19 Dekabr 2025 09:05
864
Mədəniyyət
A- A+
Qubada keçirilən tədbirdə tolerantlıq mədəniyyətinin təməllərindən söz açılıb

Qubada keçirilən tədbirdə tolerantlıq mədəniyyətinin təməllərindən söz açılıb


Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemində rayon icra hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) Şimal regional mərkəzi və rayon kitabxanalarının birgə təşkilatçılığı ilə "Təhsil, hüquq və din: tolerantlıq mədəniyyətinin təməli" mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə Azərbaycanın əsrlərboyu formalaşmış tolerantlıq ənənələri, ölkəmizdə yaşayan müxtəlif xalqlar və dinlərin nümayəndələri arasında dostluq, qarşılıqlı hörmət və birgəyaşayış mühiti barədə ətraflı məlumat verilib, ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti, dəyərlərin qorunub saxlanması və milli birliyin gücləndirilməsindəki rolu haqqında görülən işlərdən söz açılıb. Vurğulanıb ki, müzakirə edilən məsələ olduqca aktual və vacib bir mövzudur. Cəmiyyətin inkişafında bu üç əsas sahənin rolu danılmazdır. Tolerantlıq - fərqliliyə hörmət, başqasının fikrinə, inancına dözümlü yanaşmaq, həm təhsildə, həm hüquqda, həm də dini dəyərlərdə öz əksini tapmaqdır. Tolerantlıq isə insanlara fərqli baxışlarına, dininə, dilinə, mədəniyyətinə və həyat tərzinə hörmətlə yanaşmaqdır. Təhsil sahəsində tolerantlıq şagird və tələbələrə bərabər yanaşmanı, müxtəlif fikirlərin sərbəst ifadəsini və qarşılıqlı anlayışı təşviq edir. Humanitar sahədə tolerantlıq isə mədəniyyətlərarası dialoqu, empatiyanı və dinc birgəyaşayışı dəstəkləyir. Müasir cəmiyyətin inkişafı üçün bu anlayışın təməl dəyər kimi formalaşdırılması olduqca vacibdir. Çıxışlarda həmçinin qeyd edilib ki, tolerantlıq həm də vətəndaşların bir-birinə hörmətlə yanaşmasını və sosial sabitliyi təmin edir. Təhsil düşüncəni, hüquq ədaləti, din mənəviyyatı formalaşdırır. Bu üç sütunun üzərində qurulan tolerantlıq mədəniyyəti isə həm fərdi, həm də cəmiyyəti sülhə, qarşılıqlı anlaşmaya və sabitliyə aparır. Tolerantlıq - hüquqi baxışdan cəmiyyətdə fərqli düşüncələrə, dinlərə, millətlərə və həyat tərzinə hörmətlə yanaşmaq prinsipidir. Bu, yalnız əxlaqi yox, eyni zamanda konstitusion bir dəyərdir. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını təmin etməklə yanaşı, fərqli fikirlərin və kimliklərin birgə yaşamasını da qoruyur.

Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!