11 Dekabr 2025 08:00
1777
SİYASƏT
A- A+
İlham Əliyevlə görüşmək şərəfi

İlham Əliyevlə görüşmək şərəfi


Azərbaycan Prezidenti Avropada sözünə sadiq lider, etibarlı tərəfdaş və ən arzuolunan şəxs kimi qəbul edilir 


Bu gün Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınır.

Artıq Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.

Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə, dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirir və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər. 

Azərbaycanın son illərdəki mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, onun regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Bir çox ölkə, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan edirlər. Dünyanın böyük siyasi və iqtisadi dairələri Azərbaycanın regiondakı liderliyini və qlobal siyasətdə rolunu daim yüksək qiymətləndirirlər.

Bütün bunlar əlbəttə ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, qətiyyətli siyasətinin, etibarlı tərəfdaşlıq prinsipinin və sözünə sadiqliyinin yaratdığı reallıqdır. İlham Əliyev dəfələrlə əməli ilə, gördüyü iş ilə sübut edib ki, sözü imzası qədər keçərlidir. 

Avropa liderləri tərəfindən onun fəaliyyətinə verilən yüksək qiymətlər, Azərbaycanın Avropadakı strateji mövqeyini və dövlət başçısının ölkəsini dünya arenasında necə təmsil etdiyini göstərir.

Bir çox Avropa lideri, İlham Əliyevin Azərbaycanı müasir dövrün siyasi və iqtisadi tələblərinə uyğun şəkildə inkişaf etdirməkdəki mükəmməl bacarığını vurğulayıb. Onlar, 

İlham Əliyevin xüsusilə beynəlxalq münasibətlərdə strateji düşüncə tərzinə malik olduğunu və Azərbaycanın müxtəlif qlobal məsələlərə münasibətini balanslı və düzgün şəkildə ortaya qoyduğunu qeyd edirlər. 

Avropa ölkələrinin prezident və hökumət başçılarının İlham Əliyev haqqında söylədikləri səmimi fikirlərə diqqət etsək buna bir daha şahidlik edərik.

Dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfər edən İlham Əliyevi  Bratislavada qəbul edən Prezident Peter Pelleqrinı səmimi fikirlər söyləyib: "Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir... Siz dostlarınızın yanına gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki Sizinlə dəfələrlə görüşmək imkanımız olub. Çox məmnunam ki, Baş nazir qismində səfərim zamanı Sizinlə görüşdüyüm vaxtda biz münasibətlərimizi gücləndirmək qərarına gəldik".

Peter Pelleqrini bəlkə də indiyədək Slovakiyaya səfər edən heç bir dövlət başçısına bu qədər səmimi, içdəngələn fikirlər söyləməyib. İkinci dəfə İlham Əliyevlə görüşən slovakiyalı həmkarının bu münasibəti Azərbaycana və onun liderinə verilən yüksək dəyərdir.   

İlham Əliyev haqqında səmimi fikirlərin digər müəllifi Serbiya Prezidenti Aleksandar Vuçiçdir. Serbiyalı həmkarı, İlham Əliyevin müstəqil siyasətini dəyərləndirərək söyləyib: "Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim". 

Şimali Makedoniyanın sabiq Prezidenti Stevo Pendarovski isə İlham Əliyevi Avropada ən çox arzuolunan şəxs adlandrıb. 

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə daha maraqlı fikir səsləndirib: "15 il əvvəl Macarıstanla Azərbaycan arasında qarşılıqlı hörmət əsasında tərəfdaşlıq qurulanda bəzi Avropa liderləri bu təşəbbüsə istehza ilə yanaşıb. Bu gün isə həmin liderlər Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar". 

İlham Əliyevin fəaliyyəti, müstəqil siyasəti barədə ən dəyərli fikirlərdən birinin də müəllifi qardaş ölkə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğandır: "İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib... Azərbaycanın əmin-amanlığı, rifahı və gələcək nəsillər üçün çəkdiyi dəyərli zəhmət bütün türk dünyası tərəfindən böyük maraq və sevinc hissi ilə izlənir və örnək kimi qəbul edilir".

Dünya liderlərinin, tanınmış ictimai-siyasi xadimlərin bu cür dəyərli fikirlərinin sayını dəfələrlə artırmaq olar. Səslənən bütün səmimi fikirlərdə Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamlar şərh edilir. Bütün bunlar İlham Əliyevin şəxsiyyətinə və fəaliyyətinə ölkə hüdudlarından kənarda da necə böyük qiymət verildiyini təsdiqləyən reallıqdır.  


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!