31 İyul 2026 16:44
217
İQTİSADİYYAT
A- A+
Özbək mütəxəssis: Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən bir çox cəhədlər var

Özbək mütəxəssis: Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən bir çox cəhədlər var


Azərbaycan ilə Mərkəzi Asiya respublikalarının səmərəli əməkdaşlıq əlaqələrini yalnız Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) təşkil etmir. Bu əməkdaşlıq əhatəli xarakter daşıyır və energetika sahəsində birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın əsas əhəmiyyətli məqamlarından biridir. Özbəkistan, Qazaxıstan və Azərbaycanın birgə həyata keçirdikləri “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” iqtisadi perspektivdə böyük inkişaf vəd edir. Artıq Özbəkistan, Azərbaycan və Qazaxıstan tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində sənəd imzalanıb və buna uyğun olaraq nəzərdə tutulan işlər həyata keçirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında özbəkistanlı energetik, yaşıl iqtisadiyyat üzrə mütəxəssis Furkat Kurbonov deyib.

O bildirib ki, Özbəkistan, Qazaxıstan və Azərbaycanın Avropaya yaşıl enerji ixrac etmək potensialı böyükdür, bu da “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin reallığa çevrilməsini şərtləndirir. Qırğızıstanın da bu layihəyə qoşulması onun səmərəsini artırmaqla yanaşı, ölkənin ümumi iqisadi inkişafına böyük təkan verər.

Mütəxəssis deyib ki, Qırğızıstanda 268 çay, 97 iri kanal və 18 su anbarı var, bunların da potensialının cəmi 10 faizi istifadə olunaraq elektrik enerjisi istehsal edilir: “Aydın məsələdir ki, Qırğızıstan potensialdan tam istifadə etmək üçün böyük maliyyə imkanlarına malik deyil. Lakin elektrik enerjisi idxal etmək istəyən Avropa İttifaqına (Aİ) daxil olan dövlətlər səraməyə yatırmağa hazırdırlar. Bu gün Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması olduqca vacibdir və enerji siyasətinin prioritet xəttini təşkil edir. Məsələnin mahiyyəti onadan ibarətdir ki, elektrik enerjisi istehsalı üçün lazım olan karbohidrogen ehtiyatlarının Avropaya çatdırılması böyük problemə çevrilib. Həm Rusiya-Ukrayna, həm də ABŞ-İran müharibələri Avropanı enerji təhlükəsizliyi barəsində daha dərin düşünməyə vadar edib. Rusiyaya qarşı sanksiyalar, Yaxın Şərqin isə neft nəql etmək imkanlarının məhdudlaşması Avropanı alternativ yollar axtarmağa məcbur edib”.

“Avropa “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsini nəinki dəstəkləyir, bu layihəyə sərmayə ayırmağa da hazırdır. Qırğızıstanın su ehtiyatlarından başqa alternativ və bərpaolunan enerji istehsalı potensialı da böyükdür. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin tədqiqatına görə, Qırğızıstan ərazisində 77 yerdə külək, 3645 kvadratmetr ərazidə isə Günəş enerjisi istehsalı üçün stansiyalar qurmaq olar. Ölkənin dağlıq relyefi külək axınları üçün unikal təbii imkanlar yaradır. İllik 300 günəş saatına malik olan ərazilərdə günəş panellərinin qurulması üçün zonalar mövcuddur”, - deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, Qırğızıstan Özbəkistan, Azərbaycan və Qazaxıstan tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlığa qoşularaq beynəlxalq səviyyəli layihədə iştirak edəcək: “Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi”nin imzalanması təsadüfi xarakter daşımır. Azərbaycan ilə Mərkəzi Asiya respublikarını birləşdirən bir çox cəhədlər var. Lakin bir həqiqəti də bildirmək lazımdır ki, Azərbaycan bu ölkələr üçün Avropa bazarlarına çıxış yoludur. Avropanın enerji bazarına çıxmaq və qitənin enerji təhlükəsizliyində rol oynamaq təkcə iqtisadi deyil, eyni zamanda, siyasi dividendlər də qazandıracaq. İlk növbədə yuxarıda qeyd etdiyimiz kimi, regiona sərmayə yatırımı baş verəcək ki, bu da həmin dövlətlərin iqtisadi inkişafına təkan verəcək. Avropa isə öz sərmayəsini qorumaq üçün regionun sabitliyinə qarant olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Qırğızıstan münasibətləri: Türk dünyasında strateji tərəfdaşlığın yeni mərhələsi

17:40
31 İyul

Rumıniya nəşri: Azərbaycanın Avropa ilə tərəfdaşlıqları ölkənin xarici siyasətinin gücləndiyini göstərir

17:33
31 İyul

Avropa meşə yanğınlarına qarşı qədim üsuldan istifadə etməyi planlaşdırır

17:26
31 İyul

Böyük Britaniyanın yarısı qəfil quraqlıq təhlükəsi ilə üz-üzədir 

17:19
31 İyul

Hindistan çiyələk istehsalında dünya liderlərindən birinə çevrilmək istəyir

17:12
31 İyul

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

17:11
31 İyul

Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?

17:05
31 İyul

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

17:01
31 İyul

Böyük texnologiya şirkətləri süni intellektə milyardlar xərcləyir

16:58
31 İyul

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

16:51
31 İyul

Özbək mütəxəssis: Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən bir çox cəhədlər var

16:44
31 İyul

Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

16:37
31 İyul

Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib

16:30
31 İyul

Prezident İlham Əliyevin xarici siyasət kursunun növbəti uğuru: Azərbaycan–Qırğızıstan müttəfiqliyi

16:25
31 İyul

Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb

16:23
31 İyul

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

16:16
31 İyul

“Rheinmetall” Britaniya ordusu üçün silah qurğuları istehsal edəcək

16:09
31 İyul

Beşinci “YAŞAT” düşərgəsi başa çatıb

16:02
31 İyul

UEFA FİFA-ya qarşı

15:55
31 İyul

Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə

15:48
31 İyul

Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar

15:41
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!