08 İyun 2026 14:01
179
İQTİSADİYYAT
A- A+
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir


Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda dünya bazarlarında neftin qiyməti kəskin artıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,41 dollar artaraq 97,5 dollara çatıb. ABŞ-ın WTI markalı xam neftinin fyuçersləri isə 2,87 dollar artaraq bir barel üçün 93,41 dollar olub.

Qiymət artımına əsas səbəb kimi İsrailin Livanda yenidən zərbələr endirməsi və İranın bir sıra şəhərlərində partlayış səslərinin eşidilməsi göstərilir.

Analitiklərin fikrincə, bu hadisələr regionda münaqişənin tezliklə başa çatacağına dair gözləntiləri zəiflədib və dünyanın neft tədarükü üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı vasitəsilə ixracın bərpa olunacağına ümidləri azaldıb.

Son qiymət artımı ötən həftə qeydə alınan ucuzlaşmanı da kompensasiya edib. Belə ki, ABŞ və İran arasında gərginliyin azalacağına dair gözləntilər fonunda neft qiymətləri cümə günü azalmışdı. Bununla belə, mart ayından bəri qlobal bazarda neftin qiyməti 50 faizdən çox artıb.

ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında genişmiqyaslı münaqişənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasının mümkün olduğunu bəyan edib. Məlumata görə, o, İsrailin Baş naziri Benyamin Netanyahuya yeni hücumlardan çəkinməyi tövsiyə edib.

Regionda təchizat risklərinin artdığı bir vaxtda OPEC+ ölkələri bazar günü son dörd ayda dördüncü dəfə neft hasilatının artırılması barədə qərar qəbul ediblər. Lakin ekspertlər hesab edirlər ki, Hörmüz boğazında yaranmış məhdudiyyətlər və bəzi istehsalçı ölkələrdə mövcud problemlər səbəbindən bu qərarın bazara real təsiri məhdud olacaq.

“Rystad Energy” şirkətinin geosiyasi təhlillər üzrə rəhbəri Xorxe Leon qeyd edib ki, mövcud bazar şəraitində belə bir qərarın fiziki təsiri demək olar ki, sıfıra bərabərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Culfada Vəkil Bürosu açılıb

15:02
08 İyun

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər

14:57
08 İyun

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

14:41
08 İyun

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

14:36
08 İyun

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

14:28
08 İyun

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

14:13
08 İyun

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

14:11
08 İyun

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

14:06
08 İyun

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

14:03
08 İyun

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

14:01
08 İyun

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

13:56
08 İyun

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

13:51
08 İyun

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

13:47
08 İyun

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

13:42
08 İyun

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

13:41
08 İyun

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

13:39
08 İyun

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

13:23
08 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:23
08 İyun

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

13:17
08 İyun

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

13:09
08 İyun

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

13:02
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!