19 Dekabr 2025 08:05
131
CƏMİYYƏT
A- A+
"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"


"Konstitusiya və Suverenlik İli" çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı" adlı tədbir keçirilib.

Tədbirdən öncə universitetin inzibati binasında müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib ki, dövlət idarəçiliyində liderin fəaliyyəti uğurlu inkişafın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox mühüm amildir: "Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız qədər dəyərlidir" fikri Onun verdiyi vədlərin əməli fəaliyyətdə öz əksini tapdığını göstərir. Dövlətimizin başçısının xalqa verdiyi vədləri yerinə yetirməsinin ən parlaq nümunəsi torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın bütün ərazilərimizdə ucaldılmasıdır. Hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və ötən müddət ərzində sözünün sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib".

V.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır: "Bu siyasət həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar qazandırmış daxili və xarici siyasəti Azərbaycanı dünyada sabitlik adasına, multikulturalizm mərkəzinə, qlobal tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkana çevirib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın daha da güclənməsinə xidmət edəcək".

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, çağdaş Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır: "Ulu Öndər Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyi, dönməzliyi və əbədiliyini təmin etməklə xalqımıza çoxsaylı uğurlar qazandırmışdır. Bu gün iftixarla qeyd edirik ki, hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır".

Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndərin tükənməz dövlətçilik irsini müasir çağırışlara uyğun zənginləşdirərək həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilmiş, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda lider dövlətə çevrilmiş, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınmışdır: "Ən əsası, iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və tam suverenliyini bərpa etməklə Zəfər zirvəsinə yüksəlmişdir. Ata vəsiyyətini və xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirən Prezident İlham Əliyev Azərbaycanı Ulu Öndərimizin görmək istədiyi qalib və qüdrətli dövlətə çevirməklə bərabər, strateji hədəfləri ardıcıl olaraq gerçəkləşdirərək nəinki ölkəmiz, bütövlükdə regionumuz üçün yeni perspektivlər yaratmışdır".

YAP Sədrinin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil və qətiyyətli siyasəti ölkəmizdə ictimai-siyasi sabitliyin və milli birliyin qorunmasına, sosial-iqtisadi inkişafın davam etməsinə, əhalinin rifahının daha da yaxşılaşmasına, Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışın uğurla həyata keçirilməsinə və nəhayət, bölgədə sülh, təhlükəsizlik və çoxşaxəli əməkdaşlığın bərqərar olmasına hədəflənmişdir: "Ulu Öndərimizin dahiyanə söylədiyi bir  fikir var: "Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq". Bu gün  məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində  Prezident İlham Əliyev müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Şübhə yoxdur ki, öz Müzəffər Liderinin ətrafında sıx birləşən xalqımız bundan sonra da milli məqsədlərə nail olaraq daha qüdrətli Azərbaycan naminə yeni qələbələrə imza atacaqdır".

Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş universitet əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib. Daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Sonda bədii hissə təqdim olunub və xatirə şəkli çəkdirilib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Türk dövlətlərində hakimiyyətin təşkilinin konstitusion əsaslarına həsr olunmuş beynəlxalq konfrans keçirilib  

09:46
19 Dekabr

Marsda zaman Yer kürəsindən daha sürətlidir  

09:44
19 Dekabr

UEFA Konfrans Liqasında əsas mərhələyə yekun vurulub  

09:36
19 Dekabr

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası Böyük Kəsik stansiyasından yola salınıb  

09:35
19 Dekabr

Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub  

09:31
19 Dekabr

Bakının "Dünya İdman Paytaxtı" seçilməsi Azərbaycanın idman siyasətinə verilən qiymətdir

09:25
19 Dekabr

Paytaxt məktəblilərinin növbəti kitabı təqdim olunub

09:20
19 Dekabr

Vətənə bağlı Azərbaycan gəncliyi

09:15
19 Dekabr

Əfsanəyə dönmüş alim ömrü

09:10
19 Dekabr

Qubada keçirilən tədbirdə tolerantlıq mədəniyyətinin təməllərindən söz açılıb

09:05
19 Dekabr

İlləri uğurlu, övladları qürurlu 

09:00
19 Dekabr

Samux - bu günü dünənindən, sabahı bu günündən abad

08:55
19 Dekabr

Göygöldə şəhid ailələri onlara göstərilən diqqətdən razıdırlar

08:50
19 Dekabr

Aİ-nin sülh gündəliyinə zidd fəaliyyəti qəbuledilməzdir

08:45
19 Dekabr

"Dəmir iradə"nin polad yolları

08:40
19 Dekabr

Qarşılıqlı etimada və marağa əsaslanan əməkdaşlıq

08:35
19 Dekabr

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!