14 Yanvar 2026 16:11
413
SİYASƏT
A- A+
Su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır  

Su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır  


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilmiş və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının növbəti mühüm mərhələsini nümayiş etdirmişdir.

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.

Deputat bildirib ki, son 20 il ərzində həyata keçirilmiş regional inkişaf proqramları nəticəsində Azərbaycanın əsas infrastruktur problemləri köklü şəkildə öz həllini tapmışdır. Elektrik enerjisi sahəsində əldə olunan nailiyyətlər, generasiya güclərinin təxminən 10 min meqavata çatdırılması, ötürücü və paylayıcı şəbəkələrin vahid sistem halına gətirilməsi ölkəmizin enerji təhlükəsizliyini tam təmin etmişdir. Vaxtilə enerji qıtlığı yaşayan, hətta elektrik enerjisini idxal edən Azərbaycan bu gün artıq ixracatçı ölkəyə çevrilmişdir. Bu həm iqtisadi uğur, həm də siyasi müstəqilliyin və milli təhlükəsizliyin mühüm dayağıdır.

Qazlaşmanın 96 faizə çatdırılması da dövlətin sosialyönümlü siyasətinin bariz nümunəsidir. Bugün Azərbaycan öz daxili tələbatını ödəməklə yanaşı, Avropanın və regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Avtomobil yollarının, körpülərin, tunellərin, mühəndis-kommunikasiya xətlərinin inşası ölkənin bütün ərazilərini, o cümlədən işğaldan azad edilmiş torpaqları vahid infrastruktur şəbəkəsinə birləşdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr göstərir ki, bu torpaqlar ən müasir standartlara uyğun şəkildə yenidən qurulur.

Millət vəkili qeyd edib ki, su təhlükəsizliyi məsələsi isə xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Son 20 ildə inşa edilmiş dörd böyük su anbarı, xüsusilə Taxtakörpü və Şəmkirçay su anbarları bugün həm Bakının, həm də regionların su təchizatında həlledici rol oynayır. Əgər bu strateji layihələr vaxtında həyata keçirilməsəydi, bu gün ölkəmiz ciddi su problemləri ilə üz-üzə qala bilərdi. Ceyranbatan su anbarının tam yenidən qurulması, müasir təmizləyici qurğuların istifadəyə verilməsi dövlətin insan sağlamlığına və həyat keyfiyyətinə verdiyi önəmin göstəricisidir.

Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən həyata keçirilən su terroru illərlə Azərbaycan vətəndaşlarına ciddi ziyan vurmuşdur. Sərsəng və Suqovuşan su anbarlarında sudan silah kimi istifadə edilməsi humanitar fəlakətlərə səbəb olmuşdur. Bu gün həmin su anbarlarının yenidən qurulması, Füzuli, Ağdam, Laçın və digər rayonlarda su infrastrukturunun bərpası iqtisadi, eyni zamanda siyasi və mənəvi qələbəmizin tərkib hissəsidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın su ehtiyatlarının mühüm hissəsinin artıq öz ərazimizdə formalaşması xarici asılılığı xeyli azaldıb. Bununla belə, Kür, Araz və Samur çayları kimi transsərhəd su mənbələri ilə bağlı məsuliyyətli və düşünülmüş siyasət aparılması zəruridir. 

Ölkə başçısının çıxışında yer alan haqlı narahatlıqlar, su itkisi, sistemsizlik, idarəetmədəki səmərəsizlik dövlət səviyyəsində islahatların zəruriliyini ortaya qoyur. Xüsusilə Abşeron yarımadası kimi intensiv urbanizasiya aparılan ərazilərdə bu problemlərin operativ və kompleks şəkildə həllinə ehtiyac var.

Fatma Yıldırım vurğulayıb ki, iqlim dəyişikliklərinin yaratdığı qlobal risklər fonunda qəbul ediləcək 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı xüsusilə aktualdır. Bakı şəhəri, Abşeron yarımadası, Sumqayıt və ətraf yaşayış məntəqələri üçün nəzərdə tutulan bu proqram dayanıqlı içməli su təminatını, kanalizasiya və yağış sularının idarə olunmasını, su itkilərinin kəskin azaldılmasını hədəfləyir.  Bu həm də əhali sağlamlığı və ekoloji tarazlığın qorunması baxımından mühüm irəliləyiş olacaq.  

Deputat qeyd edib ki, bu Dövlət Proqramı Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələ açacaq, vətəndaşların rifahını yüksəldəcək və ölkəmizin su təhlükəsizliyini uzun illər üçün təmin edəcəkdir.  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı və uzaqgörən siyasət Azərbaycanın güclü, dayanıqlı və təhlükəsiz gələcəyinin möhkəm təməlidir.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!