31 İyul 2026 17:54
290
SİYASƏT
A- A+
İslamxon Qafarov: Hazırda Orta Dəhlizin "ulduz saatı" yaşanır

İslamxon Qafarov: Hazırda Orta Dəhlizin "ulduz saatı" yaşanır


Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda digər beynəlxalq nəqliyyat dəhlizlərinin üzləşdiyi çətinliklər Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Eyni zamanda, bu marşrut Mərkəzi Asiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və sivilizasiya əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır və həm Qərbin, həm də Şərqin aparıcı güc mərkəzlərinin diqqət mərkəzindədir.

Bunu AZƏRTAC-a açıqlamasında Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru İslamxon Qafarov deyib.

“Hazırda Orta Dəhlizin inkişafında tarixi mərhələ yaşanır. Orta Dəhlizin “Ulduz saatı’”yaşanır. Xüsusilə bu ifadənin işlədilməsi təsadüfi deyil. Müasir geosiyasi tendensiyalar göstərir ki, bu dəhliz Avropa ilə Asiya arasında ən mühüm və ən perspektivli nəqliyyat marşrutuna çevrilir. Bunun əsas səbəblərindən biri alternativ marşrutların mövcud geosiyasi vəziyyətdən mənfi təsirlənməsidir. Şimal–Cənub dəhlizi hazırda əvvəlki qədər perspektivli vəziyyətdə deyil. Çünki bu marşrut İranın Çabahar limanı vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz, Rusiya və Avropa istiqamətlərini birləşdirir. Lakin İran ətrafında mövcud geosiyasi gərginlik həmin marşrutun perspektivlərini müəyyən qədər azaldır. Digər tərəfdən, Trans-Əfqanıstan dəhlizi də perspektivli layihə hesab olunsa da, Pakistanın təhlükəsizlik baxımından mürəkkəb vəziyyətdə olması onun inkişaf imkanlarına təsir göstərir. Şimal marşrutu isə Rusiya ərazisindən keçdiyi və Ukraynadakı müharibə səbəbindən əvvəlki üstünlüklərini itirdiyi üçün bu istiqamətdə də müəyyən məhdudiyyətlər yaranıb. Belə bir şəraitdə Orta Dəhliz ən etibarlı alternativ kimi ön plana çıxır və o bütün alternativ marşrutlar arasında ən perspektivli dəhlizə çevrilir. Məhz buna görə hesab edirəm ki, hazırda onun ‘ulduz saatı’ yaşanır”, – deyə ekspert qeyd edib.

O vurğulayıb ki, Orta Dəhliz yalnız nəqliyyat layihəsi deyil, həm də Mərkəzi Asiya ilə Azərbaycan arasında formalaşan yeni geosiyasi əməkdaşlıq modelinin praktik ifadəsidir: “2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya dövlət başçılarının sammitində Azərbaycanın bu formata qoşulması ilə bağlı mühüm qərar qəbul edildi. Bu baxımdan, Orta Dəhliz Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən həmin böyük geosiyasi layihənin maddi təcəssümüdür. Bu layihə, eyni zamanda, sivilizasiya baxımından da xüsusi məna daşıyır. Çünki, Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, sivilizasiya baxımından Mərkəzi Asiyanın ayrılmaz hissəsidir. Orta Dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrinin Azərbaycanla daha sıx bağlanması bu sivilizasiya əlaqələrini daha da möhkəmləndirir”.

İslamxon Qafarov qeyd edib ki, Orta Dəhliz təkcə region ölkələrinin deyil, dünyanın əsas güc mərkəzlərinin də maraq dairəsindədir. Dəhliz ABŞ və digər qlobal aktorlar üçün böyük əhəmiyyət daşıyır. ABŞ Orta Dəhlizi nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından mühüm layihə kimi qiymətləndirir. Eyni zamanda, son dövrlərdə Vaşinqtonun Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirməsi də bu marşruta marağın artdığını göstərir. Çin də Orta Dəhlizin inkişafında maraqlı tərəflərdən biridir. Bu gün Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsini və “Bir Kəmər və Bir Yol” təşəbbüsünü fəal şəkildə inkişaf etdirir. Bu təşəbbüs Çini Avropa ilə birləşdirən əsas iqtisadi layihələrdən biridir.

“Beləliklə, hazırda dünyanın üç əsas güc mərkəzi – ABŞ, Avropa və Çin Orta Dəhlizin inkişafında maraqlıdır. Bu prosesdə Mərkəzi Asiya ölkələri və Azərbaycan əsas birləşdirici həlqə kimi çıxış edir və layihənin gələcək uğurunda həlledici rol oynayırlar”, – deyə İslamxon Qafarov fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb

18:57
31 İyul

Qaradağ rayonunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

18:50
31 İyul

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

18:50
31 İyul

Hesablama Palatası Türkiyə Hesablama Məhkəməsinin təcrübəsini öyrənir

18:43
31 İyul

Bişkekdə imzalanan müttəfiqlik müqaviləsi Türk dünyası üçün tarixi hadisədir

18:36
31 İyul

Fransa millisinin sabiq futbolçusu dünya kubokunun nüsxəsini hərracda satıb

18:29
31 İyul

KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

18:22
31 İyul

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub YENİLƏNİB

18:15
31 İyul

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

18:08
31 İyul

İslamxon Qafarov: Hazırda Orta Dəhlizin "ulduz saatı" yaşanır

17:54
31 İyul

Xoşbulaqda növbəti ekoloji aksiya keçirilib

17:47
31 İyul

Azərbaycan–Qırğızıstan münasibətləri: Türk dünyasında strateji tərəfdaşlığın yeni mərhələsi

17:40
31 İyul

Rumıniya nəşri: Azərbaycanın Avropa ilə tərəfdaşlıqları ölkənin xarici siyasətinin gücləndiyini göstərir

17:33
31 İyul

Avropa meşə yanğınlarına qarşı qədim üsuldan istifadə etməyi planlaşdırır

17:26
31 İyul

Böyük Britaniyanın yarısı qəfil quraqlıq təhlükəsi ilə üz-üzədir 

17:19
31 İyul

Hindistan çiyələk istehsalında dünya liderlərindən birinə çevrilmək istəyir

17:12
31 İyul

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

17:11
31 İyul

Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?

17:05
31 İyul

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

17:01
31 İyul

Böyük texnologiya şirkətləri süni intellektə milyardlar xərcləyir

16:58
31 İyul

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

16:51
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!