29 İyul 2026 14:27
214
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Almaniya səfəri Avropa İttifaqı ilə yeni tərəfdaşlıq modelini təsdiqlədi 

Prezident İlham Əliyevin Almaniya səfəri Avropa İttifaqı ilə yeni tərəfdaşlıq modelini təsdiqlədi 


Cənubi Qafqazda sabitlik mövzusu ölkəmizin iqtisadi diplomatiyasının əsas gündəmindədir. Azərbaycan-Ermənistan sülh prosesi, Gürcüstanla strateji əməkdaşlıq və Avropa və Türk dünyasının inteqrasiyası regionu müharibə gündəmindən çıxarıb əməkdaşlıq və inkişaf xəttinə yönəldir. Bu, həm enerji, həm də nəqliyyat dəhlizlərinin genişlənməsi ilə iqtisadi sabitlik üçün yeni imkanlar açır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.

O qeyd edib ki, mövcud vəziyyətdə postmünaqişə dövründə, yəni 44 günlük müharibə və sonrakı proseslər nəticəsində regionda əvvəlki status-kvo dəyişib. Ərazi bütövlüyünün bərpası ilə münaqişənin əsas səbəbi aradan qalxıb və bundan sonra əsas gündəm sülh müqaviləsinin yekunlaşdırılması, diplomatik münasibətlərin qurulması və regional əməkdaşlıq imkanlarının açılmasıdır: “Görünən mənzərə odur ki, ölkəmiz təkcə Cənubi Qafqazda deyil, həm də Avrasiya məkanında əsas nəqliyyat, enerji və logistika mərkəzinə çevrilib. Azərbaycan Şərq-Qərb (Asiya-Avropa) və Şimal-Cənub (Rusiya-İran-Hind Okeanı) tranzit dəhlizlərinin kəsişməsində yerləşir. Bu coğrafi reallıq Azərbaycana beynəlxalq yük daşınmasında tranzit rolunu oynamağa imkan verir və bu, gündən-günə inkişaf edir. Digər bir aspektdən deyim ki, Azərbaycan-Gürcüstan strateji əməkdaşlığı uğurla davam etdirilir. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr regionun iqtisadi xəritəsini dəyişir. Gürcüstan tranzit mərkəzi rolunu gücləndirir, Azərbaycan isə enerji ixracını genişləndirir. Bu ilin mayında imzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə və xüsusilə vurğulmaq istəyirəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi Orta Dəhlizin inkişafı və Xəzər hövzəsindən Avropaya enerji marşrutları Türk dünyasının geosiyasi çəkisi - bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir”.

Politoloq bildirib ki, digər bir tərəfdən Prezident İlham Əliyevin Almaniya səfəri Avropa İttifaqı ilə yeni tərəfdaşlıq modelini təsdiqlədi. Bu, regionun sabitliyini beynəlxalq müstəvidə legitimləşdirir və iqtisadi diplomatiyanın Avropa bazarlarına çıxışını gücləndirir. Cənubi Qafqazda sabitlik iqtisadi diplomatiyanın mühüm alətinə çevrilib. Azərbaycan bu sabitliyi regional əməkdaşlıq, Türk dünyası inteqrasiyası və Avropa ilə tərəfdaşlıq vasitəsilə möhkəmləndirir. Bu, yalnız ölkəmizin iqtisadi rifahı deyil, həm də dünya miqyasında siyasi nüfuzumuzun artmasının, söz sahibi olduğumuzun bariz nümunəsidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Altı ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 18 faizdən çox artıb

15:21
29 İyul

Xidmət rəisi: Süni intellekt alətlərinin fəaliyyətimizdə geniş tətbiqi təbii prosesə çevriləcək

15:14
29 İyul

Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib

15:07
29 İyul

Vergi Məcəlləsinə dəyişiklik sahibkarların maliyyə imkanlarını genişləndirəcək

15:00
29 İyul

Vüsal Hüseynov: Əcnəbilərə verilən icazə vəsiqələrinin elektron sənəd formasında tərtib olunması üzərində işləyirik

14:55
29 İyul

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir 

14:48
29 İyul

Figen Yıldırım: Yaxın gələcəkdə rəqabət təkcə ölkələr arasında deyil, logistika dəhlizləri arasında da gedəcək

14:41
29 İyul

Vergi Məcəlləsinə dəyişikliklər sahibkarların maliyyə vəsaitlərindən daha səmərəli istifadəsinə müsbət təsir göstərəcək 

14:34
29 İyul

Prezident İlham Əliyevin Almaniya səfəri Avropa İttifaqı ilə yeni tərəfdaşlıq modelini təsdiqlədi 

14:27
29 İyul

Deputat: Orta Dəhliz qlobal iqtisadiyyatın və beynəlxalq logistika sisteminin mühüm istiqamətlərindən biridir

14:20
29 İyul

Bu ilin birinci yarımilində Azərbaycanda iş icazələri ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

14:13
29 İyul

Bir vaxtlar Azərbaycana mane olmağa çalışan dairələr bu gün Bakı ilə daha sıx əməkdaşlığa can atır 

14:06
29 İyul

ABŞ insanabənzər robotların idxalını qadağan etdi

13:58
29 İyul

Təbii fəlakətlər yalan oldu

13:51
29 İyul

Avropa sınaq qarşısında

13:44
29 İyul

Yaxşı yuxu üçün şam nə vaxt edilməlidir?

13:37
29 İyul

Şəkər əvəzediciləri beynin qocalmasını sürətləndirə bilər

13:30
29 İyul

İyunda bankların kredit portfeli 935,5 milyon manat artıb

13:23
29 İyul

Əfqanıstanda son 4 ayda təbii fəlakətlər nəticəsində 351 nəfər həlak olub

13:16
29 İyul

Şahzadə Harri ilə bağlı işə yenidən məhkəmədə baxılacaq

13:09
29 İyul

Azərbaycan Orta Dəhlizin aparıcı iştirakçısı kimi mövqeyini daha da möhkəmləndirir

13:02
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!