10 Dekabr 2025 08:00
133
CƏMİYYƏT
A- A+
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Milli Məclisin plenar iclasında çıxışı

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Milli Məclisin plenar iclasında çıxışı


Hörmətli xanım Sədr! 

Hörmətli deputatlar! 

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin və ümumilikdə büdcə zərfinə daxil olan sənədlərin Milli Məclisdə səmərəli müzakirəsinə, qaldırılan vacib məsələlərə, suallara, dəyərli təklif və tövsiyələrə görə millət vəkillərinə təşəkkürümü bildirmək istərdim. 

Eyni zamanda büdcə müzakirələrinin səmərəli təşkilinə görə Milli Məclisin rəhbərliyinə, hörmətli Sahibə xanım şəxsən Sizə öz adımdan və hökumət üzvləri adından minnətdarlığımı çatdırıram. 

Hörmətli deputatlar!

2026-2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

Cari ilin ötən dövrü ərzində ölkə Prezidentinin həyata keçirdiyi xarici səfərlər və yüksəksəviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirmişdir.

Məhz cari ilin 8 avqustunda Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəkdir.

Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlılığın qorunmasına, yeni investisiyaların cəlbinə və ölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il "Konstitusiya və Suverenlik İli" kimi qeyd edilir.

Noyabrın 8-də qürur hissi ilə şahidi olduğumuz Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş  möhtəşəm "Hərbi parad" müstəqil dövlətimizin gücünün, ordumuzun qüdrətinin və xalqımızın birlikdə yazdığı şanlı qələbənin təntənəsinə çevrildi.

Hörmətli deputatlar!

Dünya İqtisadi Forumunun 2025-ci il üzrə "Qlobal Risk Hesabatı"nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır.

Cari ilin 11 ayında ümumi daxili məhsul 1,6% artmışdır, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2% artım, neft-qaz sektorunda isə 1,8% azalma qeydə alınmışdır. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.

Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12,5 milyard dollar artaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat) üstələyir. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur.

Bu gün dünyanın iki aparıcı reytinq agentliyi ("Moody's" və "Fitch") ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir.

Əlbəttə ki, bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin və islahatların təzahürüdür.

Hörmətli deputatlar!

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur. Bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır. 

2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:

1. Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;

2. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

3. Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

4. Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;

5. Təhsilin və innovativ inkişafın dəstəklənməsi;

6. Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

7. Təmiz ətraf mühit və "yaşıl artım"ın təmin olunması.  

2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48,8 milyard manat proqnoz olunur. İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9%-dir.

Makroiqtisadi proqnozlara əsasən 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5,0%-lik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur.  

Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olmuşdur. İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş, iqtisadi infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilmişdir.

Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaqdır. Əgər strategiyanın başlanğıc dövründə 2022-ci ildə ÜDM-in həcminin 52 faizini qeyri-neft  sektoru təşkil edirdisə (2025- 72%), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcəkdir.

Hörmətli deputatlar!

Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür.

Ümumilikdə 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılmışdır (2026 - 3,5 mlrd.manat).

Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilmişdir ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq.

Hökumətin əsas xərc istiqamətlərindən biri də  təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir.

Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni (8,7 mlrd.manat) təşkil edir.  

Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir. 

Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Və cənab Prezident tərəfindən hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır. 

Hörmətli deputatlar!

Yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi artımın dayanıqlılığı və rəqabət qabiliyyətinin yüksəldilməsi insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır.

Əhalinin real gəlirlərinin artımı və sosial rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur (xərclərin 41%-i).

Növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaqdır (xərclərin 12,6%-i). 

Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur (xərclərin 4,9%-i).

İcbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcəkdir.

Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır.

Hörmətli deputatlar!  

2026-cı ilin dövlət büdcəsində investisiyayönümlü dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait nəzərdə tutulur.

Hazırda Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır.

Ən yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta dəhliz, həm də "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni nəqliyyat marşrutu kimi mühüm əhəmiyyət kəsb edir.

Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Bu istiqamətdə icra edilən layihələr böyük həcmdə beynəlxalq sərmayələr cəlb edir. Bu, sənayenin inkişafının növbəti istiqamətidir. 

Bu gün Azərbaycan bir sıra Mərkəzi Asiya ölkələri ilə birgə sərmayə fondları yaradıb, bir sıra dost ölkələrə Dövlət Neft Fondu və SOCAR vasitəsilə investisiya yatırıb.

Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək, ölkəmiz dividendlər qazanacaq və iqtisadiyyatımız üçün əlavə dəyər yaranacaqdır.

Beləliklə, sadalanan istiqamətlər yeni inkişaf modelini və yeni artım drayverlərini yaradan strateji layihələrdir.

Bütövlükdə cənab Prezidentin son 20 ildə uzaqgörən və düşünülmüş siyasəti Azərbaycana mühüm siyasi-iqtisadi uğurlar qazandırmışdır ki, bu uğurların məntiqi zirvəsi hazırda yaşadığımız şanlı Zəfər tarixidir.

Cənab Prezidentin bugünkü çoxşaxəli siyasəti və ondan irəli gələrək hökumət qarşısında qoyacağı hədəflər isə qarşıdakı illərdə milli iqtisadiyyatımızın dinamik inkişafını təmin edəcəkdir.

Hörmətli xanım Sədr!

Hörmətli deputatlar!

Büdcə müzakirələri zamanı qaldırılan məsələlər hökumət və aidiyyəti qurumlar tərəfindən daim diqqətə alınacaq, qeyd edilən problemlərin həlli istiqamətində hər il olduğu kimi, gələn il də büdcə imkanları çərçivəsində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir.

Çıxışımın sonunda bir daha aparılan müzakirələrə görə hörmətli xanım Sədr Sizə və deputatlara minnətdarlığımı bildirirəm. 

Diqqətinizə görə çox sağ olun!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Balıq ətri, kulinariya şousu və su macərası

09:10
10 Dekabr

ADAU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

09:05
10 Dekabr

Göygöl melioratorları növbəti mövsümə hazırlaşırlar

09:00
10 Dekabr

Artıq "Sona bülbül" fəryad çəkmir, aşiq də "Neyçün gəlməz" deyib ah-nalə etmir

08:55
10 Dekabr

"Polşa Azərbaycan rəssamlarının gözü ilə" Gəncədə sərgiləndi

08:50
10 Dekabr

Ombudsman təsisatlarının müstəqilliyinin institusional əsasları

08:45
10 Dekabr

Türk dövlətləri əmək və sosial sahədə də birgə addımlar atacaqlar

08:40
10 Dekabr

Qlobal nüfuzun təzahürü

08:35
10 Dekabr

Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları bütün tərəflərə uğur gətirir

08:30
10 Dekabr

Orta dəhlizdə strateji hədəflərə çatmaq üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq genişlənir

08:25
10 Dekabr

İlham Əliyev diplomatiyasının daha bir uğuru

08:20
10 Dekabr

Əbədiyaşar Lider

08:15
10 Dekabr

Müasir Azərbaycanın xilaskarı və qurucusu 

08:10
10 Dekabr

Büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub

08:05
10 Dekabr

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Milli Məclisin plenar iclasında çıxışı

08:00
10 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

03:23
10 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 iyul tarixli 287 nömrəli və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydalarının və qeydiyyatın qüvvədəolma müddəti”nin və “Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısı”nın təsdiq edilməsi barədə” 2024-cü il 13 mart tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

03:21
10 Dekabr

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsi haqqında

03:19
10 Dekabr

“Bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi Qaydası”nın təsdiq edilməsi və “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:18
10 Dekabr

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:17
10 Dekabr

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:16
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!