08 Sentyabr 2026 09:40
112
İQTİSADİYYAT
A- A+
COP29-un "miras"ı - "Bakı İqlim Həftəsi 2026"

COP29-un "miras"ı - "Bakı İqlim Həftəsi 2026"


Dünən  paytaxtımızda "Bakı İqlim Həftəsi 2026" ("BCAW 2026") öz işinə başlayıb. Bu, iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulan bir tədbirdir.

"Bakı İqlim Həftəsi 2026" iki il əvvəl Azərbaycanın evsahibliyi etdiyi COP29-un yadigarıdır. Belə ki, bu tədbir ilk dəfə o zaman "BCAW 2024" adı ilə keçirilib. "Bakı İqlim Həftəsi 2024" COP29 ərəfəsində həmin mühüm sammitə hazırlıq məqsədilə təşkil olunmuşdu. İkinci dəfə isə bu tədbir keçən il sentyabrın 29-dan oktyabrın 3-dək keçirilib və COP30-a gedən yolda Azərbaycanın iqlim öhdəliklərini möhkəmləndirib.

Qeyd edək ki, "Bakı İqlim Həftəsi" yalnız rəsmi şəxslərin deyil, cəmiyyətin bütün təbəqələrinin iqlim prosesinə cəlb edildiyi çoxyönlü bir forumdur. Tədbir bir sıra istiqamətləri əhatə edir və bu da onun əsas mahiyyətini açır. Əvvəla, bu tədbir qlobal dialoq və əməkdaşlıq  məkanına çevrilib. Yəni müxtəlif ölkələrin dövlət rəsmilərini, beynəlxalq təşkilatları, biznes liderlərini, investorları, alimləri, vətəndaş cəmiyyətini və gəncləri bir araya gətirir. Yəni bu, bir icra forumudur, iqlim sammitlərində (məsələn, COP29-da) qəbul edilmiş qərarların və Paris Sazişinin maddələrinin kağız üzərindən real həyata necə keçiriləcəyini müzakirə edir. 

Tədbir eləcə də əsas mövzuları ilə seçilir. Sessiyalarda, adətən, enerji keçidi, metan emissiyalarının azaldılması, bərpaolunan enerji sertifikatları, iqlim maliyyələşdirilməsi, karbon bazarları və innovativ "yaşıl texnologiya"lar diqqət mərkəzində olur.  Həftə inklüzivliyi və keçirdiyi tədbirlərlə də yaddaqalan olur. Belə ki, həftə çərçivəsində təkcə elmi və siyasi panellər deyil, həm də iqlim mövzusunda sərgilər, şəhər turları, incəsənət və mədəniyyət layihələri də reallaşdırılır.

Budəfəki tədbirin məkanı Bakı Konqres Mərkəzidir. Burada təqribən 2500-dək nümayəndə - dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatlar, biznes liderləri, investorlar  və gənclər bir araya gəliblər. Onların əsas məqsədi iqlim öhdəliklərinin kağız üzərində qalmayaraq praktiki icrasına nail olmaq, "yaşıl enerji" keçidini sürətləndirmək və gələcək COP konfransları (COP31) ərəfəsində beynəlxalq əməkdaşlığı gücləndirməkdir. 

Açılış mərasimini giriş sözü ilə açan Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü, BCAW layihə rəhbəri Nigar Arpadarai bildirib ki, növbəti günlər ərzində mühüm müzakirələr aparılacaq: "Şəhərlərimizin gələcəyi ilə bağlı bir çox istiqamətdə müzakirələr təşkil olunacaq. Budəfəki iqlim danışıqlarını tarixi edən odur ki, ilk dəfə BMT mandatlı tədbirlərlə paralel keçiriləcək. Biz "yaşıl enerji" keçidini necə sürətləndirə biləcəyimizi, innovasiyaların və regional əməkdaşlığın bu prosesdə rolunu müzakirə edəcəyik. Ən əsası isə biz yalnız öhdəliklərə deyil, onların həyata keçirilməsinə diqqət yetirəcəyik. Biz davamlılıq məsələsini hətta incəsənət və idman kimi sahələrə də gətirəcəyik. Çünki iqlim fəaliyyəti yalnız bir sahəyə və ya bir sektora aid deyil-iqlim fəaliyyəti hamımıza aiddir".

