08 Sentyabr 2026 11:00
918
Mədəniyyət
A- A+
Rəssamlıqda oxusa da, musiqiyə könül verdi

Rəssamlıqda oxusa da, musiqiyə könül verdi


Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş sənət adamlarından biri də Xalq artisti, professor, vokal məktəbinin tanınmış  nümayəndəsi Mobil Əhmədovdur. O, bütün ömrünü Azərbaycan musiqisinin, bütövlükdə xalqımızın zəngin mədəniyyətinin dünyaya yayılması və tanıdılması işinə həsr etmişdi. 

İfa tərzi, ürəyəyatımlı səsi ilə dinləyici və tamaşaçıların rəğbətini qazanmış Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə dünyaya göz açıb. Kiçik yaşlarından incəsənətə maraq göstərib. Bu maraq 1955-ci ildə onu Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gətirib. Yalnız rəssamlıq deyil, mədəniyyətin başqa sahələri də onu özünə çəkib. O üzdən həmin zamanlar bir növ yol ayrıcında qalıb. Hansı sahəni - musiqini, yoxsa rəssamlığı seçəcəyini xeyli götür-qoy edib. Axır ki, bir ildən sonra seçimini edib, musiqini ürəyinə daha yaxın bilib. 

Mobil Əhmədov Azərbaycan Dövlət Konservatoriyasına qəbul olaraq tanınmış müğənni Bülbülün sinfində oxumağa başlayıb. Gələcəyin böyük müğənnisi 1961-ci ildə təhsilini uğurla başa vurduqdan sonra bir neçə ay Azərbaycan Dövlət Radiosunun xorunda ifaçılıq edib. 

Həmin ilin sentyabrında Mobil Əhmədovun bacarığını, peşəkarlığını, ən başlıcası isə səsini, ifa tərzini nəzərə alaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (ADMKT) dəvət ediblər. Elə həmin vaxtdan da ömrünü bu sənət ocağına bağlayıb. Görkəmli aktyorlar Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova  və başqaları ilə işləməyə başlayan M.Əhmədov bu teatrda həyatının ən gözəl anlarını yaşayıb, yaradıcılığında böyük uğurlar əldə edib. 40 ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları böyük məharət və sevgi ilə oxuyub. Bu hesaba musiqi aləmində tanınıb, bənzərsiz ifası ilə yaddaşlarda dərin iz salıb.

Xalq artisti Mobil Əhmədov ömrünün bu xoş illərini xatirələrinə köçürərək yazmışdı: "Adımı ilk dəfə Musiqili  Komediya Teatrının  afişalarında oxuyanda gözlərimə inansam da, fikrimdə reallığa çevirə bilmədim. Doğrudanmı mən, indiyədək çox-çox uzaqlardan baxdığım bu nəhəng aktyorlarla çiyin-çiyinə çıxış edəcəyəm?! kimi qəribə hisslərə qapılırdım".

Mobil Əhmədov yalnız müğənni deyil, müəllim-pedaqoq kimi də işləyib. O, Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında, həmçinin, 22 və 6 nömrəli musiqi məktəblərində vokal sənətindən dərs deyib. 

Amma Mobil Əhmədov hələ kiçik yaşlarından könül bağladığı rəssamlıqdan da uzaq düşməyib. Asudə vaxtlarında müxtəlif janrlarda əsərlər, həm də sənət dostlarının şarjlarını çəkib.  "Pikassonu düşünərkən", "Süleyman Rüstəm", "Tələbə qız", "Mənim dostlarım", "Tənha qayıq", "Gəncə mənzərələri", "Gəncə çayı" rəsmlərini yaradıb. Musiqidə deyə bilmədiklərini rənglərin dili ilə ifadə edib. 

Mobil Əhmədovun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Görkəmli müğənni 1978-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Mobil Əhmədov uzun sürən xəstəlikdən sonra 2006-cı il iyunun 3-də 75 yaşında vəfat edib. Dünyaya göz açdığı Gəncədə dəfn olunub.

Bir zamanlar Mobil Əhmədovun tələbəsi olmuş Əməkdar artist Ramil Qasımov müəllimini belə xatırlayır: "Ustadımın xatirəsi mənə hər zaman əziz və doğmadır. Yaradıcı nailiyyətlərimə görə ustadım Mobil Əhmədova borclu olduğumu hər zaman qeyd edirəm. "Ustadımın yolu ilə" filmində, zamanında onun Azərbaycan Musiqili Komediya Teatrında indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, yaratdığı sənət incilərinin nümunələrini toplayaraq, onun ifa etdiyi üslubda yenidən özüm ifa etdim. Bu əsərlərin hər biri Azərbaycan klassik ənənələrinin zənginliyinə köklənir. Eyni zamanda filmi ərsəyə gətirməkdə məqsədim ustadıma ehtiram və hörmət əlamətidir".


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!