24 İyul 2026 09:55
228
DÜNYA
A- A+
Quterreşi kim əvəz edəcək?

Quterreşi kim əvəz edəcək?


BMT Baş katibi vəzifəsi uğrunda 6 namizəd mübarizə aparır


Portuqaliyalı Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsində 10 il çalışdıqdan sonra dekabrın 31-də səlahiyyət müddətini başa vuracaq. Hazırda bu vəzifə uğrunda 6 namizəd mübarizə aparır. 

BMT Nizamnaməsinə görə, Baş katib "eyni dərəcədə diplomat və ictimai maraqlar müdafiəçisi, dövlət qulluqçusu və baş direktordur". Bu vəzifədə olan şəxs qlobal sülhün və təhlükəsizliyin qorunması vəzifəsini daşıyan Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin bir neçə əsas orqanına nəzarət edir.

Yeni Baş katib daimi üzvləri Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ-nin yer aldığı Təhlükəsizlik Şurasının tövsiyəsi ilə BMT Baş Assambleyası tərəfindən seçiləcək. Buna görə də potensial namizədlər dairəsi məhduddur, prosesin özü isə mürəkkəbdir və bir çox maneələr vəd edir. 

Çilinin ilk qadın prezidenti Mişel Baçelet (2006-cı ildən 2010-cu, 2014-cü ildən 2018-ci ilə qədər) həmçinin ilk qadın BMT Baş katibi olmaq istəyir. 10 il əvvəl qadın namizədlər Quterreşə uduzmuşdular. 74 yaşlı M.Baçelet bu ilin əvvəlində demişdi: "Nəzakətlə ifadə etsək, deyərdim ki, dünya o vaxt buna hazır deyildi. İndi hazırdırmı? Ümid edirəm ki, hazırdır. Bu, çox vacib müsbət siqnal olacaq və bir çox insanda ümid doğuracaq".

2018-ci ildən 2022-ci ilə qədər Mişel Baçelet BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışmışdır. O, bu vəzifədə Baş katib seçiləcəyi halda qarşılaşacağı bir çox əsas geosiyasi məsələlərin həllində iştirak etmişdir. Xanım Baçelet BMT Təhlükəsizlik Şurasının üzləşdiyi bütün problemləri həll etmək üçün "sehrli formulu"nun olmadığını etiraf etsə də, təcrübəsini əsas güclü tərəflərindən biri kimi göstərir.

Argentina vətəndaşı Rafael Qrossi diplomat karyerasının böyük bir hissəsini nüvə enerjisinə və nüvə sənayesinə həsr edib. Bu onun 2019-cu ildə BMT sistemində muxtar bir təşkilat olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru təyin edilməsi ilə nəticələnib. Nüvə müharibəsi riskinin getdikcə artan bir təhlükə kimi qəbul edildiyi hazırkı qlobal geosiyasi mühitdə R.Qrossi peşəkar təcrübəsinin ona fərqli bir üstünlük verdiyinə əmindir. O, İsveçrənin "Geneva Solutions" nəşrinə verdiyi müsahibədə "Yaşadığınız dünyanı anlamalısınız" deyib. R.Qrossi BMT-nin UN80 kimi tanınan hazırkı islahat təşəbbüsünü dəstəkləyir və hesab edir ki, "təkəri yenidən icad etməyə ehtiyac yoxdur". Onun fikrincə, BMT bəzi strukturlarını birləşdirməklə və üzv dövlətlərə ağır maliyyə yükü qoyan çoxsaylı təkrarlanan funksiyaları  aradan qaldırmaqla optimallaşdırılmalıdır.