 "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın açılış mərasimində çıxış edən xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev də bu məsələlərə toxunub. Bildirib ki, bu istiqamət Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 üçün əsas prioritetlərdən biri olmalıdır: "İstiqamət aydındır: iqlim prosesi getdikcə öhdəliklərin müzakirəsindən onların  reallaşmasına keçməlidir".

Y.Rəfiyevin sözlərinə görə, yeni nəsil Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) artıq yalnız ambisiyaları ifadə edən sənədlər olmamalıdır. Onlar milli hədəfləri konkret siyasət, texnologiya, infrastruktur və maliyyə ilə əlaqələndirən investisiya və icra planlarına çevrilməlidir: "Antalyada sual yalnız bu olmamalıdır ki, NDC-lərimiz nə dərəcədə ambisiyalıdır. Həm də sual belə olmalıdır ki, onları həyata keçirmək üçün nə lazımdır. Hansı investisiyalar, hansı texnologiyalar, hansı tərəfdaşlıqlar və ən əsası, maliyyə haradan gələcək?" 

Tədbirdə  enerji keçidi, sənayenin karbonsuzlaşdırılması və iqlim maliyyələşməsinin mənbələri müzakirə olunmaqdadır. Bu mövzulara emissiyaların azaldılması (karbon izlərinin və istixana qazı tullantılarının azaldılması yolları) aiddir.

Bərpaolunan enerji sahəsində diqqətdə olan günəş, külək və digər təmiz enerji mənbələrinin inkişafı və investisiyalardır. Əlbəttə, sektorlar üzrə dayanıqlılıq, məsələn, kənd təsərrüfatı, su ehtiyatları, nəqliyyat və "ağıllı şəhər"lər də diqqət mərkəzində dayanır. "Yaşıl iqtisadiyyat", o cümlədən dairəvi iqtisadiyyat, "sıfır tullantı" yanaşması və ədalətli keçid həmçinin günümüzün mövzusudur.

Qeyd edildiyi kimi, beynəlxalq əməkdaşlıq - hökumətlər və özəl sektor arasında tərəfdaşlıqlar, COP31 ərəfəsində iqlim fəaliyyəti də "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın  işindən qırmızı xətlə keçir. 

Bir sözlə, "Bakı İqlim Həftəsi" bünövrəsinin qoyulduğu COP29-dan qalan tarixi mirası davam etdirir. Ölkəmiz bir daha qlobal "yaşıl iqtisadiyyat" və iqlim siyasətinin mühüm mərkəzlərindən biri kimi təsdiqlənir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hacıqabulda aqrar müəssisələrin problemləri öyrənilir

10:00
08 Sentyabr

Regional müşavirədə heyvan sağlamlığı məsələləri müzakirə olunub

09:50
08 Sentyabr

COP29-un "miras"ı - "Bakı İqlim Həftəsi 2026"

09:40
08 Sentyabr

Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

09:30
08 Sentyabr

Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb

09:20
08 Sentyabr

“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub

09:10
08 Sentyabr

Bir ömrün böyük amalı

09:00
08 Sentyabr

Mənəvi borc və vətəndaş məsuliyyəti 

08:50
08 Sentyabr

Azərbaycanın coğrafi şansı

08:40
08 Sentyabr

Xəzərdə ölkəmizin keşiyində

08:30
08 Sentyabr

Sülh Azərbaycanın öz gücü ilə təmin olundu

08:20
08 Sentyabr

Azərbaycan-Tacikistan strateji əməkdaşlığı uğurlu gələcəyə hesablanıb

08:10
08 Sentyabr

Praqmatik və çoxşaxəli diplomatiya

08:00
08 Sentyabr

Azərbaycan səfirliyi “The Guardian” qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib

01:47
08 Sentyabr

YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş olub

22:49
07 Sentyabr

Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib

22:10
07 Sentyabr

YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub  

22:07
07 Sentyabr

Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri: Diplomatik əlaqələr çoxşaxəli əməkdaşlığa çevrilib  

20:11
07 Sentyabr

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib  

19:26
07 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib 

19:23
07 Sentyabr

Hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

17:57
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!