansa əkib-becərməyə, əkib-becərmirsənsə qorumağa dəyməz". Ulularımızın bu qənaəti -  torpağı əkib-becərməyin onu qorumaq qədər  vacib və müqəddəs olduğu  barədə söylədikləri əsrlərin sınağından keçərək  günümüzədək gəlib çatmışdır.  Bu  gün   torpağı əkib-becərənlərin,  ləziz  nemətlər yetişdirərək  çörək təknəmizə bərəkət,  süfrəmizə bolluq bəxş  edənlərin bayramıdır.  

Hər il noyabrın 1-nin  ölkəmizdə  "Kənd təsərrüfatı işçiləri günü"  kimi qeyd olunması barədə Prezident İlham Əliyev  2008-ci il  oktyabrın 9-da sərəncam imzalayıb. Bu, Azərbaycan kəndinə, Azərbaycan kəndlisinə dövlət qayğısının, diqqətinin    çoxsaylı təzahürlərindən  yalnız biridir. 

Dünyanı düşündürən qlobal problemlərdən birinin  məhz  əhalinin ərzaq məhsulları ilə təminatı olduğu bir dövrdə aqrar sahə ilə bağlı məsələlər  daha böyük əhəmiyyət kəsb edir. Bu mövzuda danışarkən regionların inkişafına yönəldilən dörd sosial-iqtisadi inkişaf proqramını (2004-2008-ci, 2009-2013-cü, 2014-2018-ci  və 2019-2023-cü illər) xatırlatmaq kifayətdir. Bu proqramlar, eləcə də görülən digər ardıcıl tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində mühüm irəliləyişlər əldə edilib. Buna paralel olaraq kənd  adamının  sosial vəziyyəti də yaxşı mənada dəyişib, onun məşğulluq problemi həll olunub. Bu il qəbul olunan "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın yerinə yetirilməsi sözügedən sahələrin daha da inkişafı üçün yeni mərhələnin başlanğıcını qoyur. 

Bu gün Azərbaycanın kənd təsərrüfatı işçisi öz torpağının, öz taleyinin sahibidir və dövlətin prioritet kimi qarşıya qoyduğu mühüm vəzifələri yerinə yetirir. Vurğulayaq ki, MDB  məkanında  ilk torpaq islahatı ölkəmizdə Ulu Öndər Heydər Əliyev  tərəfindən  həyata keçirilmişdir. Kənd təsərrüfatının inkişafına yönəldilən tədbirlər  Prezident İlham Əliyev tərəfindən davam etdirilərək  geniş vüsət almışdır.  Belə ki, unudulmuş, tənəzzülə uğramış bir çox kənd təsərrüfatı sahəsi artıq dirçəldilib, onlara keçmiş şöhrəti qaytarılıb. Dövlətimizin başçısı son illər pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın, fındıqçılığın, çəltikçiliyin, meyvəçiliyin və s. inkişaf etdirilməsi məqsədi ilə mühüm sənədlər imzalayıb. Prezidentin bu istiqamətdə  bölgələrdə keçirdiyi müşavirələr, kəndli və fermerlərlə, aqrar sahənin mütəxəssisləri ilə görüşlər, verdiyi tapşırıq və tövsiyələr öz müsbət nəticəsini göstərməkdədir.

Sevindirici haldır ki, artıq illərlə işğal altında qalmış  torpaqlarımız  da dirçəlir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda  kənd təsərrüfatı "Böyük Qayıdışa Dair I Dövlət Proqramı" çərçivəsində bərpa olunur və inkişaf etdirilir. Burada infrastrukturun yenidən qurulması, "ağıllı kənd" layihələrinin həyata keçirilməsi və regionun iqtisadi dinamikasının artırılması əsas prioritetlər sırasındadır. 

