08 Sentyabr 2026 09:50
73
İQTİSADİYYAT
A- A+
Regional müşavirədə heyvan sağlamlığı məsələləri müzakirə olunub

Regional müşavirədə heyvan sağlamlığı məsələləri müzakirə olunub


Göygöl rayonunda "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində görülməsi vacib olan məsələlərin müzakirəsinə həsr olunan regional müşavirə keçirilib.

Rayon icra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən  müşavirədə Gəncə şəhəri, Göygöl, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux rayonlarının baytarlıq idarələrinin rəisləri və əməkdaşları, həmçinin özəl baytar həkimləri iştirak etmişlər. 

Tədbiri rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov açaraq heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması və aradan qaldırılması istiqamətində görülməsi vacib olan işlərdən, həmçinin   Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi istiqamətində qarşıda duran vəzifələrdən danışmışdır.

Sonra  Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Azər Məmmədov çıxış etmişdir. O, ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, dövlət-özəl baytarlıq münasibətlərinin inkişafından, daha çevik baytarlıq xidmətlərinin yaradılmasının vacibliyindən, aparılan tədbirlərin rəqəmsallaşdırılmasından, "Epizootiya əleyhinə tədbirlər planı"na uyğun olaraq, vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyindən söhbət açmışdır.

Müşavirədə qeyd olunan rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək bölgədə epizootik vəziyyət barədə məlumat vermişlər. 

Tədbirdə peyvəndləmə işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, eləcə də mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə tapşırıq və tövsiyələr verilmişdir.

Müşavirənin sonunda səyyar baytarlıq xidmətlərini həyata keçirən və müasir texniki avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilmişdir.


S.YUNİSOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hacıqabulda aqrar müəssisələrin problemləri öyrənilir

10:00
08 Sentyabr

Regional müşavirədə heyvan sağlamlığı məsələləri müzakirə olunub

09:50
08 Sentyabr

COP29-un "miras"ı - "Bakı İqlim Həftəsi 2026"

09:40
08 Sentyabr

Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

09:30
08 Sentyabr

Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb

09:20
08 Sentyabr

“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub

09:10
08 Sentyabr

Bir ömrün böyük amalı

09:00
08 Sentyabr

Mənəvi borc və vətəndaş məsuliyyəti 

08:50
08 Sentyabr

Azərbaycanın coğrafi şansı

08:40
08 Sentyabr

Xəzərdə ölkəmizin keşiyində

08:30
08 Sentyabr

Sülh Azərbaycanın öz gücü ilə təmin olundu

08:20
08 Sentyabr

Azərbaycan-Tacikistan strateji əməkdaşlığı uğurlu gələcəyə hesablanıb

08:10
08 Sentyabr

Praqmatik və çoxşaxəli diplomatiya

08:00
08 Sentyabr

Azərbaycan səfirliyi “The Guardian” qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib

01:47
08 Sentyabr

YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş olub

22:49
07 Sentyabr

Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib

22:10
07 Sentyabr

YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub  

22:07
07 Sentyabr

Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri: Diplomatik əlaqələr çoxşaxəli əməkdaşlığa çevrilib  

20:11
07 Sentyabr

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib  

19:26
07 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib 

19:23
07 Sentyabr

Hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

17:57
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!