04 Dekabr 2025 18:00
182
CƏMİYYƏT
A- A+
Üç min ildən çox yaşı olan Mirik kəndində aşkarlanan erməni vandalizminin izləri 

Üç min ildən çox yaşı olan Mirik kəndində aşkarlanan erməni vandalizminin izləri 


İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi müəyyən edilib. Bu prioritetlərə nail olmaq, yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan hədəflərə nail olunması məqsədilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, sosial obyektlərin bərpası, o cümlədən tarixi mədəniyyət abidələrinin aşkar edilməsi və yenidən qeydiyyata alınması fəaliyyətinin təşkili, eləcə də ərazilərdə 30 il ərzində törədilən erməni vandalizminin aşkar edilərək yaddaşlarda saxlanması günün pioritet məsələlərindən biri kimi qiymətləndirilir. İlk olaraq tədqiqatlarımızı Mirik kəndindən başladıq.

Bu sözlər AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya şöbəsinin əməkdaşı Faiq İsmayılovun “Üç min ildən çox yaşı olan Mirik kəndində aşkarlanan erməni vandalizminin izləri” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Mirik kəndi, Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində inzibati yaşayış məntəqəsidir. Mirik kəndi Həkəri çayının Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 kilometr hündürlükdə dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə yerləşir.

Mirik kəndinin yaranma tarixi tam araşdırılmadığından, kəndin keçmişini ərazisindəki tarixi və mədəniyyət abidələrinə əsaslanaraq qiymətləndirdikdə, onun ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin isə ibtidai icma dövrünə qədər uzandığını söyləmək mümkündür. Kənd ərazisində yerləşən siklop tipli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixinin öyrənilməsi üçün olduqca maraqlı və əvəzsiz materiallardır. Bu faktlar Mirik kəndinin üç min ildən artıq tarixə malik olduğunu təsdiqləyən əsas amillərdir. Bu məlumatlar işğal dövründə erməni alimləri tərəfindən də qəbul edilirdi.

İşğaldan əvvəl Mirik kəndinin ərazisində, Mirik dərəsi adlanan sahədə, təbii hadisələr nəticəsində üzə çıxan və bitki yağı istehsalı üçün istifadə olunan daş qurğu — ovdan və digər əmək alətlərinin tapılması burada ibtidai dövrdə yaşayan insanların, yəni türkdilli etnosların şüurlu şəkildə inkişaf edən istehsal münasibətlərinə və yüksək əmək mədəniyyətinə malik olduqlarını göstərir.

Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri, eləcə də Azərbaycanın qiymətli mədəniyyət nümunələri sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ-tətbiqi sənət nümunələri Mirik kəndinin ərazisində bu günədək qalmaqdadır. Ermənistan Silahlı Qüvvələrinin 1992-ci il işğalından sonra Mirik kəndində ermənilər yaşayış evlərinin 50 faizindən çoxunu söküb dağıtmış, qalan hissəsində isə məskunlaşaraq 2020-ci ilə qədər yaşayıblar.

             

Mirik kənd ərazisi 2013-cü ildən 2019-cu ilə qədər ayrı-ayrı şəxslər və Ermənistanın rəsmi qurumları tərəfindən dəfələrlə qeyri-qanuni arxeoloji qazıntılara məruz qalıb. Bu barədə Ermənistan mətbuatından kifayət qədər rəsmi məlumatlar əldə edilib. Erməni arxeoloqlarının qənaətinə görə Mirik kəndinin 3000 illik, bəlkə də daha çox tarixi olduğu iddia edilir. Mirik kəndi işğal dövrü daim erməni separatçılarının və Ermənistan arxeoloqların diqqət mərkəzində olub. Yəni bu ərazidə çoxsaylı qeyri-qanuni arxeoloji qazıntılar aparılıb, əldə edilən məmulatlar qarət edilərək Ermənistana daşınıb.

2013-cü ilin avqustunda ixtisasca arxeoloq olan Ermənistan vətəndaşı Arutyun Xudanyanın Mirik kənd ərazisində özbaşına apardığı qazıntı zamanı aşkar etdiyi bir qəbirdən 6 küpə (keramik qab) qızıl zinət əşyaları və pul əsginasları taparaq onları qənimət kimi özü ilə ərazidən çıxarıb. Lakin o, Gorus şəhərində yaxalanaraq İrəvan şəhərinə aparılıb. A.Xudanyan əldə etdiyi qənimətin bir qismini gizlətməyə nail olsa da, digər qismini polisinin təzyiqi ilə Ermənistan Hökumətinin müvafiq qurumlarına təhvil verib və cinayətkar bəraət alaraq azadlığa buraxılıb. Bu hadisədən sonra Mirik kənd ərazisini Ermənistan Hökuməti nəzarətə götürüb.

        

Ermənistanın rəsmi dairələri tərəfindən 2017-ci ildə Mirik kəndindəki qala adlanan ərazidə erməni arxeoloqlar tərəfindən qazıntı işlərinə başlanıb. Maraqlıdır ki bu qazıntılara arxeoloji cinayətdə suçlanan Arutyun Xudanyan da cəlb edilib. Aparılan qazıntılar iki hissədə, qalanın müdafiə qurğularında (istehkamlarında) və qalanın ətraf ərazilərində aparılıb. Qalanın ətraf ərazilərində aparılan qazıntı zamanı bir məzar aşkar edilərək oradan 8 keramika qab aşkar edilib. Məlum olub ki, məzar onlarda az öncə talan edilib və əldə edilən qiymətli əsginaslar mənimsənilərək ərazidən çıxarılıb.

