03 Dekabr 2025 20:09
301
CƏMİYYƏT
A- A+
Qum və Pirallahı adaları yarımadaya çevrilə bilər  

Qum və Pirallahı adaları yarımadaya çevrilə bilər  


Peyk təsvirləri üzərindən Xəzər dənizinin sahil xəttinin monitorinqlərini aparırıq. Suyun geri çəkildiyi əraziləri və nə qədər torpağın suyun altından çıxdığını müəyyənləşdiririk. Ən çox çəkilmə dayaz olduğuna şimal hissədədir. Son 20-25 il ərzində 70 kilometrdən çox geri çəkilmə var. Xəzəryanı ərazilərdə suyun ən çox çəkilməsi Qazaxıstanda müşahidə olunur. Qazaxıstan və Rusiyanın şimal hissəsində orta dərinlik 5 metrdir. Bunun, əslində, iqtisadi zərərləri də var. Neft sənayesi, gəmiçilik ziyan çəkir, limanların rekonstruksiyasına və daim təmizlənməsinə ehtiyac yaranır.

Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyinin CİS mərkəzinin direktoru İsmət Baxışov AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda ən çox geriçəkilmə Qızılağacdadır: “Ümumiyyətlə isə Xəzər dənizinin Azərbaycan sahillərində suyun geri çəkilməsi nəticəsində 700 kvadratkilometr ərazi suyun altından çıxıb. Əgər prosesə müdaxilə edilməsə və gəmilər üçün yer açılmasa, Qum və Pirallahı adaları yarımadaya çevrilə bilər.

Xəzər dənizinin səviyyə dəyişməsi ilə yanaşı, su səthinin temperaturu və fitoplanktonların dəniz üzərində paylanması, onların sıxlığına dair də monitorinqlər aparılır. Müşahidələr göstərir ki, Xəzər dənizində su səthinin temperaturu qalxır. Son 15 il ərzində 1 dərəcəyə qədər artım var. Volqa çayından su çox gələndə fitoplanktonların dənizdə paylanması çox olur ki, bu da balıqların yaşaması üçün vacibdir. Su azalır deyə onların sahəsi də azalır. Su dayazlaşdıqca duzluluğun artması fitoplanktonlara, bioaləmə təsir göstərir.

Biz Volqa hövzəsini də monitorinq edirik. Çünki Xəzərə 85 faiz su həmin hövzədən gəlir. Volqa hövzəsindən gələn suyun həcminin azalması və buxarlanmanın artması nəticəsində Xəzər dənizinin hər il səviyyəsi orta hesabla 20-25 santimetr enir. Bu davamlı şəkildə gedir. Əgər proses bu cür davam edərsə, səviyyə ilə bağlı beşillik, onillik proqnoz vermək mümkündür. Biz azalma nəticələri ilə yanaşı, buna səbəb olan amillərə də baxa bilirik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!