08 Sentyabr 2026 09:10
167
Mədəniyyət
A- A+
“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub

“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub


Moskvada “İRS-Nasledie” jurnalının növbəti nömrəsi nəşr edilib.

AZƏRTAC xəbər verir ki, yeni nömrədə əsas yeri böyük Azərbaycan şairi və mütəfəkkiri, Orta əsrlər Şərq intibahının ən böyük nümayəndələrindən biri Xaqani Şirvaninin (1126–1199) anadan olmasının 900 illiyinə həsr olunmuş məqalə tutur.

Məqalədə təkcə Şərq ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən böyük ustadlarından biri kimi tanınan şairin həyat və yaradıcılığı haqqında bəhs olunur. Xaqani Şirvani hələ gənc yaşlarında Şirvanşahların saray şairi olub. O, sarayda keçirdiyi uzun illər ərzində həm hörmət və ehtiram, həm də hökmdarların lütfünü, sonda isə sürgün edilməsinə səbəb olan saray çəkişmələrini və böhtanları görüb. Bütün sınaqlara baxmayaraq, şair saraydaxili çəkişmələrdən kənar qalaraq ləyaqətini daim qoruyub saxlayıb.

Jurnal ənənəvi olaraq Azərbaycan tarixinə böyük diqqət yetirir. Nəşrdəki məqalələrdən biri ölkənin 1920-ci ildə sovetləşdirilməsi dövründə siyasi terrorizm mövzusuna həsr olunub. Məqalədə erməni “Daşnaksütyun” partiyasının üzvləri tərəfindən Tiflisdə (indiki Tbilisi) Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri - keçmiş baş nazir Fətəli xan Xoyski və keçmiş ədliyyə və daxili işlər naziri Həsən bəy Ağayevin qətlə yetirilməsindən bəhs olunur.

Material müxtəlif siyasi istiqamətləri təmsil edən Tiflis qəzetlərində dərc olunmuş yazılar əsasında hazırlanıb. Həmin dövrün nəşrlərinin əksəriyyəti azərbaycanlı dövlət xadimlərinin qətlə yetirilməsini bolşevik rejiminin AXC nümayəndələrinə qarşı yönəlmiş siyasəti ilə əlaqələndirirdi.

Oxucular üçün tanınmış azərbaycanlı neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Xəzər dənizində neftin dəniz yolu ilə daşınması sahəsindəki fəaliyyətinə həsr olunmuş məqalə də maraqlı olacaq. O, 45 gəmi sahibini birləşdirən ittifaqa rəhbərlik edərək bu sahədə Rusiya kapitalının inhisarına qarşı mübarizə aparıb. Məqalədə həmçinin Tağıyevin rəqiblərinin əl atdıqları üsullar və onun sonradan neft daşımaları sahəsindən sıxışdırılıb çıxarılmasına səbəb olan hallar nəzərdən keçirilir.

Yeni nömrədə oxuculara Azərbaycan tarixini və müasir həyatını daha dərindən öyrənməyə kömək edəcək digər materiallar da təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hacıqabulda aqrar müəssisələrin problemləri öyrənilir

10:00
08 Sentyabr

Regional müşavirədə heyvan sağlamlığı məsələləri müzakirə olunub

09:50
08 Sentyabr

COP29-un "miras"ı - "Bakı İqlim Həftəsi 2026"

09:40
08 Sentyabr

Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

09:30
08 Sentyabr

Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb

09:20
08 Sentyabr

“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub

09:10
08 Sentyabr

Bir ömrün böyük amalı

09:00
08 Sentyabr

Mənəvi borc və vətəndaş məsuliyyəti 

08:50
08 Sentyabr

Azərbaycanın coğrafi şansı

08:40
08 Sentyabr

Xəzərdə ölkəmizin keşiyində

08:30
08 Sentyabr

Sülh Azərbaycanın öz gücü ilə təmin olundu

08:20
08 Sentyabr

Azərbaycan-Tacikistan strateji əməkdaşlığı uğurlu gələcəyə hesablanıb

08:10
08 Sentyabr

Praqmatik və çoxşaxəli diplomatiya

08:00
08 Sentyabr

Azərbaycan səfirliyi “The Guardian” qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib

01:47
08 Sentyabr

YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş olub

22:49
07 Sentyabr

Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib

22:10
07 Sentyabr

YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub  

22:07
07 Sentyabr

Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri: Diplomatik əlaqələr çoxşaxəli əməkdaşlığa çevrilib  

20:11
07 Sentyabr

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib  

19:26
07 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib 

19:23
07 Sentyabr

Hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

17:57
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!