24 İyul 2026 09:50
224
CƏMİYYƏT
A- A+
Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir


22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "bakibaku.az" saytının kollektivi ilə görüşüb. 

Görüş zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sayt kollektivinin ictimai əhəmiyyətli hadisələrin işıqlandırılmasında qazandığı mühüm nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, banisi görkəmli jurnalist Nəsir İmanquliyev olan bir media orqanının bir hissəsi olmaq böyük şərəf və eyni zamanda yüksək məsuliyyətdir.

Eldar Əzizov xatırladıb ki, bu il görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 115 illiyi qeyd edilir. O vurğulayıb ki, əsası qoyulmasından artıq 70 ilə yaxın vaxt keçən "Bakı" qəzeti öz dövründə Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb.

Eldar Əzizov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində demokratiyanın ən vacib prinsiplərindən biri olan söz azadlığı ölkədə təmin edilib. Hazırda Azərbaycanın media məkanında çoxsaylı xəbər saytları və çap nəşrləri sərbəst fəaliyyət göstərir, hakimiyyətlə cəmiyyət arasında dialoq daha da dərinləşib.

Bu baxımdan Prezidentin media nümayəndələri ilə keçirdiyi ənənəvi görüşlər xüsusi əhəmiyyət daşıyır. Həmin görüşlərdə dövlət başçısı görülən işlərin nəticələri ilə yanaşı, ölkənin gələcək inkişaf perspektivləri barədə də ətraflı məlumat verir. Bu kursun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Tarixçi kimi deyə bilərəm ki, postsovet məkanında, eləcə də Şərqi Avropa ölkələri və daha geniş coğrafiyada öz dövlətinin maraqlarını bu qədər uğurla müdafiə edən və dünyada baş verən mürəkkəb proseslər fonunda ölkəsinin davamlı inkişafını təmin edən başqa bir lider görmürəm", - deyə paytaxtın icra başçısı bildirib.

Eldar Əzizovun sözlərinə görə, təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam artıq Azərbaycanın vizit kartına çevrilib və məhz bu amillər ölkəyə gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. O vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə getdikcə daha çox uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir.

"Bütün bunlara və daha bir çox uğurlara görə cənab Prezidentə minnətdarlığımızı bildirir, ona təşəkkür edirik", - deyə Eldar Əzizov çıxışını yekunlaşdırıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

Qızıl və gümüşün qiymətləri ucuzlaşır

10:45
24 İyul

Azərbaycan neftinin qiyməti 8 dollardan çox artıb

10:40
24 İyul

Keçmiş məcburi köçkün: Doğma torpağımızda yenidən qurub-yaradacağıq

10:24
24 İyul

Şuşa sakini: Bu gün çox sevincliyik

10:23
24 İyul

Şamaxıda zəlzələ qeydə alınıb

10:21
24 İyul

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb

10:18
24 İyul

Beyni qüvvətləndirən qidalar

10:10
24 İyul

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atıb

10:05
24 İyul

“The New York Times”: İran ABŞ-nin atəşkəs təklifini rədd edib

10:01
24 İyul

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

10:00
24 İyul

Quterreşi kim əvəz edəcək?

09:55
24 İyul

Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf edən nüfuzlu dövlət kimi qəbul edilir

09:50
24 İyul

Qəhrəmanların ömrü əbədi olur

09:45
24 İyul

Dağ vüqarlı, qartal baxışlı 

09:40
24 İyul

Zəfər haqqımız idi

09:35
24 İyul

Xoşbəxt gələcəyin təməli - Vətən və xalq sevgisi

09:30
24 İyul

Azərbaycan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri Pirallahıya oldu

09:25
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!