İspan əsilli Ekvador nümayəndəsi Mariya Fernanda Espinosa 61 il ərzində artıq çox uğura nail olub. O, Ekvadorun xarici işlər naziri vəzifəsində çalışmaqla yanaşı, şair, esseçi, davamlı inkişaf və iqlim dəyişikliyi üzrə mütəxəssisdir. Britaniyanın "The Observer" qəzetinə verdiyi müsahibədə Espinosa BMT-nin büdcə çətinliklərini etiraf edib. "Hazırda ən böyük problem maliyyə çətinlikləridir", - deyə bir il BMT Baş Assambleyasının sədri vəzifəsində çalışmış ekvadorlu bildirib. Buna görə də o hesab edir ki, BMT "islahat aparmalı, dəyişməli və ya məhv olmalıdır". Belə bir islahatı həyata keçirmək üçün Espinosa regional təşkilatlarla daha sıx əməkdaşlıq etmək, həm maliyyə, həm də əks maraqları və məqsədləri olan dövlətlər arasında dialoq qura bilən "vasitəçi" kimi Avropaya etibar etmək niyyətindədir.

1994-cü ildən 1998-ci ilə qədər Kosta Rikanın vitse-prezidenti vəzifəsində çalışmış Rebeka Qrinspan hazırda ticarət müqavilələrində inkişaf edən ölkələrin maraqlarını təmsil edən BMT Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibidir. O, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qara dəniz üzərindən Ukraynanın taxıl ixracını davam etdirməsi üçün Kiyev və Moskva arasında vasitəçi kimi danışıqlar aparması ilə geniş tanınıb. Qrinspan BMT-nin daha cəsarətli olmasını istəyir. "Bürokratik strukturlar mahiyyət etibarilə riskdən yayınır, yaxşı ideyalar və risk götürməyə hazırlıq olmadan heç bir iş görülmür", - deyə o, Londonda yerləşən "Chatham House" beyin mərkəzi tərəfindən təşkil edilən tədbirdə bildirib. Qrinspan həmçinin Təhlükəsizlik Şurasında xüsusən Afrika və Latın Amerikası ölkələrinin təmsilçiliyinin genişləndirilməsini müdafiə edib.

BMT Baş katibi vəzifəsinə digər namizəd Maki Salldır. 64 yaşlı siyasətçi 2012-ci ildən 2024-cü ilə qədər Seneqal Prezidenti, ondan əvvəl isə Baş nazir vəzifəsində çalışıb. Onun prezidentliyi dövründə Seneqalda infrastrukturun inkişafında əhəmiyyətli müsbət dəyişikliklər müşahidə edilib. Lakin 2021-ci ildə ikinci müddətində Sallın populyarlığı müxalifət lideri Ousmane Sonkonun həbsi ilə əlaqədar baş verən etirazlardan sonra azalmağa başlayıb. Dövlət başçısının 2024-cü il prezident seçkilərini təxirə salmaq üçün uğursuz cəhdi də etirazlara səbəb olub və baş vermiş insan itkilərindən sonra ona öz ölkəsində münasibət birmənalı deyil. Hazırkı Seneqal hakimiyyəti əvvəlcə onun BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləməyib, lakin ötən ay mövqeyini dəyişib.  Namizədliyini irəli sürmək niyyətini ən son açıqlayan isə Karolin Rodrigez-Birkettdir. O, Qayananın BMT-dəki daimi nümayəndəsidir. Əvvəllər həm də Qayananın xarici işlər naziri vəzifəsində çalışıb. Rodrigez-Birkett Amerikanın yerli xalqlarına mənsubdur. Onun BMT-də yüksək vəzifə tutmaq niyyətində olduğunu bu yaxınlarda Qayana Prezidenti İrfaan Əli açıqlayıb: "Səfir Rodrigez-Birkettin BMT-nin gələcəyi ilə bağlı konsepsiyası  çoxtərəfli yanaşmanı gücləndirmək, təşkilatın effektivliyini və çevikliyini artırmaq, daha inklüziv qlobal idarəetməni inkişaf etdirmək və BMT-nin müasir çağırışlara cavab vermək qabiliyyətini qorumaqdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

“The New York Times”: İran ABŞ-nin atəşkəs təklifini rədd edib

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!