21 Avqust 2026 17:13
988
Təhsil
A- A+
Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası


Elmi biliklərin daha müasir üsullarla əldə edilməsi, idarəedici hazırlığın və maariflənmənin sürətləndirilməsi, elmi platformalara daha çevik çıxışın təmin olunması son dövrlərdə inqilabi dəyişikliklər yaradan süni intellekt texnologiyaları vasitəsilə mümkün olur. Süni intellekt insanın qərarvermə, mühakimə, təhlil və tədqiqat kimi qabiliyyətlərini dəstəkləyən sistemdir. Bu baxımdan onun əsas hərəkətverici mexanizmini idrak prosesləri təşkil edir.

Bu fikirlər AMEA Rəyasət Heyəti Aparatında Humanitar Elmlər Bölməsinin vitse-prezidentlərin xidmətinin baş mütəxəssisi, sosial psixoloq Zeynəb Həsənovanın AZƏRTAC-a təqdim etdiyi məqaləsində yer alıb. Məqalədə qeyd olunur ki, insanın yerinə yetirdiyi bir sıra fəaliyyətləri süni intellekt texnologiyaları daha sürətli həyata keçirə bilir. Bu texnologiyalardan əlavə bilik və bacarıqlar əldə etmək, yeni texnoloji imkanlardan yararlanmaq, mövcud materialları sistemləşdirmək və ümumiləşdirmək, dərs planlarını hazırlamaq və təkmilləşdirmək, həmçinin müxtəlif təsvirlər yaratmaq üçün istifadə etmək mümkündür.

Məktəblərdə süni intellektdən səmərəli istifadə diqqətli planlaşdırma, müəllim hazırlığı, güclü texnoloji infrastruktur və davamlı qiymətləndirmə tələb edir. Ölçülə bilən hədəflərin müəyyənləşdirilməsi və onların təhsil müəssisəsinin missiyası ilə uyğunlaşdırılması süni intellekt təşəbbüslərinin məqsədyönlü həyata keçirilməsinə şərait yaradır. Qiymətləndirmə, sənədləşmə və inzibati işlərdə süni intellektin tətbiqi müəllimlərin şagirdlərə daha çox vaxt ayırmasına, şagird nailiyyətlərinin təhlilinə və fəaliyyətlərinin monitorinqinə imkan verə bilər.

Süni intellekt, həmçinin şagirdlərin öyrənmə və qavrama bacarıqlarına, eləcə də müəllimlərin tədris metodlarına təsir göstərir. Avtomatik qiymətləndirmə sistemləri və virtual köməkçilər təlim prosesinin səmərəliliyini artıra bilər. Bu baxımdan müəllimlər süni intellekt alətlərindən düzgün istifadə mexanizmlərini öyrənməli, ənənəvi tədris metodlarını texnoloji yeniliklərlə zənginləşdirməlidirlər. Süni intellektin təhsildə tətbiqi təlim mühitinin fərdiləşdirilməsinə, tədris materiallarının və öyrənmə tempinin şagirdlərin ehtiyaclarına uyğunlaşdırılmasına şərait yaradır.

Bu yeniliklər fiziki məhdudiyyətləri olan şagirdlər üçün də xüsusi əhəmiyyət daşıyır. Eşitmə məhdudiyyətli şagirdlər üçün nitqin mətnə çevrilməsi, görmə məhdudiyyətli şəxslər üçün mətnin səsləndirilməsi və tərcüməsi kimi texnologiyalar təhsilin daha əlçatan və inklüziv olmasına kömək edə bilər.

Bununla yanaşı, süni intellektdən istifadə zamanı etik prinsiplərə riayət olunması vacibdir. Sistemlərin qərəzsiz işləməsi və bütün şagirdlər üçün bərabər imkanlar yaratması təmin edilməlidir. Süni intellekt rəqəmsal interaktiv təlimin inkişafına, şagird motivasiyasının və dərsə marağın artırılmasına, inklüziv təhsilin genişləndirilməsinə, nailiyyətlərin davamlı monitorinqinə, təhsilin keyfiyyətinin və akademik standartların yüksəldilməsinə mühüm töhfə verə bilər. Eyni zamanda, yeni ideyaların formalaşdırılması, interaktiv dərslərin təşkili, tədris materiallarının hazırlanması və fərdiləşdirilmiş testlərin tərtibində texniki dəstək göstərə bilər.

Təbii ki, süni intellektin üstünlükləri ilə yanaşı, müəyyən riskləri də mövcuddur. Alətlərdən həddindən artıq və nəzarətsiz istifadə şagirdlərin məntiqi və tənqidi düşünmə, yaradıcılıq bacarıqlarının zəifləməsinə, avtomatik cavab əldə etmək vərdişinin formalaşmasına və zehni-emosional asılılığa səbəb ola bilər. Buna görə də süni intellektin tətbiqi tədris prosesini köklü şəkildə dəyişdirməkdən çox, mövcud tədris resurslarını və öyrənmə imkanlarını inkişaf etdirməyə xidmət etməlidir.

Məqalədə süni intellektin təhsildə tətbiqi ilə bağlı bir sıra təklif və tövsiyələr də irəli sürülür. Rəqəmsal məktəb siyasətinə və etik qaydalara əməl olunması, milli rəqəmsal inkişaf və süni intellekt savadlılığının artırılması, süni intellektin köməkçi və dəstəkləyici vasitə kimi istifadəsi, yekun qərarın isə müəllim tərəfindən verilməsi əsas prinsiplər kimi göstərilir.

Qeyd olunur ki, təhsil sistemində qiymətləndirmə meyarları şagirdlərin müstəqil düşüncə, yaradıcılıq, tənqidi və analitik bacarıqlarının inkişafına, eləcə də milli şüurun rəqəmsallaşmasına yönəldilməlidir. Rəqəmsal düşüncə daha sürətli və dəqiq qərarvermə imkanlarını genişləndirir. Bu baxımdan müasir texnologiyaların elektron hökumətə təsirini araşdırmaq, süni intellektin dövlət və cəmiyyətin inkişafına töhfələrini müəyyənləşdirmək, insan zəkasının imkanlarını süni intellektin rəqəmsal potensialı ilə vəhdətə gətirmək dövlətin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirilə bilər.

Milli aspektdən yanaşdıqda, süni intellekt qanunauyğun və etik prinsiplərə əsaslanmalı, texniki və sosial baxımdan dayanıqlı inkişafı təmin etməlidir. Məhz bu baxımdan süni intellektin məsuliyyətli tətbiqi və peşəkar tədqiqi milli kimlik ənənələrinin qorunması və inkişafı, dəyərlər sisteminin rəqəmsallaşdırılması, idarəetmədə şəffaflığın və etimadın təmin edilməsi baxımından xüsusi aktuallıq daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər

09:56
14 Sentyabr

ABŞ İrana nüvə yanacağı tədarükünün mümkünlüyünü açıqlayıb

09:26
14 Sentyabr

Fransa ABŞ-dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

09:25
14 Sentyabr

Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

08:21
14 Sentyabr

“Bild”: Almaniyada su çatışmazlığı yaranıb

07:22
14 Sentyabr

İsrail ordusu Suriyanın cənubuna artilleriya zərbələri endirib

06:23
14 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!