19 Dekabr 2025 08:15
138
CƏMİYYƏT
A- A+
20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 


Bu, dövlət başçısının insan həyatına verdiyi yüksək dəyərdir


Azərbaycan Prezidenti növbəti amnistiyanın elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bir neçə gündür Azərbaycanı şəhərbəşəhər, kəndbəkənd, evbəev dolanan bu şad xəbər on minlərlə ailəyə amnistiya tətbiq ediləcək məhkumların yaxınlarına, dost və tanışlarına sevinc bəxş edib.

Dövlət başçısının bu il mayın 25-də imzaladığı "Məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, qəbul edilmiş "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ölkə ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanıb.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək, hansısa səhvi və ya günahı üzündən əzizlərindən ayrı düşmüş insanların ailəsinə qovuşmasını təmin etmək xalqımızın milli ruhundan gələn rellıqdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib. Qürurverici haldır ki,  ölkəmizdə indiyədək 70-ə yaxın əfv sərəncamı həyata keçirilib ki, bunların da əksəriyyəti məhz Prezident İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edir.

"Konstitusiya və Suverenlik İli"nin uğurlarla başa çatacağı ərəfədə reallaşacaq bu amnistiya aktının 20 mindən çox məhkuma şamil olunacağı gözlənilir. Bu aktın icrası zamanı 5 min nəfərdən çox insan azadlıqdan məhrumetmə cəzasından qurtulacaq, habelə azadlıqdan məhrum edilmiş daha 3 min nəfərin cəzası azaldılacaq. Üstəlik, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, eləcə də mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi bildirilir. Bundan başqa, dövlət başçısının növbəti humanist təşəbbüsü ilə "böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Ulu Öndər xatırladırdı ki, hər bir insanın özünəməxsus, çoxsaylı arzuları ola bilər. Həbsxanada olanların isə ən ümdə arzusu məhz azadlığa çıxmaq, əzizlərinə qovuşmaqdır. Prezident İlham Əliyev də bu məsələdə böyük həssaslıq nümayiş etdirir. Dövlət başçımız dönə-dönə xatırladıb ki, bizim siyasətimizin təməlində insan amili dayanır.

"Konstitusiya və Suverenlik İli" münasibətilə Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü ilə  çıxış etməsinin təməlində ilk növbədə insan amilinə yüksək dəyər verməsi dayanır. Məhz bu dəyərin nəticəsidir ki, xalqımız bu il on minlərlə məhkuma şamil ediləcək humanizmin sevincini yaşayır.

Hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət ideallarının təcəssümünə çevrilib.

Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul edilmişdi ki, bu da dövlətin öz siyasətində insan ləyaqətinə hörmətin bariz nümunəsi kimi qəbul edilir. Bu amnistiya aktı  17 min 267 şəxsə şamil olunub. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayanlardır. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib.

Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətli təşəbbüsləri ildən-ilə artır. Həmin təşəbbüslərin - əfv sərəncamı və amnistiya aktlarının icrası zamanı on minlərlə soydaşımız, eləcə də ölkəmizdə həbs edilmiş əcnəbi şəxslər də öz azadlıqlarına qovuşublar.

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev mətbuata açıqlamasında Prezident İlham Əliyevin amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış etməsini alqışladığını bildirərək demişdir: "Bu, olduqca humanist bir addımdır. Ümumiyyətlə, Prezidentin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət prinsipləri onun əsas istiqamətlərindən biridir".

Özlüyündə ölkə həyatının siyasi, iqtisadi, mədəni, habelə humanizm sahəsindəki uğurları ehtiva edən bu amnistiya aktı ehtimal olunur ki, "Konstitusiya və Suverenlik İli"nin sonlarında - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı ərəfəsində reallaşacaq və xalqımıza ikiqat bayram sevinci bəxş edəcək. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Türk dövlətlərində hakimiyyətin təşkilinin konstitusion əsaslarına həsr olunmuş beynəlxalq konfrans keçirilib  

09:46
19 Dekabr

Marsda zaman Yer kürəsindən daha sürətlidir  

09:44
19 Dekabr

UEFA Konfrans Liqasında əsas mərhələyə yekun vurulub  

09:36
19 Dekabr

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası Böyük Kəsik stansiyasından yola salınıb  

09:35
19 Dekabr

Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub  

09:31
19 Dekabr

Bakının "Dünya İdman Paytaxtı" seçilməsi Azərbaycanın idman siyasətinə verilən qiymətdir

09:25
19 Dekabr

Paytaxt məktəblilərinin növbəti kitabı təqdim olunub

09:20
19 Dekabr

Vətənə bağlı Azərbaycan gəncliyi

09:15
19 Dekabr

Əfsanəyə dönmüş alim ömrü

09:10
19 Dekabr

Qubada keçirilən tədbirdə tolerantlıq mədəniyyətinin təməllərindən söz açılıb

09:05
19 Dekabr

İlləri uğurlu, övladları qürurlu 

09:00
19 Dekabr

Samux - bu günü dünənindən, sabahı bu günündən abad

08:55
19 Dekabr

Göygöldə şəhid ailələri onlara göstərilən diqqətdən razıdırlar

08:50
19 Dekabr

Aİ-nin sülh gündəliyinə zidd fəaliyyəti qəbuledilməzdir

08:45
19 Dekabr

"Dəmir iradə"nin polad yolları

08:40
19 Dekabr

Qarşılıqlı etimada və marağa əsaslanan əməkdaşlıq

08:35
19 Dekabr

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!