31 İyul 2026 17:11
323
SİYASƏT
A- A+
Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   


1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli-mənəvi dəyərlərinə, zəngin mədəni irsinə və dövlətçilik ənənələrinə dərin ehtiramın ifadəsidir. Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən biri olmuşdur.

 Ümummilli Lider Heydər Əliyev ana dilimizin qorunmasını və inkişafını hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, ən mürəkkəb tarixi şəraitdə belə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması uğrunda qətiyyətli mübarizə aparmışdır. Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi, müstəqillik illərində isə bu siyasət daha da möhkəmləndirilərək 1995-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

 2001-ci il avqustun 9-da imzalanan Fərmana əsasən hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi isə ana dilimizin qorunmasına verilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Sonrakı dövrdə "Dövlət dili haqqında" Qanunun qəbulu, Dövlət Dil Komissiyasının yaradılması, latın qrafikasının tətbiqinin genişləndirilməsi, Azərbaycan dilinin elektron məkanda istifadəsinin təşviqi, dilimizin saflığının qorunmasına xidmət edən fərman və dövlət proqramları bu siyasətin ardıcıl xarakter daşıdığını bir daha təsdiqlədi.

 Bu gün cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyən etdiyi dil siyasəti uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycan dilinin saflığının qorunması, müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər ana dilimizin nüfuzunu daha da artırır. Xüsusilə Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət Proqramının qəbul edilməsi, elektron informasiya məkanında istifadəsinin genişləndirilməsi və dil normalarına nəzarətin gücləndirilməsi milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən mühüm addımlardır.

 Ulu Öndər Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" fikri bu gün də öz aktuallığını qoruyur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur". Bu çağırış hər birimizi ana dilimizin saflığını qorumağa, onu düzgün öyrənməyə və gündəlik həyatımızda zəngin imkanlarından istifadə etməyə səsləyir.

 Azərbaycan dili milli varlığımızın, dövlət müstəqilliyimizin və milli həmrəyliyimizin əsas sütunlarından biridir. Bu dil Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, Mirzə Cəlilin, Üzeyir bəyin, Bəxtiyar Vahabzadənin və digər görkəmli söz ustalarının yaratdığı zəngin irsi bu günümüzə daşıyan mənəvi körpüdür.

 Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəslimiz ana dilimizin saflığını qorumağı özünün vətəndaşlıq borcu hesab edəcək, dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətə öz töhfəsini verəcəkdir. Azərbaycan dilinin inkişafı və gələcək nəsillərə bütöv şəkildə ötürülməsi milli həmrəyliyimizin və müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək.

 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, hər bir ailədə, hər bir məktəbdə və cəmiyyətimizin bütün sahələrində ana dilimizin daim uca tutulmasını, zənginliyinin və saflığının qorunmasını arzulayıram.

 

 Fatma Yıldırım,

 Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

18:08
31 İyul

İslamxon Qafarov: Hazırda Orta Dəhlizin "ulduz saatı" yaşanır

17:54
31 İyul

Xoşbulaqda növbəti ekoloji aksiya keçirilib

17:47
31 İyul

Azərbaycan–Qırğızıstan münasibətləri: Türk dünyasında strateji tərəfdaşlığın yeni mərhələsi

17:40
31 İyul

Rumıniya nəşri: Azərbaycanın Avropa ilə tərəfdaşlıqları ölkənin xarici siyasətinin gücləndiyini göstərir

17:33
31 İyul

Avropa meşə yanğınlarına qarşı qədim üsuldan istifadə etməyi planlaşdırır

17:26
31 İyul

Böyük Britaniyanın yarısı qəfil quraqlıq təhlükəsi ilə üz-üzədir 

17:19
31 İyul

Hindistan çiyələk istehsalında dünya liderlərindən birinə çevrilmək istəyir

17:12
31 İyul

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

17:11
31 İyul

Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?

17:05
31 İyul

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

17:01
31 İyul

Böyük texnologiya şirkətləri süni intellektə milyardlar xərcləyir

16:58
31 İyul

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

16:51
31 İyul

Özbək mütəxəssis: Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən bir çox cəhədlər var

16:44
31 İyul

Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

16:37
31 İyul

Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib

16:30
31 İyul

Prezident İlham Əliyevin xarici siyasət kursunun növbəti uğuru: Azərbaycan–Qırğızıstan müttəfiqliyi

16:25
31 İyul

Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb

16:23
31 İyul

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

16:16
31 İyul

“Rheinmetall” Britaniya ordusu üçün silah qurğuları istehsal edəcək

16:09
31 İyul

Beşinci “YAŞAT” düşərgəsi başa çatıb

16:02
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!