     

2017-ci ildə arxeoloq Qaqik Sarkisyanın rəhbərliyi altında Ermənistan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu və həmin İnstitutun Arxeologiya şöbəsi ilə birgə ekspedisiyası yaradılıb. Ekspedisiyanın rəhbəri Hayk Avetisyan, ekspedisiya üzvləri arxeoloqlar G.Sarkisyan, Artak Qnuni, memar Anjela Davtyan Mirik qalasında uzun müddət qazıntı işləri aparıblar. Arutyun Xudanyandan yarımçıq qalmış qalanın müdafiə ərazisində qazıntıları G.Sarkisyan adlı arxeoloqun rəhbərliyi ilə davam etdirilib. Burada təxminən 10 metr uzunluğunda və 4-5 metr enində qayaüstü otaq aşkar edilib və oradan qırıq saxsı qablar və sapand daşları tapılıb. Bu daşlar qalanın bu hissəsinin istehkam əraziyə aid olduğunu və bu daşların müdafiə məqsədilə qorunub saxlanıldığını göstərir.

2019-cu ildə Qalanın Cənub-Qərb yamacında arxeoloq Artak Qnuninin rəhbərliyi ilə təməli eramızdan əvvəl I minilliyə aid bir məzar qazılıb. Qeyd olunan məzarda qazıntılar 2017-ci ilin yayında Q.Sarkisyan və Yerevan Dövlət Universitetinin Arxeologiya kafedrasının müdiri professor Hayk Avetisyan tərəfindən başlansa da, bu işlər yarımçıq dayandırılıb. Mirik qalasında aparılan bu qazıntılara Ermənistan Respublikasının Mədəniyyət, Gənclər İşləri və Turizm Nazirlikləri, eyni zamanda, “Artsax” dırnaqarası Respublikası Regional Administrasiyasının rəhbəri Stepan Sarkisyan tərəfindən dəstək verilib.

Tərkibdən göründüyü kimi əksəriyyəti qeyri-peşəkarlardan ibarət təşkil edilən ekspedisiya elmi-tədqiqat işləri üçün deyil, qarətçilik məqsədilə yaradılıb. Ermənistanın bu fəaliyyətinin formasından və məzmunun nədən ibarət olmasından asılı olmayaraq, beynəlxalq qaydalara zidd olan cinayət əməlidir. Özünü qazıntı rəhbəri kimi təqdim edən Ermənistan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun müəllimi Qaqik Sarkisyan bu qanunsuz fəaliyyətə elmi işçi Ayk Avetisyanı, arxeoloq Artaq Qnunini, memar Anjela Davityanı, ərazidə yerləşən hərbi hissənin əsgərlərini və kənddə məskunlaşdırılan ailələrin azyaşlı uşaqlarını cəlb edib.

Ermənistan Elmlər Akademiyası, Ermənistan Respublikasının “tərkib hissəsi” saydıqları Mirik kəndinin 3000 min illik yaşı olduğu qənaətinə gəldilər. Bu qanunsuz qazıntılar nəticəsində ermənilər 4,5 metr eni və 10 metr uzunluğu olan bir ərazidə çoxlu keramika qırıqları aşkarlayıblar. Bu fakt göstərir ki, ərazi qara arxeologiyanın qurbanı olub. Ermənilərin Mirik Qalası ətrafında apardıqları qanunsuz arxeoloji qazıntılar zamanı burada bir neçə ikiotaqlı və üçotaqlı kurqanlar da aşkar ediblər. Qazıntılarla bağlı mətbuata açıqlama verən arxeoloq Artaq Qnuni maraqlı bir ifadə işlədib: “Belə çoxotaqlı qəbirlər qədim ədəbiyyatda Oğuz “evləri” adlandırılır”. Bu sözlərin əhəmiyyəti ondan ibarətdir ki, ən azından bir erməni alimi “vətən” deyib ayaq basdığı torpaqların Oğuz yurdu olduğunu dolayısı ilə deyil, birbaşa etiraf edir.

Mirik qalası eyniadlı kəndin Qərb tərəfindəki dağın Şimala doğru uzanan dağ silsiləsinin Cənub qurtaracağında dağın zirvəsində yerləşir. Qalanın inşa tarixi hələlik müəyyənləşdirilməsə də, qalanın inşasında siklop memarlığından istifadə edilməsi, qalanın inşasının tariximizin antik dövr memarlıq abidəsi ehtimalını yaradır. Qalanın uzunluğu 200–250 metr, eni isə 30–50 metrdir.

Qala 80 x 50 metr ölçüdə təqribən üç bərabər hissəyə bölünüb. Qalanın zirvəsindən kənd qəbiristanlığı istiqamətdə təqribən 150 metrlik məsafədə, qalanın Qərb hissəsində divarlarının qalınlığı 3 metrə çatan 7–8 metrlik dairəvi bir qüllə tikilib. Qüllənin arxa tərəfi qalanın zirvəsinə qədər üst-üstə yığılmış daşlarla örtülüb. Qüllənin çıxışı kiçikhəcmli açıq meydançaya açılır. Qalanın cənubunda 30 metrlik mühafizə divarı inşa edilib. Mühafizə divarı 15 x 20 metrlik düzbucaqlı qüllə ilə tamamlanır. Burada da divarlar siklop tipli memarlıq üslubu ilə tikilib, divarların hündürlüyü 3-4-5 metr, qalınlığı isə 2,5–3 metrdir. Qüllənin qapısı qalanın içərisində inşa edilən bir otağa açılır. Qalanın zirzəmisi müxtəlif istiqamətlərə şaxələnən tunellərdən və müxtəlif ölçülü otaqlardan ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!