16 Dekabr 2025 08:10
934
SİYASƏT
A- A+
Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir


Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın ardıcıl şəkildə atdığı siyasi-hərbi-diplomatik addımlar hazırda bölgəni münaqişələrdən tamamilə uzaq və əməkdaşlıq üçün mühüm strateji əraziyə çevirib. Dünyadakı müxtəlif qütblərin bir-biriləri ilə intriqalar və çəkişmələr içərisində yaşadığı bir dövrdə ölkəmizin  Şərqlə Qərbin, Şimalla Cənubun mərkəzi, mühüm nəqliyyat habı, enerji  qovşağı rolunda çıxış etməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və yerini aydın şəkildə gözlər önünə sərir.   

Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında ötən iki onillik boyu qətiyyətlə və səbirlə addım-addım bu gün qərarlaşdığı və dünyanın hər yerindən görünən mövqeyinə yüksəlib və hərtərəfli inkişaf mərhələsi keçən, sosial, iqtisadi, hərbi tərəqqi yaşayan Azərbaycanın uğur konsepsiyasının əsaslarını hər zaman sülh və əməkdaşlıq təşkil edib. 


Yollar sülhə aparır


Tolerant, multikultural dəyərlərin daşıyıcısı olan ölkəmiz ərazilərinin 20 faizi işğal altında olanda belə həmişə münaqişənin dialoq yolu ilə həll olunmasına çalışırdı. Baxmayaraq ki, ilk illərdə informasiya savaşında hələ zəif idik, dünya erməniçiliyinə qarşı az qala təkbaşına mübarizə aparırdıq, ikili standartlarla tez-tez üzləşirdik. Lakin Azərbaycan heç vaxt milli mübarizəsindən və haqlı mövqeyindən geri dönmək barədə fikirləşmir, gec-tez ədalətin qalib gələcəyini bilirdi. Dövlətimizin elə bu istiqamətdə həyata keçirdiyi israrlı və qətiyyətli siyasət sonda milli maraqlarımızın təmininə və birbaşa bölgədə normallaşmaya yol açdı. 

Son beş ildə Azərbaycanın normallaşma istiqamətində atdığı addımlar, bu prosesə verdiyi əməli töhfələr hazırda bölgədə müşahidə olunan  faktiki sülhün səbəbidir. Bu yöndə əldə olunan uğurlar isə təkcə Cənubi Qafqazın inkişafı ilə məhdudlaşmaqla qalmır, daha geniş coğrafiyaya hərtərəfli əlaqələr üçün mühüm şərait yaradır. Bakının sülh səyləri həm bölgənin sabitliyinə mühüm töhfə verir, həm də burada investisiya imkanlarının, əməkdaşlığın artmasına geniş imkanlar açır. 

Dekabrın 8-də Bratislavada Prezident İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin rəhbəri söylədi ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib: "Biz eyni zamanda bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir".

Cari il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzalayıblar. Həmçinin Ağ Ev  rəhbərinin  iştirakı ilə sülh sazişinin mətni paraflanıb, vacib razılaşmalar əldə edilib.

Həmin tarixdə Vaşinqton Sammitində əldə olunan mühüm razılaşmalardan biri də Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi üçün Zəngəzur dəhlizinin (TRIPP) işə düşməsi ilə bağlıdır. Orta dəhlizin mühüm halqasına çevriləcək TRIPP beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verəcək. 

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev dəhliz barədə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycanda Zəngəzur dəhlizinin (TRIPP) tikintisi başa çatmaq üzrədir. Eyni zamanda qeyd etdi ki, ilkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin (TRIPP) bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.


Etimad quruculuğu


Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması üçün proseslər sadəcə siyasi müstəvidə inkişaf etdirilmir. Ölkələr və cəmiyyətlər arasında etimad quruculuğu istiqamətində də müəyyən irəliyə doğru addımlar  atılır. 

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri kənar vasitəçilər olmadan görüşlər keçirirlər ki, bu uzun illər boyu münaqişə, müharibə  şəraitində yaşamış tərəflər arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün vacib əhəmiyyətə malikdir. 

Mühüm məsələlərdən biri də Azərbaycanın Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranzit məhdudiyyətlərini aradan qaldırması ilə bağlıdır. İlk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Bununla işğal siyasəti nəticəsində özünü regional izolyasiyaya  salan Ermənistanın bu vəziyyətdən qurtulması üçün tarixi fürsət yaranıb.   Yəni Azərbaycanın gördüyü fundamental işlər sülhün bərqərar edilməsinə və regional əməkdaşlığa mühüm töhfələr verməs ilə diqqət çəkir. 

Lakin bu mərhələdə Ermənistanın normallaşmaya zidd addımları da diqqətdən yayınmır. Belə ki, bu il dekabrın 2-də Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə postmünaqişə dövrünün reallıqları təhrif edilib və burada sülh gündəliyinə zidd olan məsələlər öz əksini tapıb. Sənədin həm giriş hissəsində, həm də bəzi bölmələrində Qarabağdan könüllü şəkildə Ermənistana miqrasiya edən sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsi işlədilib. Bununla yanaşı, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslər "əsir" statusunda qeyd edilib. 

Azərbaycanı hədəf alan məsələlərin yer aldığı bu sənədin sülh gündəliyinə zərbə olmaqla yanaşı, Azərbaycan-Aİ münasibətlərinə də mənfi təsir edəcəyi şübhəsizdir. 

Bu mənada rəsmi İrəvanın iki ölkənin tarixində həlledici sülh mərhələsinin irəlilədiyi bir məqamda belə bir addım atması suallar doğurur. Həmçinin Aİ missiyasının Ermənistan üzərindən bölgədə varlığını davam etdirməsi də Cənubi Qafqazda real təhlükə mənbəyidir. 

O da bir ayrı gerçəklikdir ki, 8 avqust tarixində Vaşinqtonda sülh müqaviləsinin imzalanmamasının yeganə səbəbi də Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasının mövcud olmasıdır. 

Onsuz da milli maraqlarını tam təmin edən və dünya nizamında möhkəm mövqelərə sahib olan Azərbaycanın bu uğurlu inkişaf konsepsiyasının onun gələcək  nailiyyətlərinin də açarı olacağı şübhəsizdir. 

Bu mənada İrəvan bölgənin taleyinin müsbətə doğru həll olunduğu hazırkı həssas məqamda siyasi iradə nümayiş etdirərək həyata keçirdiyi fəaliyyətlərin məsuliyyətini dərk etməli və hadisələrə adekvat davranmalıdır. Çünki bölgədə sülh və kommunikasiyaların açılması Ermənistanın özünə hava və su kimi lazımdır. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!