08 İyun 2026 15:12
132
DÜNYA
A- A+
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb


Moskva Ermənistanla gələcək münasibətlərini ölkə rəhbərliyinin real hərəkətlərini nəzərə alaraq qurmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı şərhində deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ermənistan cəmiyyətində Rusiya-Ermənistan əlaqələrinin inkişafına və ölkənin Avrasiya inteqrasiya strukturlarında daha da iştirakına tələbat var.

“Moskva güclü və həqiqətən suveren Ermənistanın olmasında daim maraqlı olub və bundan sonra da belə olacaq. Ermənilər bizim qardaş xalqımızdır, onlara sülh və rifah arzulayırıq”, - deyə Mariya Zaxarova vurğulayıb.

O, həmçinin qeyd edib ki, son seçkilər Ermənistan cəmiyyətində yüksək dərəcədə qütbləşməni nümayiş etdirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, əhalinin bütün təbəqələrinin fikirlərini nəzərə almadan ölkənin gələcək inkişafı ilə bağlı qərarlar qəbul etmək daha çox bölünməyə və sosial-iqtisadi geriləməyə səbəb ola bilər. Diplomat qeyd edib: “Moskvanın Ermənistanla münasibətlərdə gələcək siyasətinə gəldikdə isə, biz mövqeyimizi Ermənistan rəhbərliyinin atdığı faktiki addımları nəzərə alaraq formalaşdırmaq niyyətindəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

16:15
08 İyun

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

16:01
08 İyun

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır  

15:57
08 İyun

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib

15:39
08 İyun

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

15:12
08 İyun

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadratkilometrdən çox ərazisi azad edilib

15:03
08 İyun

Culfada Vəkil Bürosu açılıb

15:02
08 İyun

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər

14:57
08 İyun

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

14:41
08 İyun

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

14:36
08 İyun

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

14:28
08 İyun

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

14:13
08 İyun

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

14:11
08 İyun

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

14:06
08 İyun

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

14:03
08 İyun

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

14:01
08 İyun

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

13:56
08 İyun

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

13:51
08 İyun

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

13:47
08 İyun

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

13:42
08 İyun

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

13:41
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!