24 İyul 2026 09:40
199
CƏMİYYƏT
A- A+
Dağ vüqarlı, qartal baxışlı 

Dağ vüqarlı, qartal baxışlı 


Birinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş oğullarımızdan biri də Valeh Əlizaid oğlu Müslümovdur. Valeh bir ildən çox erməni işğlaçılarına qarşı cəsarətlə vuruşub. Bu müddət ərzində neçə-neçə qanlı əməliyyatların iştirakçısı olub. Torpaqlarımızın müdafiəsi və azadlığı naminə bütün çətinlikləri dəf edib. İlıq bir yaz günündə isə şəhid olub. 

Valeh Müslümov 1968-ci ilin sentyabrında Lerikdə doğulub. 1983-cü ildə səkkizinci sinfi bitirdikdən sonra Sumqayıt şəhərindəki 17 saylı şəhər texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib, 2 saylı Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində işə düzəlib. Qısa müddət ərzində peşəkarlığı ilə seçilib. 

Valeh Müslümov 1986-cı ildə hərbi xidmətə çağırılıb. 1988-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Sumqayıta qayıdıb. Yenə də dülgər peşəsində çalışıb. Həmin illər millətlər arasında münaqişlər qızışmağa başlamışdı. Ermənilər Sumqayıt hadisələrini törətmişdilər. 

Qarabağda şəhər və kəndlərimizin erməni quldurları tərəfindən işğal edilməsinə dözə bilməyən Valeh Müslümov cəbhəyə getmək qərarına gəlib. 1991-ci ilin avqust ayından DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Elə həmin ildən də gərgin döyüşlər gedən bölgələrə göndərilərək əməliyyatlarda iştirak edib. Şuşa, Tovuz, Qubadlı, Füzuli, Goranboy və başqa döyüş əməliyyatlarında igidlik göstərib. Çox çəkmir ki, hərbi texnikanın və silahların sirlərinə yaxından bələd olan Valehin qəhrəmanlığı erməni quldurlarını narahat etməyə başlayıb. Separatçılar onu zərərsizləşdirmək üçün külli miqdarda pul vəd ediblər. Amma bu, Valehi narahat etmir, o, yenə də torpaqlarımızın azadlığı uğrunda döyüşməyə davam edir. 

Füzulinin Hoğa kəndi uğrunda gedən döyüşlərdə erməni işğalçıları əməliyyat zamanı yaralanmış əsgərləri çıxarmağa imkan vermirdilər. Düşmənin güclü müqavimətinə baxmayaraq, Valeh atəş altında döyüş meydanında qalmış yaralıları çıxarmağı bacarır. Bu, cəsur əsgərin döyüşlər zamanı göstərdiyi igidliklərdən yalnız bir faktdır. 

Erməni işğalçıları 1992-ci il aprelin 10-da xeyli sayda texnika və canlı qüvvə ilə Tərtərin indiki Şəhriyar kəndinə hücuma keçdilər. Strateji nöqtədə yerləşən bu yaşayış məntəqəsini qorumaq üçün Valehgil vaxt itirmədən döyüşə atıldılar. Valeh həm  vuruşur, həm də yaralanmış əsgər yoldaşlarını təhlükəsiz yerə çıxarırdı. Böyük qüvvə ilə döyüşən erməni işğalçılarının hücumları isə dayanmaq bilmirdi. Xeyli müddət davam edən bu qeyri-bərabər döyüşdə Valeh yaralanır. Buna baxmayaraq, döyüşdən çıxmır, 11 nəfər yaralı əsgərin həyatını xilas edir. Amma çoxlu qan itirdiyindən həlak olur. 

Vətənin dağ vüqarlı, qartal baxışlı qəhrəman oğlu 23 yaşında şəhidlik zirvəsinə ucalır. Onu Lerikdə ehtiramla dəfn edirlər. 

Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər zamanı göstərdiyi şücaətə və rəşadətə görə Valeh Əlizaid oğlu Müslümov Prezidentin 6 iyun 1992-ci il tarixli sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. 

Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərmiş Valeh Müslümovun adı bu gün oxuduğu Lerik şəhər 2 saylı orta məktəbdə yaşayır. 


V.MƏMMƏDQULUOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

“The New York Times”: İran ABŞ-nin atəşkəs təklifini rədd edib

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!