19 Dekabr 2025 08:40
497
İQTİSADİYYAT
A- A+
"Dəmir iradə"nin polad yolları

"Dəmir iradə"nin polad yolları


Qarabağ və Şərqi Zəngəzurda qurulan dəmir yolları regionu ölkənin ümumi nəqliyyat şəbəkəsinə qovuşdurur


Ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin mühüm istiqamətlərindən biri nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır. Xüsusilə dəmir yolu xətlərinin inşası regionun iqtisadi, sosial və strateji inkişafında mühüm rol oynayır. Yeni dəmir yolları Qarabağ və Şərqi Zəngəzuru ölkənin ümumi nəqliyyat şəbəkəsinə birləşdirir, insanların hərəkətini rahatlaşdırır, yük daşımalarını asanlaşdırır və bölgəyə investisiya cəlb olunmasını şərtləndirir. 

Məhz bu amil dövlətdən regionun nəqliyyat-logistika potensialının bərpasına xüsusi diqqət yetirməyi tələb edir. Qarabağın uzun illər işğalda qalmış və o üzdən tamamilə dağılmış dəmir yolu infrastrukturu bu gün faktiki olaraq yenidən qurulur. Layihələr hazırlanarkən yalnız mövcud xətlərin bərpası deyil, həm də müasir texniki tələblərə cavab verən, təhlükəsizlik və səmərəlilik prinsiplərinə əsaslanan yeni dəmir yolu marşrutlarının yaradılması əsas götürülür. Və elə bu məqamda qeyd edək ki, həmin istiqamətdə görülən işlər artıq konkret nəticələrlə özünü göstərir. 

Həyata keçirilən layihələrin miqyası rəqəmlərdə də aydın şəkildə əks olunur. Fakt: yeni salınan magistralların ox üzrə ümumi uzunluğu 185,5 kilometrə çatır, yan yollarla birlikdə isə bu göstərici 229,257 kilometrdir. Qarabağın və Şərqi Zəngəzurun mürəkkəb və çətin relyefi dəmir yolu inşasını adi tikinti prosesindən çıxararaq yüksək mühəndislik texnologiyalarının tətbiqini tələb edən layihəyə çevirib. Bu çərçivədə ümumi uzunluğu 5204,4 metr olan 49 körpünün, eləcə də 2345 metr uzunluğunda 4 tunelin inşası nəzərdə tutulub. Artıq 4441 metr uzunluğunda 42 körpünün tikintisi başa çatdırılıb, onlardan 3-ü istifadəyə verilib. Digər körpülərdə və tunellərdə isə işlər fasiləsiz və ardıcıl şəkildə davam edir.

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu layihələri Qarabağın və Şərqi Zəngəzurun dirçəliş salnaməsində xüsusi yer tutur. Uzun illər dağıntı və təcrid içində qalan ərazilər üçün dəmir yolu xətləri sadəcə nəqliyyat arteriyası deyil, eyni zamanda həyata qayıdışın, inkişafın və sabaha inamın rəmzidir. Bu layihələr regiona yeni iqtisadi nəfəs verir, azad edilmiş əraziləri ölkənin ümumi təsərrüfat dövriyyəsinə qaytarır, doğma yurdlarına dönən insanlar üçün yeni yaşayış və əmək imkanları yaradır. Regionun gələcək inkişafı məhz bu polad yollar üzərindən sürətlə irəliləyir. Təbii ki, bu polad xətlər təkcə xəritədə görünən yollar deyil, Qarabağın və Şərqi Zəngəzurun canlanmasının, insanların doğma yurdlarına qayıdışının və bölgənin inkişafının göstəricisidir. Hər kilometr yol, körpü və tunel dirçəlişin gerçəkliyinin işarəsidir. Bu vaxta kimi görülən işlər Böyük qayıdışın ölçüsünü açıq şəkildə nümayiş etdirir.

Qeyd etdiyimiz gerçəklik barədə faktlara nəzər salaq. 47,1 kilometrlik Bərdə-Ağdam dəmir yolu xətti iki mərhələdə bərpa edilib. Birinci mərhələ Bərdə-Təzəkənd, ikinci mərhələ Təzəkənd-Ağdam marşrutunu əhatə edir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 4 oktyabr 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub, 2025-ci il mayın 10-da isə istifadəyə verilib. Yeni kompleks yalnız dəmir yolu kimi deyil, eyni zamanda regionun mərkəzlərindən birində müasir nəqliyyat qovşağının  formalaşmasını təmin edən mühüm strateji obyekt kimi diqqət çəkir.

Horadiz-Ağbənd dəmir yolu xətti isə 110,4 kilometr uzunluğundadır və strateji əhəmiyyəti ilə seçilir. Bu xətt gələcəkdə Zəngəzur istiqamətində böyük nəqliyyat dəhlizinin əsas qollarından biri olacaq. Ərazinin mürəkkəb relyefinə baxmayaraq, işlər üç mərhələdə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Layihənin icra səviyyəsi artıq 68 faizdir: birinci hissə olan Horadiz-Soltanlı üzrə işlərin 89 faizi tamamlanıb. İkinci hissə Soltanlı-Mincivan üzrə 80 faizə çatıb. Üçüncü hissə isə Mincivan-Ağbənd üzrə 44 faiz yerinə yetirilib. Bu dəmir yolu xətləri təkcə yük və sərnişin daşımalarını təmin edən yox, eyni zamanda regionun iqtisadi inkişafını sürətləndirən, Qarabağın gələcəyinə ümid və inam bəxş edən layihələrdir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dəmir yolu layihələri bu gün yük və sərnişin daşımalarını təmin edir, üstəlik regionun sosial-iqtisadi canlanmasının, yeni yaşayış məntəqələrinin salınmasının və investisiya mühitinin inkişafının əsasını qoyur. Hər yeni xətt Qarabağın  və Şərqi Zəngəzurun ölkənin ümumi nəqliyyat sisteminə inteqrasiyasını sürətləndirir, insanlara doğma yurdlarına qayıtmaq və orada sabit həyat qurmaq üçün əlavə imkan yaradır. Bu layihələr eyni zamanda ərazilərin gələcək strateji rolunu daha  çox gücləndirir. 

Belə strateji əhəmiyyətli layihələrdən biri də Ağdam-Xankəndi dəmir yolu xəttidir və onun icrası artıq konkret mərhələyə qədəm qoyub. Regionun nəqliyyat sistemində xüsusi önəm daşıyan  28 kilometrlik Ağdam-Xankəndi dəmir yolu  artıq icra mərhələsindədir. 2025-ci il iyulun 3-də Prezident İlham Əliyev tərəfindən Xankəndi dəmir yolu və Avtovağzal Kompleksinin təməli qoyulub. Bu marşrut üzrə layihələndirmə işləri 73, torpaq işləri isə 16,8 faiz icra olunub. Xəttin istifadəyə verilməsi Xankəndinin regional iqtisadi şəbəkələrə tam reinteqrasiyasını təmin edəcək və Qarabağın gələcək inkişafına yeni təkan verəcək.

Beləliklə, ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurda qurulan dəmir yolları regionu ölkənin ümumi nəqliyyat şəbəkəsinə birləşdirir, yeni iqtisadi imkanlar açır, turizmin inkişafına təkan verir, iş yerləri yaradır və insanların doğma yurdlarında rahat  həyat qurmalarına şərait yaradır. Prtezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən işlər plan üzrə davam edir. Qarabağ və Şərqi Zəngəzur bugünkü inkişaf və sabahın ümidləri ilə dirçəlir - polad yollar üzərindən gələcəyə irəliləyən, canlı və ümid dolu region kimi.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!