19 Dekabr 2025 09:20
2132
Təhsil
A- A+
Paytaxt məktəblilərinin növbəti kitabı təqdim olunub

Paytaxt məktəblilərinin növbəti kitabı təqdim olunub


Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri  barədə öz məqalələri ilə iştirak ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan yazıların ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən  qalib elan edilən mövzulardan ibarət "Heydər Əliyev və Azərbaycan tarixi" adlı növbəti kitab işıq üzü görüb.

Bakı Şəhər İcra Hakimiyyətində Aparatın məsul işçilərinin, qalib seçilmiş məktəblilərin, onların elmi və bir sıra məktəblərin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən   təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində şagirdlər tariximizin müxtəlif dövrlərində mühüm rol oynamış böyük şəxsiyyətlərin obrazlarını canlandırıblar.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  bildirib ki, tarixi ərzində Azərbaycan ilk dəfədir ki, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə planetin ictimai-siyasi sistemində nüfuzlu oyunçu kimi çıxış edir, mədəni-idman həyatında artıq qəbul edilən əhəmiyyətli mərkəzə çevrilib. Butün əldə edilən uğurların əsasında da dahi insanın, İlham Əliyevin şəxsiyyət faktoru dayanır. Qədim zamanlarda Azərbaycanda mövcud olan xanlıqlıqlar qısa müddət yaşayıb, birləşə bilməyərək parçalanıb və süquta uğrayıblar. İndi isə Azərbaycan vahid dövlətdir. Bakı şəhərinin 2026-cı ilin  "Dünya İdman Paytaxtı" elan olunması da buna əyani sübutdur. Bütün bu uğurların gənc nəslə təbliği mühüm əhəmiyyət kəsb edir.

Konfransda Səbail rayonu 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev, Nəsimi rayonu 111 nömrəli tam orta məktəbin tarix müəllimi Natəvan Məmmədova, Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksinin 10-cu sinif şagirdi Nurlanə Həsənli və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildirdilər. 

Qeyd olunub ki, konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan şanlı Qələbə barədə öz məqalələri ilə çıxış edib, son nəticədə isə belə bir kitab işıq üzü görüb. 

Ümumilikdə isə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə, 3000-dən çox şagirdin iştirak etdiyi rayon konfranslarında qalib olan 80 şagirdin referatı Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyilə çap olunan yeni kitaba daxil edilib. 

Tədbirin sonunda qalib şagirdlərə sertifikatlar və referatları çap edilən kitablar, həmçinin onların elmi rəhbəri olan müəllimlərə kitablar təqdim edilib.

Ənənəvi xarakterli bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!