19 Dekabr 2025 08:55
693
CƏMİYYƏT
A- A+
Samux - bu günü dünənindən, sabahı bu günündən abad

Samux - bu günü dünənindən, sabahı bu günündən abad


Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində Samuxda görülən işlər onu deməyə əsas verir ki, ölkəmizin digər bölgələri kimi, bu rayon da inzibati cəhətdən nisbətən gənc olmasına baxmayaraq, dövlətin himayəsi sayəsində xeyli irəli getmiş, kənd və qəsəbələrin siması yenilənərək abad görkəm almış, əhalinin güzəranı xeyli yaxşılaşmışdır.    

2025-ci il də bu baxımdan istisna olmamışdır. Aparılan abadlıq və quruculuq işləri davam etmiş, əhalini rahatsız edən məsələlərin həlli üçün konkret addımlar atılmışdır. Bu dövrdə həmçinin rayonun kommunal infrastrukturu yenilənmiş, sakinlərin normal məişətinin təmin edilməsi üçün bir sıra layihələr həyata keçirilmişdir. Məsələn, Samux şəhərində 3 hektara yaxın ərazidə yeni park salınaraq istifadəyə verilmişdir. Parkın ərsəyə gəlməsi üçün 11200 kvadratmetr tamet daşlardan, 1400 kvadratmetr aqlaydan, 1000 paqonometr bardürdən istifadə olunmuşdur. Ümumilikdə 4000 kvadratmetr əraziyə  yaşıl ot örtüyü, dekorativ ağac və gül kolları əkilmişdir.  2 bulaq və 4 fəvvarə, o cümlədən 4 axar su üzərində körpü, qrunt sularının axıdılması üçün parkboyu yeraltı boru quraşdırılmışdır. Yaşlı və gənc nəsil üçün 8 söhbətgah, uşaqların əyləncəsi üçün 2 oyun meydançası, açıq havada düzəldilmiş şahmat oyun meydançası, həmçinin kompleksin mərkəzində saat qülləsi inşa edilmişdir. Parkın ətrafındakı  inzibati binaların dam örtükləri dəyişdirilmiş, ərazisində usə müasir görkəmli ictimai iaşə obyektləri açılmışdır. 

Bakı-Gəncə avtomobil yolunun rayonun Zazalı kəndi istiqamətində olan girişində, Samux-Gəncə avtomobil yolunda, Heydər Əliyev prospekti ilə Kolayır prospektinin kəsişməsində yerləşən ərazilərdə də  yenidənqurma işləri aparılmışdır. Bunlardan başqa, Samuxun ən uzun küçələrindən sayılan Heydər Əliyev prospekti 13-17 metr genişləndirilərək asfaltlanmışdır. Ərazidə həmçinin piyada zolaqları salınmış, dekorativ ağac və gül kolları əkilmiş, piyadalar üçün nəzərdə tutulmuş səkilərə tamet daşlar döşənmişdir. Prospektdən keçən yerüstü qaz boru kəməri polietilen, beton işıq dirəkləri  dəmir borularla əvəz olunmuşdur. Fərdi yaşayış evlərinin darvaza hissələri rənglənmiş, fasad və çöl hasar hissələri aqlayla üzlənmişdir. Samux-Gəncə və Samux-Çobanabdallı avtomobil yollarında yüksəkgərginlikli elektrik xətləri yerin altına köçürülmüşdür. 

Abadlıq və yenidənqurma işləri şəhərin digər küçələrindən də yan keçməmişdir. Bir sıra küçələrin asfalt örtüyü təzələnmiş, səkiləri tametlənmişdir. Samux-Kolayır alternativ avtomobil yolunda da təmir işləri aparılmışdır. Samux-Çobanabdallı avtomobil yolunda isə işıqlandırma işləri başa çatmışdır.  Bununla yanaşı, Qarayeri-Gəncə avtomobil yolu və 4 kilometrdən artıq ara küçələr də gecə qaranlığından xilas olmuşlar. 


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!