31 İyul 2026 17:01
307
SİYASƏT
A- A+
Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil


Cəmiyyət emosional manipulyasiya ilə rasional müzakirə arasındakı fərqi aydın görür


“Son dövrlər xaricdə fəaliyyət göstərən "söyüş müxalifəti" yenidən eyni ssenarini təkrarlayır. Bu radikallar özlərini siyasi mübarizə aparan qüvvə kimi təqdim etməyə çalışsalar da, cəmiyyət artıq görür ki, onların arqument və proqram əvəzinə əsas silahları təhqir, böhtan, şantaj və şəxsi təhdidlərdir. Siyasi mübarizə aparmaq istəyən şəxs fakt və arqumentlə çıxış etməlidir, küçə leksikası ilə yox”.

Bu fikirləri qəzetimizə Milli Məclisin deputatı Müşfiq MƏMMƏDLİ deyib. O bildirib ki, diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan dövlətinin rəsmiləri onların qarşısına çıxır, verilən sualları cavablandırır və mövqelərini əsaslandırırlar. Bunun fonunda isə radikal qrupların ciddi arqument ortaya qoya bilmədiyi, müzakirəni yenidən söyüş və təhqir müstəvisinə çəkməyə çalışdığı açıq görünür. “Sağlam siyasi mühitdə əsas meyar emosional çıxışlar deyil, faktlar, məntiq və ictimai maraqlara söykənən təkliflərdir. Hər hansı fikir ayrılığı təhqirlə deyil, əsaslandırılmış mövqe ilə cavab verməyi tələb edir. Məhz buna görə də cəmiyyət zaman keçdikcə emosional manipulyasiya ilə rasional müzakirə arasındakı fərqi daha aydın görür”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu qrupların fəaliyyəti artıq siyasi mübarizə deyil, sosial şəbəkələrdə diqqət toplamaq naminə aparılan ucuz təxribat kampaniyasıdır: “Onlar müzakirənin mahiyyətindən yayınaraq qalmaqal yaratmağa, cəmiyyətin diqqətini süni gündəmlərə yönəltməyə çalışırlar. Eyni zamanda, Azərbaycanın maraqlarını müdafiə etmək əvəzinə, ölkənin beynəlxalq imicinə zərbə vurmağa çalışır, xarici dairələrin informasiya gündəminə xidmət edən xəyanətkar davranışlar nümayiş etdirirlər. Belə yanaşma nə siyasi mədəniyyətə, nə də demokratik debat prinsiplərinə uyğundur. Əksinə, bu üsul cəmiyyətdə qarşıdurmanı dərinləşdirir, sağlam dialoq imkanlarını zəiflədir və ictimai etimadı sarsıdır”. 

M.Məmmədli bildirib ki, Azərbaycan cəmiyyəti çoxdan seçim edib. İnsanlar söyüş siyasətini deyil, nəticə verən siyasəti, məsuliyyətli mövqeni və arqumentə əsaslanan dialoqu dəstəkləyirlər. Kim özünü siyasi xadim hesab edirsə, təhqirlə deyil, proqramı, ideyası və faktları ilə rəqabət aparmalıdır. Söyüş, şantaj və təhdid heç vaxt siyasi fəaliyyətin meyarı ola bilməz və bu üsullarla cəmiyyətin etimadını qazanmaq mümkün deyil. Bu, son nəticədə həmin qüvvələri vətənə xəyanətə sürükləyir.

Deputat vurğulayıb ki, belə davranış tərzi həmin qrupların öz iddia etdikləri məqsədlərdən uzaqlaşmasına və cəmiyyətlə aralarındakı uçurumun daha da dərinləşməsinə səbəb olur: “Siyasi mübarizə yalnız milli maraqları üstün tutan, məsuliyyətli və konstruktiv fəaliyyət üzərində qurulduqda cəmiyyət tərəfindən qəbul edilir. Əks halda, davamlı təhqir və qarşıdurma ritorikası həmin qüvvələrin ölkənin maraqlarına zidd mövqe tutduqları barədə tənqidlərin güclənməsinə və ictimai etimadlarını daha da zəiflətməsinə gətirib çıxarır”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

18:08
31 İyul

İslamxon Qafarov: Hazırda Orta Dəhlizin "ulduz saatı" yaşanır

17:54
31 İyul

Xoşbulaqda növbəti ekoloji aksiya keçirilib

17:47
31 İyul

Azərbaycan–Qırğızıstan münasibətləri: Türk dünyasında strateji tərəfdaşlığın yeni mərhələsi

17:40
31 İyul

Rumıniya nəşri: Azərbaycanın Avropa ilə tərəfdaşlıqları ölkənin xarici siyasətinin gücləndiyini göstərir

17:33
31 İyul

Avropa meşə yanğınlarına qarşı qədim üsuldan istifadə etməyi planlaşdırır

17:26
31 İyul

Böyük Britaniyanın yarısı qəfil quraqlıq təhlükəsi ilə üz-üzədir 

17:19
31 İyul

Hindistan çiyələk istehsalında dünya liderlərindən birinə çevrilmək istəyir

17:12
31 İyul

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

17:11
31 İyul

Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?

17:05
31 İyul

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

17:01
31 İyul

Böyük texnologiya şirkətləri süni intellektə milyardlar xərcləyir

16:58
31 İyul

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

16:51
31 İyul

Özbək mütəxəssis: Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən bir çox cəhədlər var

16:44
31 İyul

Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

16:37
31 İyul

Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib

16:30
31 İyul

Prezident İlham Əliyevin xarici siyasət kursunun növbəti uğuru: Azərbaycan–Qırğızıstan müttəfiqliyi

16:25
31 İyul

Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb

16:23
31 İyul

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

16:16
31 İyul

“Rheinmetall” Britaniya ordusu üçün silah qurğuları istehsal edəcək

16:09
31 İyul

Beşinci “YAŞAT” düşərgəsi başa çatıb

16:02
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!