31 İyul 2026 17:05
314
Səhiyyə
A- A+
Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?

Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?


Sümük sıxlığımız düşündüyümüzdən daha tez yaşda azalmağa başlayır. Bir çoxumuz uşaqlıqdan “sümük üçün süd içmək lazımdır” məsləhəti ilə böyüsək də, alimlər bildirirlər ki, sümük sağlamlığı sadəcə südlə məhdudlaşmır. Yaşlandıqca sümük əriməsi və sınıq riskini azaltmaq üçün qidalanmaya erkən yaşlardan diqqət yetirmək vacibdir.

“BBC”nin məlumatına görə, sağlam sümüklər üçün müəyyən qidaları rasiona əlavə etmək tövsiyə olunur. Süd, pendir və yoğurt kalsium və zülalla zəngindir. Araşdırmalar göstərir ki, müntəzəm süd məhsulları qəbul edən yaşlı insanlarda yıxılma və bud sümüyü sınığı riski 46 faizədək azalır. Bundan başqa, soya paxlası kalsiumla zəngindir. Xüsusilə qadınlarda sümük kövrəkliyinin qarşısını almağa kömək edir. Həmçinin bir xörək qaşığı çia toxumu gündəlik kalsium ehtiyacının böyük hissəsini ödəyir, onun tərkibindəki Omeqa-3 iltihabı azaldaraq sümüklərin zəifləməsinin qarşısını alır. Quru meyvələr də qida rasionuna əlavə edilməlidir. Qara ərik və ərik qurusu kalsium, maqnezium və antioksidantlarla zəngindir. Gündə 50 qram qara gavalı yemək də faydalıdır. Konservləşdirilmiş balıqlar, sardina və qızıl balıq ilə kalsium, həm də vücudun kalsiumu mənimsəməsi üçün vacib olan D vitamini ilə zəngindir.

Həkimlər qeyd edirlər ki, əgər qida rasionumuzda balıq, göyərti, süd məhsulları və zülal kifayət qədərdirsə, əlavə həblərə ehtiyac yoxdur. Lakin günəş işığı az görən və vitamin çatışmazlığı olan şəxslər həkim məsləhəti ilə D vitamini qəbul edə bilərlər.

Beləliklə, sümükləri qocalıqda da möhkəm saxlamağın ən yaxşı yolu cavanlıqdan başlayaraq balanslı qidalanma və idmanla məşğul olmaqdır.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

18:08
31 İyul

İslamxon Qafarov: Hazırda Orta Dəhlizin "ulduz saatı" yaşanır

17:54
31 İyul

Xoşbulaqda növbəti ekoloji aksiya keçirilib

17:47
31 İyul

Azərbaycan–Qırğızıstan münasibətləri: Türk dünyasında strateji tərəfdaşlığın yeni mərhələsi

17:40
31 İyul

Rumıniya nəşri: Azərbaycanın Avropa ilə tərəfdaşlıqları ölkənin xarici siyasətinin gücləndiyini göstərir

17:33
31 İyul

Avropa meşə yanğınlarına qarşı qədim üsuldan istifadə etməyi planlaşdırır

17:26
31 İyul

Böyük Britaniyanın yarısı qəfil quraqlıq təhlükəsi ilə üz-üzədir 

17:19
31 İyul

Hindistan çiyələk istehsalında dünya liderlərindən birinə çevrilmək istəyir

17:12
31 İyul

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

17:11
31 İyul

Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?

17:05
31 İyul

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

17:01
31 İyul

Böyük texnologiya şirkətləri süni intellektə milyardlar xərcləyir

16:58
31 İyul

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

16:51
31 İyul

Özbək mütəxəssis: Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən bir çox cəhədlər var

16:44
31 İyul

Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

16:37
31 İyul

Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib

16:30
31 İyul

Prezident İlham Əliyevin xarici siyasət kursunun növbəti uğuru: Azərbaycan–Qırğızıstan müttəfiqliyi

16:25
31 İyul

Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb

16:23
31 İyul

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

16:16
31 İyul

“Rheinmetall” Britaniya ordusu üçün silah qurğuları istehsal edəcək

16:09
31 İyul

Beşinci “YAŞAT” düşərgəsi başa çatıb

16:02
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!