Məlumdur ki, bu ərazilər  yalnız strateji-coğrafi mövqeyi ilə deyil, həm də zəngin təbii sərvətləri ilə seçilir. Bura əsrlər boyu kənd təsərrüfatı mərkəzi olub - məhsuldar torpaqları, bol su ehtiyatları və müxtəlif iqlim şəraiti ilə Azərbaycanın əsas aqrar bölgələrindən birinə çevrilib. İndi bu torpaqlar yenidən dirçəlir və aqrar investisiya üçün böyük fürsətlər təqdim edir.

Bölgənin kənd təsərrüfatı ənənələri də çox qədimdir. Münbit Qarabağ çölləri və Kəlbəcər-Laçın dağlıq zonası kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli şərait yaradır. Tərtər çayı, Bazarçay, Həkəri və digər çaylar əkin sahələrinin suvarılmasını təmin edir. Dağlıq zonalarda heyvandarlığın və arıçılığın, düzənliklərdə isə taxılçılığın, üzümçülüyün və pambıqçılığın inkişafına imkan var. Dövlət bu ərazilərdə  kənd təsərrüfatının inkişafı üçün  investorlara ciddi güzəştlər təqdim edir.

Ölkəmizdə ümumiyyətlə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən   maliyyə yardımının göstərilməsi  təmin edilir. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə  yanaşı  fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb. Onlar həmçinin  kənd təsərrüfatı texnikasını güzəştlə əldə edə bilirlər. Bütün bunlar sahənin inkişafına və əməkçilərin rifah halının yüksəldilməsinə və çox vacib bir məsələnin həllinə - ərzaq təhlükəsizliyi yaranmasına xidmət edir. 

Diqqət mərkəzində olan məsələlərdən biri də idxaldan asılılığı azaltmaq, ixrac potensialını yüksəltməkdir. Bu sahədə də irəliləyiş var. Hazırda Azərbaycan onlarca ölkəyə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edir.

Deyilənlərə bu ilin yanvar-sentyabr aylarında ölkəmizin aqrar sahəsində görülən işlər barədə məlumatı da əlavə edək. Sözügedən dövrdə keçən ilin eyni vaxtı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,1, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,9, bitkiçilik məhsulları istehsalı 0,5 faiz artıb. Hazırda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Oktyabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 420,3 min ton və ya 2025-ci ilin müvafiq dövrünə nisbətən 8,2 faiz çox dənli və dənli paxlalı bitkilər toplanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yem bitkiləri, meyvə, şəkər çuğunduru, günəbaxan, pambıq, yaşıl çay yarpağı istehsalı da çox olub. Sözügedən vaxt ərzində həmçinin ət və yumurta istehsalı keçən ilin eyni aylarının göstəricilərini üstələyib, süd istehsalı isə eyni səviyyədə qalıb.

Bütün bu nemətləri əkib-becərən, süfrələrimizə göndərən, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına dəstək verən kənd təsərrüfatı işçiləridir, hər bir kənd əməkçisidir. Bayramın mübarək, Azərbaycan kəndlisi!


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 126 dollara satılır  

09:53
31 Oktyabr

Heydər Əliyev siyasətinə sadiqlik Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi  

09:48
31 Oktyabr

Bilmək istəyirəm

08:45
31 Oktyabr

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

08:40
31 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
31 Oktyabr

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

08:30
31 Oktyabr

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

08:25
31 Oktyabr

NDU-da doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı öz işinə başlayıb

08:20
31 Oktyabr

Milli məqsədləri reallığa çevirən rəhbər

08:15
31 Oktyabr

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil edilib

08:10
31 Oktyabr

"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı

08:05
31 Oktyabr

Andına sadiq Lider

08:00
31 Oktyabr

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:45
31 Oktyabr

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib  

22:31
30 Oktyabr

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

21:43
30 Oktyabr

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm  

21:14
30 Oktyabr

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

20:57
30 Oktyabr

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub  

20:38
30 Oktyabr

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir  

20:34
30 Oktyabr

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib  

20:26
30 Oktyabr

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

19:49
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!