29 İyul 2026 13:30
2165
Səhiyyə
A- A+
Şəkər əvəzediciləri beynin qocalmasını sürətləndirə bilər

Şəkər əvəzediciləri beynin qocalmasını sürətləndirə bilər


Pəhriz saxlayarkən və ya şəkərdən uzaq durmağa çalışarkən çox vaxt “sıfır kalori” yazılan şirin içkilərə və ya pəhriz şirniyyatlarına üstünlük veririk. Lakin Amerika Nevrologiya Akademiyasının apardığı yeni bir araşdırma bu zərərsiz görünən əvəzedicilərin beynimizə gözlənilməz təsirini üzə çıxarıb.

“Science Daily” portalının məlumatına görə, alimlər 13 minə yaxın insanı 8 il boyunca izləyiblər. Məlum olub ki, gündəlik rasionunda şəkər əvəzedicilərindən çox istifadə edənlərin yaddaşı və düşünmə qabiliyyəti daha sürətlə zəifləyir. 

Araşdırma nəticəsində aydın olub ki, bu maddələri ən çox qəbul edənlərin beyni istifadə etməyənlərə nisbətən 1,6 il daha tez qocalıb. Təsir xüsusilə 60 yaşdan aşağı olan insanlarda və diabet xəstələrində daha aydın nəzərə çarpıb. Diabet xəstələri şəkər qəbul edə bilmədikləri üçün bu əvəzedicilərdən daha çox istifadə edirlər və nəticədə risk qrupuna düşürlər. “Aspartam”, “saxarin”, “eritritol”, “sorbitol” kimi ən çox rast gəlinən 6 süni şirinləşdirici yaddaşın zəifləməsi ilə birbaşa əlaqələndirilib. “Diet” və ya “Zero” yazılan qazlı içkilərdə, pəhriz yoğurtlarında, energetik içkilərdə və çay, qəhvə üçün nəzərdə tutulmuş hazır şirinləşdirici həblərdə bu süni şirinləşdirici maddələrə rast gəlmək mümkündür.

Qeyd edək ki, bu tədqiqat süni şirinləşdiricilərin birbaşa beyni qocaltdığını qəti şəkildə sübut etmir, sadəcə bu iki amil arasında ciddi bir əlaqənin olduğunu göstərir, yəni kola içən kimi beynimiz anında zəifləmir. Buna baxmayaraq, həmin maddələri gündəlik vərdişə çevirmədən öncə bir daha düşünməyə dəyər.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

13:40
18 Avqust

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

13:38
18 Avqust

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

13:35
18 Avqust

Xırdalanda təmizlik və abadlıq işləri aparılıb

13:33
18 Avqust

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

13:29
18 Avqust

FIFA-nın baş əməliyyat direktoru vəzifəsini itirdi

13:25
18 Avqust

Türkiyə brendləri Rusiya bazarını tərk edir

13:11
18 Avqust

Azərbaycan manatının yeni siması: nüfuzlu jurnal nə yazır?

13:08
18 Avqust

Xocavənd sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndirilib  

13:06
18 Avqust

31-ci AFS Gənclər Assambleyası başa çatıb

13:00
18 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:52
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!