15 Sentyabr 2021 00:33
841
CƏMİYYƏT
A- A+
Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət mükafatları təqdim edilib

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət mükafatları təqdim edilib

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhərində yerləşən Qubadlı rayon bölməsində şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı düşməndən azad etməsindən danışıb, bu Qələbənin hər bir azərbaycanlını, o cümlədən qubadlılıları ürəkdən sevindirdiyini vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin “dəmir yumruğu” tarixi ədaləti bərpa etdi. Müzəffər Azərbaycan Ordusunun hər bir uğurlu əməliyyatı tarixin unudulmayacaq səhifələrinə həkk olundu. Məhz Azərbaycan oğullarının igidliyi sayəsində bu gün ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.

Sonra Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman Həmidov Şükür Nəriman oğlunun təltif olunduğu (ölümündən sonra) “Cəbrayılın azad olunmasına görə” medalı şəhidin oğlu Nurlan Həmidliyə, Qasımov Faiq Qaçay oğlunun təltif olunduğu (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı şəhidin oğlu Zamin Qasımova, Məhərrəmov Ülvi Tahir oğlunun təltif olunduğu (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı şəhidin atası Tahir Məhərrəmova, Həsənzadə Məhəmmədəli Hörmət oğlunun təltif olunduğu (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı şəhidin qardaşı Sahil Həsənzadəyə təqdim edilib.

Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” Yaqubov Vüsal Elşən oğluna “Cəbrayılın azad olunmasına görə” medalı təqdim olunub. Həmçinin Vətən müharibəsinin 33 nəfər iştirakçısına Xocavəndin və Füzulinin azad olunmasına görə medalları təqdim edilib.

Şəhidlərin ailə üzvləri və Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda “Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır  

10:12
19 Dekabr

Bakıda Türk dövlətlərində hakimiyyətin təşkilinin konstitusion əsaslarına həsr olunmuş beynəlxalq konfrans keçirilib  

09:46
19 Dekabr

Marsda zaman Yer kürəsindən daha sürətlidir  

09:44
19 Dekabr

UEFA Konfrans Liqasında əsas mərhələyə yekun vurulub  

09:36
19 Dekabr

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası Böyük Kəsik stansiyasından yola salınıb  

09:35
19 Dekabr

Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub  

09:31
19 Dekabr

Bakının "Dünya İdman Paytaxtı" seçilməsi Azərbaycanın idman siyasətinə verilən qiymətdir

09:25
19 Dekabr

Paytaxt məktəblilərinin növbəti kitabı təqdim olunub

09:20
19 Dekabr

Vətənə bağlı Azərbaycan gəncliyi

09:15
19 Dekabr

Əfsanəyə dönmüş alim ömrü

09:10
19 Dekabr

Qubada keçirilən tədbirdə tolerantlıq mədəniyyətinin təməllərindən söz açılıb

09:05
19 Dekabr

İlləri uğurlu, övladları qürurlu 

09:00
19 Dekabr

Samux - bu günü dünənindən, sabahı bu günündən abad

08:55
19 Dekabr

Göygöldə şəhid ailələri onlara göstərilən diqqətdən razıdırlar

08:50
19 Dekabr

Aİ-nin sülh gündəliyinə zidd fəaliyyəti qəbuledilməzdir

08:45
19 Dekabr

"Dəmir iradə"nin polad yolları

08:40
19 Dekabr

Qarşılıqlı etimada və marağa əsaslanan əməkdaşlıq

08:35
19 Dekabr

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!